Sistit

Sistit

Sistit – sidik kisəsinin bakterial və ya göbələk infeksiyası səbəbindən yaranan iltihabıdır. Bəzi hallarda xəstəlik qeyri-infeksion xarakter daşıya bilər. Kəskin sistit ən çox görülən uroloji xəstəliklərdən biridir, müalicəsiz xroniki forma ala bilir, simptomların vaxtaşırı kəskinləşməsi ilə xarakterizə olunur. Sistit qadınlarda kişilərə nisbətən bir qədər tez-tez rast gəlinir. Bunun səbəbi qadınların sidik kanalının daha qısa olmasıdır ki, bu da bakteriyaların sidik kisəsinə yayılmasını asanlaşdırır. Buna görə xəstəlik əsasən qadın xəstəliyi hesab olunur və onlarda sistitin müalicəsinə xüsusi diqqət yetirilir.

Qadınlarda sistitin əsas səbəbləri, yoxlanılmamış gigiyena məhsullarının istifadəsi, sidik kisəsinin uzun müddətli kateterizasiyası, cinsi yolla ötürülən infeksiyalar, şəkərli diabet, piylənmə, bədəndə xroniki infeksiya ocaqları, qeyri-kafi intim gigiyena, soyuğun orqanizmə uzunmüddətli təsiri və sidiyi uzun müddət saxlama məcburiyyətidir. Kişilərdə sistit ən çox çanaq bölgəsində yoluxucu proseslərin fonunda görünür. Prostatit, uretrit, orxit, epididimit və vezikulit belə xəstəliklərdəndir. Bir xəstədə cinsi əlaqədən sonra sistit əlamətləri kəskinləşirsə, bu, infeksiyanın cinsi yolla ötürülməsini göstərir.

Mikroblar sidik kisəsinə qalxan və enən yolla yayıla bilər. Bakteriyalar sidik kanalı vasitəsilə sidik kisəsinə daxil olursa, bu qalxan yoldur. Belə ötürmə yolu ən çox yayılmış sayılır. İnfeksiya böyrəklərdən sidik kisəsinə endiyi halda, bu isə enən yoldur. İnfeksiyanın ötürülməsi həmçinin limfa vasitəsilə də baş verir. Kişilərdə bu, bir qayda olaraq, artımların iltihabı ilə yanaşı baş verir. Bundan əlavə infeksiya sidik kisəsinə əməliyyat zamanı, kateter qoyulması zamanı və ya orqanı əhatə edən toxumalarda abses yarandıqda daxil ola bilir.

Sistitin əlamətləri

Sistitin əlamətləri birbaşa iltihabın yayılmasından, patogen floranın növündən və xəstənin yaşından asılıdır. Xəstəlik zamanı həm infeksiyanın ümumi simptomları, həm də sidik kisəsinin disfunksiyası əlamətləri meydana çıxır. Sistitin ən xarakterik əlamətləri tez-tez sidiyə çıxma, sidik kisəsinin natamam boşalması hissi, sidikqaçırma, uretrada yanma, bədən hərarətində artım, zəiflik, başgicəllənmə və defekasiya üçün yalançı istəklərdir.

Sistit zamanı ağrı qarının aşağı nahiyəsinə, aralığa və çanağın digər nahiyələrinə yayılır. Çox vaxt bel bölgəsində ağrı hiss olunur. Sistit zamanı sidik qəhvəyi və ya qırmızı rəngdə, həm də xoşagəlməz bir qoxuya malik olur. Xroniki sistit eyni simptomlarla müşayiət olunur, lakin onlar daha az ifadə edilir. Onlar xəstəliyin kəskinləşməsi dövründə daha çox özünü göstərir. Kişilərdə sistitin simptomları qadınlarda olduğu kimidir.

Sistitin səbəbi və müalicəsi

Sistitin əsas səbəbi aşağıdakı bakteriyalardır: chlamydia, E. coli, staphylococcus, trichomonas, mycoplasma və s. Onlar müəyyən əlverişli şəraitdə sidik kisəsinə daxil ola bilir. Sistitin müalicəsi bakteriya növündən asılıdır. Müxtəlif mikroorqanizmlər həssas olduqları müəyyən dərmanların, xüsusən də antibiotiklərin istifadəsini tələb edir. Müalicə olunmadığı təqdirdə sistit ciddi fəsadlara, hətta böyrək çatışmazlığına yol aça bilər.

Herba Flora şirkətinin istehsal etdiyi bitki tərkibli Urotea çayı, Renokaps şərbətiUros10 kapsulları sistitin və bütün uroloji xəstəliklərin müalicəsində uğurla istifadə olunur.

https://fizulihuseynov.com/

https://herba-flora.com