Məhsullar

Koliks10 (Şərbət)

Koliks10

Tərkibi (100 ml):
Adi razyana (Foeniculum vulgare) meyvəsinin distillatı – 16,1 ml.

Köməkçi maddələr: distillə suyu (distilled water), saxaroza (sucrose), limon turşusu (E330) (citric acid), pektin (E440) (pectin), natrium benzoat (E211) (sodium benzoate), qliserin (E422) (glycerin).

Məhsulun xüsusiyyətləri:
Şərbət efir yağları ilə zəngin olduğundan ağrını, bağırsaq spazmını, tutmaşəkilli kolikləri, sancıları azaldır. Zərərli mikroorqanizmlərə qarşı təsir göstərir və iltihabın azalmasına yardımçı olur. Həzm vəzilərinin sekresiyasını artıraraq həzmi normallaşdırır, bağırsaqlarda qazların əmələ gəlməsini azaldır və meteorizmin qarşısınının alınmasına kömək edir.

İstifadəsinə göstəriş (aşağıdakı hallarda yardımçı vasitə kimi istifadə olunur):
Meteorizm
Südəmər körpə və yenidoğulmuşlarda koliklər zamanı
Spastik sindromla müşayiət olunan bağırsaq xəstəlikləri
MBT-da güclü qazəmələgəlmə zamanı
Qəbizliklə müşayiət olunan enterit, kolit zamanı
Əməliyyatlardan sonrakı dövrdə MBT-da çoxlu qaz toplanması
və sancılar zamanı

İstifadə qaydası:
1 yaşa qədər: 0,5-1 çay qaşığı gündə 2-3 dəfə
1-5 yaş: 1-2 çay qaşığı gündə 2-3 dəfə
5-12 yaş: 1-2 desert qaşığı gündə 3 dəfə
12 yaşdan yuxarı, böyüklər: 1-2 xörək qaşığı gündə 3 dəfə
Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.

Əks göstərişlər:
Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıqda.

Saxlanılması:
25 °C- dən yuxarı olmayan tempera­tur­da və uşaqlar üçün əlçatmaz yerdə saxla­yın. Qapağı açıldıqdan son­ra 20 gün müddətində isti­fa­dəyə yararlıdır. İstifa­də müddəti qurtarmış şər­bət­dən istifa­də etməyin.

Yararlılıq müddəti: 2 il.
Buraxılış forması:
Tünd rəngli şüşə flakon, 100 ml

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul qidanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.

ГОСТ 28499-2014 üzrə istehsal olunur.
İstehsalçı: “Herba Flora” MMC

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriya

Ətraflı Məlumat

Yenidoğulmuşun həyatının ilk illərində həzm fermentləri kifayət qədər sintez olunmur. Mədənin motorikası da zəif olur. Məhz bu səbəblərdən çox zaman qida qəbulu ilə bağlı meteorizm, köp yaranır. Səbəblər arasında tez-tez qidalanma, yaxud qida qəbulu sayının az olması, balanslaşdırılmamış qidalanma da özünəməxsus yer tutur. Bundan əlavə, südəmər körpələr süd əmmə prosesində çoxlu hava udurlar ki, bu da qazəmələgəlmə prosesini sürətləndirir.

Bir yaşa qədər uşaqlarda narahatlıq, köp, vizual gözəgörünən qarınşişmə, nəcisin xarakterinin dəyişməsi, diareya yaxud qəbizlik, gəyirmə, hıçqırma, iştahanın zəifləməsi, döşdən imtina, qida qəbulundan bir neçə dəqiqə sonra ayaqların qarına doğru sıxılması kimi əlamətlər tez-tez rastlanan hallardır. Böyük yaş qrupundan olan uşaqlarda isə qarın quruldaması, ağrılar, ürəkbulanma, qusma, iştahanın zəifləməsi, təngnəfəslik, bir-biri ilə növbələşən qəbizlik, diareya tez-tez müşahidə olunur. İstər uşaqlar, istərsə də böyüklərdə meteorizmi aradan qaldırmaq üçün müxtəlif həzm fermentləri təyin olunur. Eyni zamanda qida rasionuna dəyişiklik edilir. Gündəlik həyatınızda tez-tez qarşılaşdığınız köp, meteorizm əlamətlərini aradan qaldırmaq üçün Herba Flora şirkətinin Koliks10 şərbətindən istifadə etmək tövsiyə edilir.

Koliks10 şərbəti Herba Flora şirkətinin tam təbii, bitki tərkibli şərbətidir. Ta qədimdən insanlar bağırsaqlarda yaranmış köp, meteorizmi aradan qaldırmaq üçün çobanyastığı, istiotlu nanə, bostan şüyüdü, razyana, qaraqınıq, cirə, zirə kimi bitkilərin dəmləməsindən geniş istifadə edirdilər. Herba Flora şirkətinin Koliks10 şərbətinin tərkibi adi razyana meyvəsinin distillatından ibarətdir. Koliks10 razyana meyvəsinin efir yağları ilə zəngin olduğundan istər uşaqlar, istərsə də böyüklərdə spazmolitik, ağrıkəsici təsir göstərərək bağırsaq spazmını, tutmaşəkilli kolik, sancıları azaldır. Bağırsaqda xəstəliktörədən patoloji mikroblara antiseptik, iltihabəleyhinə təsir göstərir.

Koliks10 şərbəti həzm vəzilərinin sekresiyasını artıraraq həzmi normallaşdırır, bağırsaqlarda qazların əmələ gəlməsini azaldır. Nəticədə meteorizmin qarşısını alır.

 Herba Flora şirkətinin Koliks10 şərbətini köp, meteorizmdən əziyyət çəkən körpələr, uşaqlar, həm də böyüklər yaşa uyğun dozada gün ərzində 2-3 dəfə qəbul edərsə, qazəmələgəlmənin qarşısını alar, dözülməz koliklərə son deyər!

https://herba-flora.comproduct-category/s%c9%99rb%c9%99tl%c9%99r-2/

https://fizulihuseynov.com/

Oxşar Məhsullar