Məhsullar

Cumi̇n10

DƏRMAN VASİTƏSİ DEYİLDİR!

Bir kapsulun tərkibi: Qurudulmuş qara zirə (Nigella sativa) toxumlarının tozu – 200 mq.
Köməkçi maddə: Qarğıdalı nişastası (Amylum maidis) – 200 mq; kapsul örtüyü (jelatin, qliserin, su).

İstifadə qaydası və dozalanma:
Böyüklər: Gündə 3 dəfə, hər dəfə 2 kapsul olmaqla yeməkdən əvvəl daxilə qəbul edilir. Mədə xəstəliklərində yeməkdən sonra qəbul olunur. Tövsiyə olunan qəbul müddəti 3 aydır.

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.

Əks göstəriş: Tərkibindəki komponentlərə qarşı yüksək həssas¬lıq, hamiləlik və laktasiya dövrü. İmmunosupressiv preparatların təsir effektini azaltdığı üçün onlarla birlikdə qəbulu tövsiyə olunmur.

Saxlanma şəraiti: 25°C-dən yuxarı olmayan temperaturda, rütubətdən qorunmaqla, uşaqların əli çatmayan yerdə saxlayın.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji aktiv qida məhsuludur.
MQ-05-001399
BAQM normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.

Yararlılıq müddəti: 2 il.
Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.

Buraxılış forması: 400 mq-lıq 100 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.

İstehsalçı: “Herba Flora” MMC
Azərbaycan Respublikası, Abşeron rayonu,
Qobu ŞTQ, Güzdək yolunun üstü
ww.herba-flora.com

TŞ AZ 1400297541.030-2022 üzrə istehsal olunur.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Cumin10 – Təbiətin gücü, sağlamlığınızın daxili dəstəyi!

Əsas təsiredici maddələr:

  • Qara zirə (Nigella sativa) toxumu: Sabit yağ turşuları (linol turşusu, olein turşusu, palmitin turşusu, stearin turşusu), kinonlar (timoxinon, nigellon), uçucu birləşmələrin həcmini təşkil edən monoterpenlər (p-simen, timol), fitosterollar, alkaloidlər və saponinlər (alfa-hederin).

Cumin10 kapsulunun faydaları:

İltihab əleyhinə effekt, ağrıların azaldılması və həzm sisteminin müdafiəsi üçün:

  • Geniş spektrli zərərli bakteriya, göbələk və viruslara qarşı orqanizmin daxili müdafiəsini gücləndirməyə kömək edir.
  • Bədəndə iltihabi proseslərin zəiflədilməsinə və ağrı hissinin azaldılmasına yardımçı olur.
  • Bağırsaq mikroflorasını tənzimləməyə, həzm fermentlərinin işini və ümumi həzm prosesini normallaşdırmağa kömək edir.

İmmunitetin gücləndirilməsi və allergiyaya qarşı dəstək üçün:

  • İmmun sisteminin daxili müdafiə mexanizmlərini aktivləşdirməyə və bədənin müqavimətini artırmağa kömək edir.
  • Allergik reaksiyaların zəiflədilməsinə və tənəffüs yollarının rahatlaşmasına (nəfəsalmanın yaxşılaşmasına) müsbət təsir göstərir.
  • Güclü antioksidant təsiri sayəsində hüceyrələri qorumağa və onların vaxtından əvvəl qocalmasının qarşısını almağa kömək edir.

Qan dövranı, damarların möhkəmlənməsi və daxili orqanların qorunması üçün:

  • Kiçik qan dövranını yaxşılaşdırmağa və dəridəki zədələnmələrin daha sürətli bərpasına dəstək olur.
  • Arterial təzyiqin normal səviyyədə saxlanılmasına, həmçinin qaraciyər və böyrəklərin zərərli toksinlərdən qorunmasına kömək edir.
  • Qan yaranma proseslərinin normal və sağlam gedişatını dəstəkləyir.

Maddələr mübadiləsi, şəkər balansı və sinir sistemi üçün:

  • Maddələr mübadiləsini tənzimləməyə, qanda şəkərin normada qalmasına və hüceyrələrin insulinə qarşı həssaslığının artırılmasına kömək edir.
  • Sinir sistemini sakitləşdirməyə, stressi azaltmağa, rahat yuxuyagetməni və yuxunun ümumi keyfiyyətini yaxşılaşdırmağa yardımçı olur.
  • Orqanizmin ümumi hormonal balansını qorumağa və cinsi fəallığı artırmağa kömək edir.

Cumin10 kapsul kimlər üçün uyğundur?

  1. İmmun sistemini gücləndirmək və bədənin mövsümi xəstəliklərə qarşı müqavimətini artırmaq istəyən şəxslər.
  2. Toz, bitki və ya digər xarici amillərə qarşı allergik reaksiyaları olanlar.
  3. Bağırsaq mikroflorasını nizamlamaq və həzm prosesini yaxşılaşdırmaq istəyən şəxslər.
  4. Qanda şəkərin normal səviyyədə saxlanılmasına və maddələr mübadiləsinin tənzimlənməsinə təbii dəstək axtaranlar.
  5. Gün ərzində xroniki yorğunluq və stress hiss edən, yuxuya getməkdə çətinlik çəkən və yuxu keyfiyyətini yaxşılaşdırmaq istəyən şəxslər.
  6. Arterial təzyiqi balansda saxlamaq, qan dövranını yaxşılaşdırmaq, qaraciyər və böyrəkləri zərərli toksinlərdən qorumaq istəyənlər.
  7. Hormonal balansı qorumaq, fiziki dözümlülüyü və cinsi fəallığı artırmaq istəyən kişilər.

Əlaqəli bloq yazıları:

İnsulinə rezistentlik zamanı nə baş verir?

Oxşar Məhsullar