Exinaseya

Exinaseya

Exinaseya, latınca adı Echinacea purpurea, çobanyastığı ailəsinə aid olan, dünyada ən əhəmiyyətli və tanınmış dərman bitkilərindən biridir. İmmunitet sisteminə çox ciddi təsir göstərdiyi üçün dünyanın əksər yerlərində, əsasən də Şimali Amerikada insanlar tərəfindən istifadə edilir. Ölkəmizdə bol olan exinaseya daha çox yabanı şəkildə bitir. Tibdə və xalq təbabətində  bitkinin gövdəsi, yarpaqları, kökü və çiçəyindən istifadə olunur.

Bu bitkinin hündürlüyü təxminən 150 sm-dir. Çox vaxt hər budaqda bir çiçək olur. Ləçək formalı yarpaqları bəzən çox rəngli ola bilər. Amma tibdə istifadəsinə icazə verilən qırmızı exinaseyadır. Exinaseya bitkisinin və ya preparatlarının immunostimulyator fəaliyyəti üç mexanizmlə bağlıdır: leykositlərin faqositoz qabiliyyətinin aktivləşdirilməsi, fibroblastların stimullaşdırılması və leykositlərin hərəkətliliyinin artması. Nəticədə tənəffüs fəaliyyəti güclənir və immunomodulyator effekt əldə olunur. Həmçinin immun sistemini gücləndirərək, həmçinin neytrofilləri, makrofaqları, polimorfonuklear leykositləri və təbii killerləri aktivləşdirərək patogen mikroorqanizmləri məhv edir və iltihabın sorulmasını sürətləndirir. Buna görə də, yuxarı və aşağı tənəffüs yollarının infeksiyaları, çanaq orqanlarının iltihabi xəstəlikləri, irinli yaraların müalicəsində köməkçi vasitə kimi istifadə oluna bilər.

Exinaseya bitkisinin faydaları

Təcrübələrlə sübut edilmişdir ki, immun sistemi gücləndirir. Aparılan klinik araşdırmalar exinaseya bitkisinin soyuqdəymə ehtimalını əhəmiyyətli dərəcədə azaltdığını göstərmişdir. Abseslər, bronxit və vərəm xəstəliyində də faydalıdır. Ağciyərlərin obstruktiv xəstəliyindən əziyyət çəkən xəstələr üzərində aparılan klinik tədqiqatlarda məlum olmuşdur ki, o, astmada sintetik dərman kimi təsir göstərir. Təbii antibiotik rolunu oynayaraq bakteriya və göbələkləri məhv edir. Burun tutulması və rinitlər zamanı olduqca effektlidir.

Dəri xəstəliklərinə qarşı da çox faydalı olan bu bitki ekzema kimi problemlərə yaxşı çarədir. Həmçinin, sızanaq və furunkul (çiban) zamanı da istifadə edilə bilər. Bundan əlavə,  təbii və yüngül işlədici vasitə kimi qəbizliyin qarşısını alır. Bu da arıqlamağa kömək edir. Güclü antioksidant xüsusiyyətlərə malikdir. Qədim sivilizasiyalar da exinaseya bitkisindən ağrıkəsici kimi istifadə ediblər. Onlar baş ağrısı, diş ağrısı, badamcıq və qulaq ağrısının öhdəsindən gəlmək üçün məhz bu otun dəmləməsini tətbiq ediblər.

Exinaseya bitkisi həm xaricə, həm də çay kimi daxilə istifadə oluna bilər. Sızanaq, dəri iltihabı, yaralar və ekzema hallarında bitkinin çiçəkli hissəsi yaxşıca əzilir və problemli nahiyəyə qoyulur. Qatı dəmləməsindən isə təpitmə kimi istifadə etmək olar.

Exinaseya çayı resepti:

Bir stəkan qaynar suya 1,5 çay qaşığı qurudulmuş exinaseya otu əlavə edilir. 7-10 dəqiqə ağzı bağlı saxlanılaraq dəmlənir. Dəmləndikdən sonra süzülür və içilir. Herba Flora şirkətinin exinaseya bitkisi ilə zəngin olan İmmunotea çayı immunitetin artırılmasına müsbət təsir göstərən, eyni zamanda soyuqdəymə, iltihab əleyhinə və qızdırmasalıcı effekt verən bir vasitədir.

Exinaseya bitkisinin yan təsirləri

Bu bitki heç vaxt hamiləlik dövründə istifadə edilməməlidir. Davamlı istifadə olunan bir dərman varsa, müalicə həkimi ilə məsləhətləşmədən exinaseya içmək tövsiyə edilmir. Autoimmun xəstəliklər də exinaseya bitkisindən istifadə üçün əks-göstərişdir. Bu bitki çobanyastığı ailəsinə aid olduğu üçün həmin bitkiyə qarşı allergiyası olan insanlar istifadə etməməlidir.

https://fizulihuseynov.com/

https://herba-flora.com