Məhsullar

Güldəfnə Toxumu

Güldəfnə toxumları estrogenəbənzər, südartırıcı, sakitləşdirici, bəlğəmgətirici, sidikqovucu, spazmolitik, bürüyücü, ümumi tonuslandırıcı, iştahaartırıcı təsir göstərir, tərləməni artırır, orqanizmdən toksinləri xaric edir, qanda xolesterol və qlükoza səviyyəsini salır, boy və çəki artımını sürətləndirir, arterial təzyiqi azaldır, tərkibindəki selen hesabına antioksidant təsir göstərir, cinsi gücü və istəyi artırır.

İstifadəsinə göstəriş: Hipoqalaktiya, menopauza, dismenoreya, vərəm, pnevmoniya, bronxit, hiperxolesterolemiya, şəkərli diabet, impotensiya, iştahasızlıq, pubertat dövrdə boy və inkişafdan geriqalma, çəki azlığı, şiş xəstəliklərinin profilaktikası.

Əks göstərişlər: Hiperprolaktinemiya, hiperestrogenemiya, hamiləlik.

İstifadə qaydası: Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 30 dəqiqə qaynayan su hamamında dəmlənir, soyudulur və süzülür. Gündə 2-3 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəqiqə əvvəl ilıq şəkildə qəbul edilir.

 

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriyalar ,

Ətraflı Məlumat

Oxşar Məhsullar