Məhsullarımız Bitkilər Yarpaq İsti̇otlu Nanə Yarpağı
Tərkib:
İstiotlu nanə yarpaqlarının tərkibində mentol, menton, alfa və beta-pinen, limonen, fellandren, sineol, puleqon, jasmon, bədrənc turşusu, mentolun sirkə və valerian turşuları ilə efirləri, həmçinin karotin, betain, hesperidin, ursol və oleanol turşuları var.
İstifadəsi:
Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 15 dəqiqə dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 3-4 dəfə, hər dəfə 1-2 xörək qaşığı yeməkdən əvvəl qəbul edilir.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
İstiotlu nanə yarpağı elmi təbabətdə istifadə olunan yeganə nanə növüdür. İstiotlu nanə yarpağından təkcə tibb sahəsində deyil, kosmetika, aromaterapiya və qida sənayesində də istifadə edilir. Bitkinin tərkibi mentol, menton, puleqon kimi efir yağları ilə zəngindir. Bundan başqa istiotlu nanə yarpağı vitaminlər, mineral maddələr və amin turşuları ilə zəngindir.
Bitki elmi təbabətdə təbii antioksidant kimi tətbiq olunur. Maddələr mübadiləsi zamanı sərbəst radikalları neytrallaşdırır və orqanizmdən xaric edir. İstiotlu nanə yarpağı sakitləşdirici effekt verərək mərkəzi sinir sisteminin işini yaxşılaşdırır, psixoloji gərginliyi aradan qaldırır. İltihab mediatorlarının sintezini azaldır, nəticədə iltihab əleyhinə təsir göstərir. Kəskin və xroniki tənəffüs yolu xəstəliklərində traxeya və bronxları genişləndirir, rahat nəfəsalmanı təmin edir. Efir yağları hesabına bakteriyaları məhv edir və ağızdan xoşagəlməz qoxunun qarşısını alır.
İstiotlu nanə yarpağı meteorizmi aradan qaldırır, köpəleyhinə effekt verir. Əzələ spazmlarını aradan qaldırır, sinir-əzələ keçiriciliyini yaxşılaşdırır, ağrı reseptorlarının həssaslığını azaldır. Əzələlərdə yaranan ağrı və gərginliyi aradan qaldırır. Dad reseptorlarını qıcıqlandıraraq iştahanı və həzmi yaxşılaşdırır, həzm traktının motorikasını tənzimləyir. Ödqovucudur, öd kisəsi və öd yollarında iltihabı, durğunluğu və spazmları aradan qaldırır.
İstiotlu nanə yarpağının tərkibi retinol ilə zəngin olduğu üçün gözün funksiyasını yaxşılaşdırır, saç, dırnaq, dəri örtüyünün regenerasiyasını sürətləndirir. Bundan əlavə askorbin turşusu immuniteti gücləndirir, maddələr mübadiləsini yaxşılaşdırır, PP vitamini isə qan dövranını yaxşılaşdırır, toxumaların qidalanmasını təmin edir, ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır. İstiotlu nanə yarpağı beyin qan dövranını yaxşılaşdırır, sinir impulslarının tez ötürülməsini təmin edir. Nəticədə zehni qabiliyyəti və yaddaşı gücləndirir.
Fol turşusu hesabına bitki xoşbəxtlik hormonu serotoninin ifrazını artırır, gün ərzində insanın əhvali-ruhiyyəsini yüksəldir, bədəni tonuslandırır, həmçinin qalxanabənzər vəzinin işini yaxşılaşdırır. Tərkibində olan maqnezium qan laxtalanmasına təsir edir, orqanizmin daxili maye mühitini sabit saxlayır. Amin turşularından triptofan psixoemosional vəziyyəti və yuxunu stabilləşdirir, lizin diqqəti və qavramanı gücləndirir, arginin isə damar divarını möhkəmləndirir.
Əlaqəli yazı mövcud deyil.