Məhsullarımız Bitkilər Qabıq Udi̇-Hi̇ndi̇ Oduncağı
Tərkibi:
Seskviterpen və xromon formalı terpenoidlər, kadinanlar, valenkanlar, qvayanlar, sadə uçucu aromatik birləşmələr.
İstifadəsi:
Bir çay qaşığı xammal 200 ml (1 stəkan) qaynar suda dəmlənir, soyudulur, gündə 2-3 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul olunur. Dəmləmənin dadını yaxşılaşdırmaq üçün bal əlavə oluna bilər. Uzun müddət qəbul oluna bilər.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Udi-hindi təbii antibiotik kimi tanınır və qədim zamanlardan Çin və ənənəvi islam təbabətində geniş istifadə olunur. Bitki qərbi Himalay, Pakistan, Hindistan, Nepal və Çində geniş yayılmışdır. Udi-hindi bitkisinin tərkibi 20 növ amin turşusu, güclü antibakterial, virus əleyhinə və iltihab əleyhinə təsir göstərən maddələrlə zəngindir.
Ümumi möhkəmləndirici və immunostimulyator olduğu üçün mövsümi infeksiyaların qarşısını alır. Eyni zamanda burun tıxanıqlığını aradan qaldırır. Boğaz ağrısı və tənəffüs yolu xəstəliklərində istifadə olunur. Həmçinin allergiya əleyhinə də təsir edir. Bitkinin quru kökünün yanması zamanı əmələ gələn tüstü tənəffüs yollarında allergiya simptomlarını aradan qaldırır. İntensiv öskürək və boğulmanı azaldır. Bal ilə qarışdırılmış udi-hindi tozu isə quru öskürəyə xeyirlidir.
Həzm fermentlərinin ifrazını və bağırsaqların peristaltikasını tənzimləyir, iştahanı və həzmi yaxşılaşdırır. Mədə və bağırsaqların selikli qişasının bərpasını sürətləndirdiyi üçün xroniki qastrit və kolit zamanı effektlidir. Stafilokok və streptokokların, dizenteriya şigellalarının böyümə və inkişafını dayandırır. Ödqovucudur, öd daşlarını əridir. Qanazlığı əleyhinə effekt verir. Zəngin dəmir tərkibi hesabına hamiləlik, doğuşdan sonra və laktasiya dövründə, həmçinin alimentar və digər etiologiyalı dəmir defisitli anemiyalarda çox müsbət təsir göstərir.
Qanda şəkərin miqdarını tənzimləyir, mədəaltı vəzin sekresiyasını yaxşılaşdırır. Detoksik və antiparazitar təsiri vardır. Qaraciyərin antitoksik funksiyalarını normallaşdırır, orqanizmi helmintlərdən azad edir. Qaraciyər piylənməsində, hepatitlərin bütün növlərində yüksəlmiş qaraciyər fermentlərinin nizamlanmasında əvəzolunmaz vasitədir.
Qandurulaşdırıcıdır, damar qoruyucudur, kapilyar keçiriciliyi azaldır, qansızmaların qarşısını alır. Beləliklə gələcəkdə orqanizmdə yarana biləcək infarkt və insult riskini önləyir. Bitki beyin qan dövranını yaxşılaşdırır, diqqəti və yaddaşı gücləndirir. Tərkibi yodla zəngin olduğu üçün qalxanabənzər vəzin funksiyalarını yaxşılaşdırır, hormonların sintezini aktivləşdirir. Nəticə etibarilə yorğunluğu aradan qaldırır və orqanizmi enerji ilə təmin edir.
Udi-hindi həm də kiçik çanaqda qan dövranını yaxşılaşdırır, sidikqovucu təsir göstərir. Böyrək və sidik yollarını sanasiya edir, iltihabı aradan qaldırır. Bu bitki cinsi fəaliyyəti stimulə edir, spermatogenezi sürətləndirir. Qadınlarda aybaşını tənzimləyir, hormonal disbalansı normaya salır. Bitkinin faydaları bununla bitmir. Udi-hindi orqanizmi tonuslandırır, zehni fəaliyyəti və yaddaş qabiliyyətini artırır. Həşərat sancmaları, dərinin müxtəlif problemləri zamanı da faydalıdır. Saçtökülmə əleyhinə də effekt verir. Bir sözlə udi-hindi min bir dərdin dərmanıdır.
Əlaqəli yazı mövcud deyil.