Məhsullarımız Şərbətlər Meteonat Şərbət
Tərkibi:
Adi razyana (Foeniculum vulgare) meyvəsinin distillatı – 23 ml; Aptek çobanyastığı (Chamomilla recutita) çiçəyinin duru ekstraktı – 23 ml.
Köməkçi maddələr: distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).
İstifadəsinə göstəriş:
Həzm sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ.
İstifadə qaydası:
1 yaşa qədər uşaqlar üçün 2,5 ml (1/2 çay qaşığı) gündə 3 dəfə;
1-4 yaş uşaqlar üçün 5 ml (1 çay qaşığı) gündə 3 dəfə;
4-7 yaş uşaqlar üçün 10 ml (2 çay qaşığı) gündə 3 dəfə;
7-12 yaş uşaqlar üçün 15 ml (1 xörək qaşığı) gündə 3 dəfə;
12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 30 ml (2 xörək qaşığı) gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul olunur.
Uzun müddət qəbulu zərərsizdir.
Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
Əks-göstərişlər: Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.
Saxlanılması:
25° C-dən yuxarı olmayan temperaturda və uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.
Yararlılıq müddəti: 3 il.
Buraxılış forması: 100 ml tünd rəngli şüşə flakon, içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul qidanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Normada həzm prosesi və mikroorqanizmlərin həyat fəaliyyəti nəticəsində gün ərzində insanın bağırsaqlarında 0,2-0,9 litrə qədər qaz yaranır. Meteorizm zamanı isə qazların miqdarı 3 və ya daha çox litrə çata bilər. Meteorizm (köp) bağırsaqlarda qazların həddən artıq toplanması deməkdir. Herba Flora şirkətinin istehsal etdiyi köp əleyhinə Meteonat şərbətinin tərkibi aptek çobanyastığı, zirə, qaraqınıq kimi bitkilər, istiotlu nanə yarpağı, razyana meyvəsi, bostan şüyüdü meyvəsi, cirə meyvəsinin efirlərindən ibarətdir. Tərkibindəki bitkilərin demək olar ki, hamısı efir yağları ilə zəngin olub bağırsaqların saya əzələlərinə təsir edərək spazm, sancı və meteorizmi aradan qaldırır.
Meteonatın tərkibindəki zirə toxumları isə ödqovucu təsir göstərərək həzmi yaxşılaşdırır, bağırsaqlarda qazların əmələ gəlməsini azaldır və köpün qarşısını alır. Həmçinin yoğun bağırsağın peristaltikasını artırmaqla yığılan qazların xaric olmasını sürətləndirir. Meteonat şərbəti bir çox qəbizliklə müşayiət olunan kolit, enterit kimi mədə-bağırsaq xəstəlikləri zamanı iltihabəleyhinə və mikrobəleyhinə təsir edir. Yenidoğulmuşlar və südəmər dövrdəki körpələrdən tutmuş yetkin insanlara qədər tam təbii bitki tərkibli Metbbeonat şərbətinin köp əleyhinə effekti əvəzolunmazdır. 1 yaşa qədər uşaqlar istər yenidoğulma dövründə, istərsə də qarışıq qidalanmaya keçdikdən sonra onları köp xüsusilə narahat edir, yuxuları pozulur, əsəbi olurlar. Herba Flora şirkətinin Meteonat şərbəti tərkibindəki qaraqınıq bitkisinin sedativ effekti hesabına körpələrdə yaranmış belə mənfi halları da aradan qaldırır.
Əlaqəli yazı mövcud deyil.