Məhsullar

Nat-Sedati̇v

DƏRMAN VASİTƏSİ DEYİLDİR!

Bir kapsulun tərkibi:
Adi damotu (Leonurus cardiaca) otunun quru ekstraktı – 31 mq, istiotlu nanə (Mentha piperita) yarpağının quru ekstraktı – 31 mq, beşdişicikli yemişan (Crataegus pentagyna) meyvəsinin quru ekstraktı – 31 mq, dərman pişikotu (Valeriana officinalis) kök və kökümsovunun quru ekstraktı – 60 mq, dərman bədrənc (Melissa officinalis) yarpağının tozu – 100 mq, istiotlu nanə (Mentha piperita) yarpağının tozu – 100 mq.
Köməkçi maddələr: qarğıdalı nişastası (Amylum maidis) – 47 mq, kapsul (jelatin, qliserin, su).

İstifadə qaydası:
Böyüklər: 1-2 kapsuldan gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul edilir. Qəbul müddəti minimum 1 aydır.

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.

Əks göstəriş: Preparatın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

Saxlanma şəraiti: 25°C-dən yuxarı olma¬yan temperaturda, rütu¬bətdən qorunmaqla, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji aktiv qida məhsuludur.
MQ-05-001131
Məhsul normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Yararlılıq müddəti: 2 il.
Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.

Buraxılış forması: 400 mq-lıq 100 kapsul, içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.

İstehsalçı: “Herba Flora” MMC
Azərbaycan Respublikası,
Abşeron rayonu, Qobu ŞTQ,
Güzdək yolunun üstü
www.herba-flora.com

TŞ AZ 1400297541.030-2022 üzrə istehsal olunur.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Nat-Sedativ – Təbiətin sakitliyi, qəlbinizin rahatlığı

Stress, zehni gərginlik və daxili narahatlıq müasir insanın ən böyük problemlərindən biridir. Hər gün yaşanan stress, gərgin iş rejimi və yuxusuzluq orqanizmi zəiflətməklə yanaşı, insanı emosional cəhətdən də taqətdən salır və günün sonunda sakitləşib dincəlməyə imkan vermir.
Nat-Sedativ kapsulları məhz bu problemlərlə mübarizə aparmaq üçün bitki mənşəli komponentlərdən hazırlanmış təbii bir kompleksdir. O, mərkəzi sinir sistemini sakitləşdirməyə kömək edir, ürək-damar fəaliyyətini tənzimləyir və bədənin təbii balansını bərpa edir.

Əsas təsiredici maddələr:

  • Adi damotu (Leonurus cardiaca) otu: Alkaloidlər (staxidrin, leonurin) və iridoidlər.
  • İstiotlu nanə (Mentha piperita) yarpağı: Efir yağı (mentol) və rozmarin turşusu.
  • Beşdişicikli yemişan (Crataegus pentagyna) meyvəsi: Flavonoidlər (hiperozid, viteksin) və triterpen turşuları.
  • Dərman pişikotu (Valeriana officinalis) kök və kökümsovu: Efir yağı (izovalerian turşusu), seskviterpenlər (valeren turşusu) və QAMK.
  • Dərman bədrənc (Melissa officinalis) yarpağı: Fenol birləşmələri (rozmarin turşusu) və efir yağı (sitral).

Nat-Sedativ kapsulunun faydaları:

  • Sinir sistemini sakitləşdirməyə kömək edir: Həyəcan, qorxu, stress, gərginlik və aqressiv halları aradan qaldırmağa yardım edir.
  • Yuxunu normallaşdırmağa kömək edir: Ləng yuxu fazasını uzadaraq yuxuya getməni asanlaşdırmağa və yuxunun ümumi keyfiyyətini artırmağa yardım edir.
  • Ürək fəaliyyətini dəstəkləməyə kömək edir: Artmış ürək vurğularının sayını azaltmağa və ürək əzələsini tonuslandırmağa yardım edir.
  • Qan dövranını yaxşılaşdırmağa kömək edir: Ürəyin və beyinin oksigenlə təchizatını artırmağa yardım edir.
  • Arterial təzyiqi tənzimləməyə kömək edir: Sinir mənşəli yüksək təzyiqin enməsi üçün faydalıdır.
  • Gün ərzində gümrah qalmağa kömək edir: Əhvali-ruhiyyəni yaxşılaşdırmaq və özünü gümrah hiss etmək üçün faydalıdır.

Nat-Sedativ kapsulu kimlər üçün uyğundur?

  1. Daimi stress və emosional gərginlik yaşayanlar: İş, təhsil və ya gündəlik qayğılar səbəbindən daxili narahatlıq və təşviş hiss edən şəxslərə sakitləşməyə kömək edir.
  2. Yuxu problemi olanlar: Gecələr yuxuya getməkdə çətinlik çəkən, yuxusu tez-tez pozulan və səhərlər özünü yorğun hiss edənlərə yuxu rejimini tənzimləməyə kömək edir.
  3. Yüksək zehni və fiziki yük altında işləyənlər: Böyük informasiya axını ilə işləyən, imtahanlara hazırlaşan və ya gərgin iş qrafiki olan şəxslərə sinir sistemini qorumağa kömək edir.
  4. Sinir mənşəli ürək döyüntüsü olanlar: Stress anında ürək vurğularının sayı artan və həyəcanlanan şəxslərdə ürək fəaliyyətini normallaşdırmağa kömək edir.
  5. Sinir mənşəli yüksək arterial təzyiqdən əziyyət çəkənlər: Emosional gərginlik fonunda qan təzyiqi yüksələn insanlara təzyiqi stabil saxlamağa kömək edir.
  6. Gün ərzində yuxulu olmaq istəməyən aktiv şəxslər: Kimyəvi sakitləşdiricilərinin yaratdığı süstlük və diqqət dağınıqlığından qaçmaq, eyni zamanda gümrah və sakit qalmaq istəyənlərə kömək edir.

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar