Sarıkök

Sarıkök

Sarıkök qədim zamandan bu günə qədər geniş istifadə olunan ədviyyat növlərindən biridir. Sarı-narıncı rəngə və özünəməxsus bir dada malikdir. Qurudulmuş və xırdalanmış sarıkök kökündən hazırlanmış toz Asiya mətbəxində geniş tətbiq olunur.Onun vətəni hesab olunan Hindistanda bizim eradan düz 600 il əvvəl bitkidən karri ədviyyatı hazırlanırdı. Qərbdə hind sarıkökü ötən yüzilliyin 70-ci illərinə qədər qəti şəkildə istifadə olunmurdu. Lakin aparılan çoxsaylı tədqiqatlardan sonra sarıkökün min bir dərdin dərmanı olması faktı təsdiqləndi.

Sarıkökün tərkibi

Sarıkökün tərkibi efir yağları, fosfor, dəmir, kalsium, xolin, B1, B2, B5, C kimi vitaminlərlə zəngindir. Bundan əlavə bitkinin tərkibində 20-yə qədər antibakterial təsirli, 12 iltihab əleyhinə, 10 antioksidant effektli maddə var. Sarıkökün tərkibində ən qiymətli bioloji aktiv maddə kurkumin hesab olunur. Məhz kurkumin sayəsində sarıkök orqanizmi hüceyrə səviyyəsində sağlamlaşdırır. Kurkumin sərbəst radikalları neytrallaşdırır, beləliklə ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır. Bu yaxınlarda tədqiqatlar nəticəsində sübut olunub ki, kurkumin hüceyrə membranından daxilə nüfuz edərək hüceyrənin öz-özünü bərpa etməsinə təkan verir, həmçinin informasiyanın ötürülməsində də iştirak edə bilir. Kurkuminin xərçəng hüceyrələrinə dağıdıcı təsiri Amerikanın Texas ştatında yerləşən Onkoloji Mərkəzdə tədqiq olunub. Tədqiqatlar nəticəsində sübut olunub ki, bu nadir maddə xərçəng hüceyrələrinin DNT strukturunu dəyişir, bu da autofagiya prosesini (hüceyrələrin öz-özünü “yeməsi”) işə salır. Kurkuminin xərçəng əleyhinə təsiri qalxanabənzər vəz, çənbər bağırsaq, prostat vəzi, dəri ( melanoma) şişləri, uşaqlarda leykemiya zamanı istifadəsində sübut olunub.

Sarıkökün farmakoloji təsiri

Tərkibində olan bioloji aktiv komponentlər sarıkökü qiymətli bitkiyə çevirib. Onun faydalarını saymaqla bitmir. Sarıkök iltihab əleyhinə, virus əleyhinə, mikrob əleyhinə və həmçinin ağrıkəsici təsir də göstərir. Və orqanizmin immunitetini yüksəldir, immun hüceyrələrin, leykosit və limfositlərin artıb-çoxalmasını sürətləndirir, patogen mikroblarla aktiv mübarizə aparır. Mövsümi infeksiyalar zamanı orqanizmin müdafiə qabiliyyətini artırır, xəstəlikdən sonra bədənin bərpasını sürətləndirir.Həmçinin o, həm uşaqlar, həm də böyüklərdə öskürək zamanı çox effektlidir, balla birgə qarışımı güclü bəlğəmgətiricidir. Hindistanda sarıkök qadın orqanizminin enerji mənbəyi hesab olunur. Həmçinin kişi orqanizmi üçün də faydalıdır. Belə ki, sarıkök kişi cinsiyyət sisteminin qan dövranını yaxşılaşdırır, testosteronun sintezini artırır, ereksiyanı yüksəldir. Sarıkök kişilərdə nəsilartırma qabiliyyətini artırır, potensiyanı gücləndirir. Sarıkökün aktiv komponentləri hesab olunan tumeron və sineol prostat vəzdə infeksiya ocağına təsir edərək şişkinliyi azaldır, sidik ifrazını normallaşdırır. Sarıkök kişinin ümumi əhvali-ruhiyyəsini yaxşılaşdırır, kişi cinsi xəstəliklərinin müalicəsində istifadə olunur. Sarıkök həm də dayaq-hərəkət sisteminin, oynaq və əzələlərin fəaliyyətini yaxşılaşdırır. Bu tərkibli maskalar dərini təmizləyir, rəngini yaxşılaşdırır, qocalma əleyhinə və səpki əleyhinə təsir göstərir, dərini hamarlaşdırır, elastik və parlaq edir. Herba Flora şirkəti sizlər üçün Kurkum10 adlı sarıkök kapsulları istehsal edir. Kurkum10 kapsullarını həm profilaktik, həm də müalicə məqsədi ilə gündəlik qida rasionunuza daxil edin, sarıkök ilə inanılmaz möcüzələrin şahidi olun!

https://herba-flora.com

https://fizulihuseynov.com/