Məhsullarımız
Kapsullar
Cumi̇n10 Kapsul
Bir kapsulun tərkibi:
Qurudulmuş qara zirə (Nigella sativa) toxumlarının tozu – 200 mq.
Köməkçi maddə: Qarğıdalı nişastası (Amylum maidis) – 200 mq; kapsul örtüyü (jelatin, qliserin, su).
İstifadəsinə göstəriş:
Qidanı qara zirə toxumlarının tərkibində olan faydalı maddələrlə zənginləşdirmək və immun sistemin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BMFQƏ.
İstifadə qaydası və dozalanma:
Böyüklər: Gündə 3 dəfə, hər dəfə 2 kapsul olmaqla yeməkdən əvvəl daxilə qəbul edilir. Mədə xəstəliklərində yeməkdən sonra qəbul olunur. Tövsiyə olunan qəbul müddəti 3 aydır.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.
Əks göstəriş: Tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq, hamiləlik və laktasiya dövrü. İmmunosupressiv preparatların təsir effektini azaltdığı üçün onlarla birlikdə qəbulu tövsiyə olunmur.
Saxlanma şəraiti: 25°C-dən yuxarı olmayan temperaturda, rütubətdən qorunmaqla, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Yararlılıq müddəti: 2 il.
Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.
Buraxılış forması: 400 mq-lıq 100 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
“Herba Flora” şirkətinin istehsal etdiyi qara zirə tərkibli Cumin10 kapsullarından gündəlik olaraq istifadə etmək bir çox xəstəliklərin qarşısını alır. Tərkibi Omeqa-6 və Omeqa-9 yağ turşuları, Vitamin E, Vitamin A, fitosterollar, makro- və mikroelementlərlə zəngindir. Cumin10 kapsulları immuniteti stimullaşdırır və tənzimləyir.
Tərkibindəki komponentlər sayəsində orqanizmi tonuslandırır, iş qabiliyyətini artırır, enerji ilə təmin edir. Bir çox tədqiqatlara əsasən onu deyə bilərik ki, qara zirə orqanizmdə mikroblarla mübarizə aparan təbii killerlərin miqdarını artırır. Heyvanlar üzərində və hüceyrə kulturalarında aparılan təcrübələrə əsasən qarazirənin antitellərin sintezində və leykositlərin aktivləşməsində böyük rolu sübut olunmuşdur.
Cumin10 kapsulları antioksidantlarla və iltihab əleyhinə maddələrlə zəngin olduğu üçün müxtəlif etiologiyalı iltihabi xəstəliklərdə allergiya, astma, hətta oynaq ağrılarında belə yüksək effektə sahibdir. Bu zaman Cumin10 virus, bakteriya və göbələklərin aktivliyini azaldır, immuniteti yüksəldərək orqanizmin təkrar xəstəliklərə yoluxmasının qarşısını alır.
Kəskin respirator xəstəliklər zamanı bronx genişləndirici və bəlğəmgətirici effekt verir, bəlğəmin tez bir zamanda tənəffüs yollarından qovulmasını təmin edir, iltihab əleyhinə və ümumi möhkəmləndirici təsir göstərir. Tərkibindəki timoxinon adlı antioksidant maddə orqanizmi tonuslandırır və iş qabiliyyətini artırır.
Cumin10 kapsulları xroniki pankreatitlər zamanı da faydalıdır. Həm mədəaltı vəzin pozulmuş strukturunu bərpa edir, həm də növbəti kəskinləşmənin qarşısını alır. Omeqa-6 və Omeqa-9 yağ turşularının təsiri ilə yağların mübadiləsini normallaşdırır, öd turşularının sekresiyasını artırır, “zərərli” xolesterinin miqdarını azaldır.
Vitamin E iltihab əleyhinə və immunstimuləedici effekt verir. Vitamin A mədəaltı vəz toxumasının da regenerasiyasını sürətləndirir. Fitosterollar bakterisid təsir göstərir, ağrı hissini, iltihabi prosesləri aradan qaldırır. Ödü durulaşdırır və qovulmasını aktivləşdirir. Bağırsaqlarda həzmi normallaşdırır, meteorizmi aradan qaldırır, iştahanı yaxşılaşdırır. Həzm sistemini toksin və şlaklardan azad etməklə yanaşı qanda şəkərin səviyyəsini də azaldır.
Əlaqəli yazı mövcud deyil.