Məhsullarımız Şərbətlər Hepanat Şərbət
Tərkibi:
İt itburnu (Rosa canina) meyvəsinin duru ekstraktı – 12 ml; İstiotlu nanə (Mentha piperita) yarpağının distillatı – 10 ml; Ziyilli tozağacı (Betula verrucosa) yarpağının duru ekstraktı – 10 ml; Dərman gülümbaharı (Calendula officinalis) çiçəyinin duru ekstraktı – 8 ml; İkievli gicitkən (Urtica dioica) yarpağının duru ektstraktı – 6 ml.
Köməkçi maddələr: distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).
İstifadəsinə göstəriş:
Qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ.
İstifadə qaydası:
4-7 yaş uşaqlar üçün 10 ml (2 çay qaşığı) gündə 3 dəfə;
7-12 yaş uşaqlar üçün 15 ml (1 xörək qaşığı) gündə 3 dəfə;
12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 30 ml (2 xörək qaşığı) gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul olunur.
Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
Əks-göstərişlər: Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.
Saxlanılması:
25°C-dən yuxarı olmayan temperaturda və uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.
Yararlılıq müddəti: 3 il.
Buraxılış forması: 100 ml tünd rəngli şüşə flakon, içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul qidanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Müasir dövrdə insanlar arasında qeyri-düzgün qidalanma, azhərəkətli həyat tərzi həzm sisteminə öz mənfi təsirini göstərir. Qidamızın əsasını təşkil edən yağlı, hazır, qızardılmış yeməklər həzm vəzilərinin fəaliyyətini pozur, qaraciyərin üzərinə düşən yükü artırır. Qaraciyərin əsas funksiyalarından biri olan öd sintezini pozur: öd mayesində öd turşularının miqdarı artır, öd qatılaşır, öd kisəsində durğunluq yaranır. Öddə olan durğunluq onun 12-barmaq bağırsağa tökülməsini zəiflədir. Öd kisəsində iltihabi proseslərin yaranmasına, gələcəkdə daş əmələ gəlməsinə səbəb olur. Nəticədə orqanizmdə maddələr mübadiləsi pozulur, tədricən çəki artımı problemi yaranır. Bütün problemlərin həlli həm profilaktik, həm də kompleks müalicə ilə yanaşı, rahatlıqla istifadə edə biləcəyiniz Herba Flora şirkətinin Hepanat şərbətindədir.
Herba Flora şirkətinin Hepanat şərbəti ləkəli alaqanqal, solmazçiçəyi, boymadərən, dazıotu, itburnu, zəyərək, yatıqqanqal, andız kimi faydalı dərman bitkilərinin duru ekstraktlarından hazırlanıb. Hepanat şərbəti tərkibi qaraciyərqoruyucu maddələrlə zəngin olan ləkəli alaqanqal bitkisi hesabına qaraciyər hüceyrələrinin zədələnməsinin qarşısını alır. Xroniki xəstəliyi olan insanlarda uzunmüddətli müalicələr nəticəsində kimyəvi dərmanların təsirinə məruz qalmış qaraciyər hüceyrələrini yeniləri ilə əvəz edir, bir sözlə, yüksək qaraciyərqoruyucu effekt verir. Hepanat şərbətinin faydaları bununla da bitmir. O, tərkibindəki solmazçiçəyi, boymadərən kimi güclü ödqovucu bitkilər sayəsində öd yollarının spazmını aradan götürməklə yanaşı, həmçinin ödün qaraciyər daxilində ləngiməsinin qarşısını alır.
Herba Flora şirkətinin Hepanat şərbəti güclü antioksidant olduğu üçün həm də toksiki maddələrin qaraciyərə təsirini aradan qaldırır və maddələr mübadiləsini yaxşılaşdırır. Qaraciyərin piy distrofiyası, hepatit, sirroz, öd kisəsi və öd yollarının itihabi xəstəliklərinın profilaktikası və müalicəsi zamanı yardımçı ola biləcək əvəzolunmaz məhsuldur. Hepanat şərbəti yenidoğulmuşlardan tutmuş kiçikdən-böyüyə hər yaş kateqoriyasından olan insanlar üçün nəzərdə tutulub.
Yalnız öddaşı olan insanlarda Hepanatın istifadəsi yolverilməzdir!
Əlaqəli yazı mövcud deyil.