Məhsullarımız Bitki Çayları Müalicəvi Bitki Çayları Urotea Çayı (Uroloji Çay)
Tərkibi:
Eleuterokok kökü və kökümsovu, ayıqulağı yarpağı, bostan şüyüdü meyvəsi, gülümbahar çiçəyi, istiotlu nanə yarpağı.
Kimyəvi tərkibi:
Eleuterokok kökü və kökümsovunun tərkibində efir yağları, mikroelementlər, pektin maddələri və s. vardır. Ayıqulağı yarpağının tərkibində flavonoidlər, üzvi turşular, aşı maddələri, arbutin və metilarbutin qlikozidləri vardır. Bostan şüyüdü meyvəsinin tərkibində 5%-ə qədər efir yağları, 20%-ə qədər piyli yağlar, karotin və s. vardır. Gülümbahar çiçəyinin tərkibində karotinoidlər, qlikozidlər, acı maddələr, üzvi turşular və C vitamini vardır. İstiotlu nanə yarpağının tərkibində mentol, izovalerian və sirkə turşusunun efirləri, eyni zamanda üzvi turşular, aşı maddələri, flavonoidlər, mikroelementlər və s. vardır.
Farmakoloji təsiri:
İltihab əleyhinə, spazmolitik, antibakterial, sidikqovucu və orqanizmə ümumi tonuslandırıcı təsir edir, regenerasiya prosesini sürətləndirir.
İstifadəsinə göstəriş:
Əks göstəriş:
İstifadə qaydası:
1 yaşa qədər: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən sonra ilıq şəkildə, saat 19.00-a qədər daxilə qəbul edilir.
1-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 30 ml (2 x. q.) yeməkdən sonra ilıq şəkildə, saat 19.00-a qədər daxilə qəbul edilir.
4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən sonra ilıq şəkildə, saat 19.00-a qədər daxilə qəbul edilir.
7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən sonra ilıq şəkildə, saat 19.00-a qədər daxilə qəbul edilir.
12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən sonra ilıq şəkildə, saat 19.00-a qədər daxilə qəbul edilir.
Müalicə kursu 2-4 həftədir.
Buraxılış forması: 25 filtr-bağlama.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.