HerbaBot sizə kömək üçün burdadır!

HerbaBot-dan istifadə üçün qeydiyyatdan keçin!

Profile Icon

Herba Flora – BOT

Online

Məhsullar

Razyana Meyvəsi̇

Tərkib:
Razyana meyvəsinin tərkibində efir yağları (anetol, fenxon, metil­xavikol, α-pinen, α-fellandren, sineol, limonen, terpinolen, sitral, bornilasetat, kamfora), karotin, rutin, A, B1, B2, B5, B6, B9, C, E və PP vitaminləri, həmçinin kalium, kalsium, maqnezium, sink, selen, mis, manqan, dəmir, kükürd, fosfor, natrium, fitonsidlər var.

İstifadəsi:
İki xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. qaynayan su hamamında dəmlənir, 45 dəq. otaq temperatu­run­da soyudulur, süzülür. Gündə 3-4 dəfə, hər dəfə 1/3 stəkan ilıq şəkildə qəbul edilir. Dəmləməni sərin yerdə 2 sutkaya qədər saxlamaq olar.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Razyana qədim zamanlardan müalicəvi təsiri ilə yanaşı dadı və xoş ətri ilə xörəklərə və şirniyyatlara ləzzət qatan bir bitkidir. Razyana əsasən Aralıq dənizi mənşəlidir, lakin bir çox bölgələrdə, xüsusilə də Asiya, Avropa, Yaxın Şərq, Şimali Afrika və Amerikada geniş yayılmış çoxillik ot bitkisidır. Meyvəsi ikitoxumlu, uzunsov, yüngül qoxulu və sarımtıl-yaşıl rənglidir. Əslində istifadə edilən “toxum” meyvədir. Razyana meyvəsi bitkinin faydalı hissəsi hesab olunur.

Razyana meyvəsinin tərkibi

Tərkibi efir yağları, flavonoidlər, karotin, vitamin C, fitonsidlər, kaliumla zəngindir. Razyana meyvəsinin ən qiymətli komponenti efir yağlarıdır. Bunlara anetol, fenxon, metilxavikol, limoneni misal göstərmək olar. Bu bitkinin meyvəsi orqanizmə antibakterial, antiseptik, iltihab əleyhinə, qazqovucu, spazmolitik, bəlğəmgətirici təsir göstərir. Razyana meyvəsi ağız boşluğunda xəstəlik törədən mikrobları məhv edir, antiseptik effekti sayəsində ağız qoxusunu aradan qaldırır.

Razyana meyvəsinin mədə-bağırsağa təsiri

Razyana meyvəsi mədə-bağırsaq traktında hissi sinir uclarını qıcıqlandırır, həzm vəzilərinin sekresiyasını artırır, buna cavab reaksiyası olaraq həzm traktında peristaltika artır. Dietik liflərlə zəngin olduğu üçün bağırsaq fəaliyyətini tənzimləyir, toxluq hissi yaradır. Nəticədə qəbul olunmuş qida tam şəkildə rahat həzm prosesinə uğrayır. Razyana meyvəsi maddələr mübadiləsini sürətləndirir, yağların yanmasını asanlaşdırır. Bitki meteorizm zamanı köp əleyhinə təsir göstərir. Qazəmələgəlməni azaldır, orqanizmdən qazın tez bir zamanda xaric olmasını asanlaşdırır.

Razyana meyvəsinin əlavə faydaları

Razyana meyvəsi həmçinin tənəffüs yollarının iltihabi xəstəliklərinin kompleks müalicəsində (traxeit, bronxit, pnevmoniya, göyöskürək) bəlğəmgətirici kimi istifadə olunur. Çətin xaric olunan bəlğəmi yumşaldır və xaric edilməsini asanlaşdırır, tutmaşəkilli öskürəyin qarşısını alır. Bu bitki həmçinin spazmolitik effekt verərək traxeya və bronxları genişləndirir, xəstələrdə rahat nəfəsalmanı təmin edir. Bundan başqa razyana meyvəsi sidikqovucu təsiri sayəsində bədəndə ödem və şişkinliyi azaldır.

Razyana meyvəsi qadın sağlamlığı üçün də yararlıdır. Meyvələr südverən analarda süd hasilatını artırır. Eyni zamanda meyvələrin aybaşı (menstruasiya) dövrünü tənzimləməyə kömək etməsi də məlumdur. Hormonal balansı dəstəkləyə bilir. Antioksidantdır, hüceyrələri sərbəst radikalların dağıdıcı təsirindən qoruyur, hüceyrə membranını stabilləşdirir. Həmçinin antitoksik təsir göstərir, toksinlərin bədəndən çıxarılmasına yardım edir. Qaraciyəri dəstəkləyir, tərkibindəki rutin komponenti hesabına damarları qoruyur, elastikliyini artırır. Razyana meyvəsinin sakitləşdirici təsiri də vardır. Stress və narahatlıq hallarında rahatlaşdırıcı ola bilər. Yatmazdan əvvəl razyana çayı içildikdə yuxunu tənzimləyə bilir.

  • “Herba Flora” şirkəti razyana meyvəsi tərkibli, yüksək keyfiyyətli Teastomin, Tealakton, Teartroz, Şüyüd çayları istehsal edir. Bu çaylardan Teastomin mədəqoruyucu və turşuluğu tənzimləyən, Şüyüd çayı köp əleyhinə, Tealakton isə südartırıcı effekt verir. Teartroz çayı isə oynaq xəstəliklərinin profilaktika və müalicəsində istifadə olunur.
    Bundan başqa şirkət razyana meyvəsini ayrılıqda da istehsal edir.

Əlaqəli bloq yazıları:

Bəlğəmli öskürək nədir? Necə yaranır?

Razyana bitkisi və razyana bitkisinin faydaları

Həzm sistemi xəstəlikləri

Həzm sistemi

Ana südü

Meteorizm haqqında.

Süd verən analar necə qidalanmalı? Hansı qidalar ana südünü artırır?

Aybaşı gecikməsinin səbəbləri

Mədə qıcqırması nədir? Mədə qıcqırmasının təbii müalicəsi

Oxşar Məhsullar