Məhsullarımız
Kapsullar
Kurkum10
DƏRMAN VASİTƏSİ DEYİLDİR!
Bir kapsulun tərkibi: Uzun Sarıkök (Curcuma longa) kökümsovunun quru ekstraktı – 50 mq, Uzun Sarıkök (Curcuma longa) kökümsovunun tozu – 300 mq
Köməkçi maddələr: qarğıdalı nişastası (amylum maidis) – 50 mq, kapsul örtüyü (jelatin, qliserin, su).
İstifadə qaydası:
Böyüklər: gündə 1 dəfə, hər dəfə 1 kapsul yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir. Qəbul müddəti minimum 1 aydır. Preparat uzun müddət istifadə edilə bilər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.
Əks göstəriş: preparata qarşı fərdi həssaslıq.
Saxlama şəraiti: 25°C-dən yuxarı olmayan temperaturda, rütubətdən qorunmaqla, uşaqların əli çatmayan yerdə saxlayın.
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji aktiv qida məhsuludur.
MQ-05-000978
BAQM normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.
Yararlılıq müddəti: 2 il.
Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.
Buraxılış forması: 400 mq-lıq 100 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.
İstehsalçı: “Herba Flora” MMC
Azərbaycan Respublikası,
Abşeron rayonu, Qobu ŞTQ,
Güzdək yolunun üstü
www.herba-flora.com
TŞ AZ 1400297541.030-2022 üzrə istehsal olunur
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Bədənimiz hər gün ətraf mühitin toksinləri, ağır qidalar və gərgin iş rejimi ilə mübarizə aparır. Bu gərginlik ilk növbədə oynaqlarda ağırlıq, həzm sistemində diskomfort və ümumi halsızlıq şəklində özünü büruzə verir.
Kurkum10 kapsulu hər gün hərəkət azadlığından zövq almaq, oynaqların rahatlığını hiss etmək və orqanizmi daim gümrah saxlamaq istəyənlər üçün xüsusi olaraq hazırlanmışdır.