Çaylar çox müxtəlifdir. Sakitləşdirici, tonuslandırıcı, yuxugətirici, arıqladıcı və s. növləri məlumdur. Herba Flora şirkətinin də bir çox xəstəliklərin müalicəsində yüksək effektə malik müalicəvi çayları vardır. Tənəffüs, həzm, ürək-qan damar sistemi və digər xəstəliklərdə bir sıra bitkilərin qarışığından hazırlanmış çaylardan istifadə edilir. Bununla yanaşı elə bitkilər vardır ki, ondan tək halda da çay hazırlanır və kifayət qədər təsirli olur. Həmin təbii vasitələrdən biri də cökədir. Cökə iyun-avqust ayları arasında ağımtıl-sarı rəngli, ətirli çiçəklər açan hündür ağacdır. Təbiətdə, adətən meşələrdə tapılmasına baxmayaraq, bəzək ağacı kimi park və bağlarda da yetişdirilir. Yarpaqları saplaqlı, kənarları dişli, yuxarı səthi yaşıl, alt tərəfi ağımtıl-yaşıl və tüklüdür. Ən azı üçü bir yerdə olan çiçəkləri sallanır. Çiçək örtüyü qayıqvari, sarımtıl-yaşıl rəngdədir. Meyvələri sferik və təktoxumludur və ağacı tumurcuqdan böyüyür. Maksimum bir il davam edir.
Cökə bitkisinin farmokaloji təsiri
Cökə bitkisinin tərkibi efir yağları, manqan, tannin, ossidaza, saponin, qlusid, strol və C vitamini ilə zəngindir. Cökənin spazmolitik, sakitləşdirici, iltihabəleyhinə, sidikqovucu, rahatladıcı, bəlğəmgətirici təsirləri vardır. Cökə, xüsusən eksudasiya fazasını qısaldaraq iltihabi prosesin sorulması və sağalmasını sürətləndirir. Stress zamanı mərkəzi sinir sisteminə sakitləşdirici təsir göstərir. Cökə çayı, həmçinin bağırsaq qurdlarını azaldır və onların bağırsağın mənfəzində törətdiyi iltihabi prosesin sağalmasını sürətləndirir. Sedativ effekt verərək yuxusuzluğu aradan qaldırır və yuxu ritmini bərpa edir. Kəskin və xroniki bronxitlər zamanı sinəyumşaldıcı effekt verərək öskürəyi azaldır və bəlğəmin parçalanaraq xaric olmasını asanlaşdırır. Cökə çayı qrip infeksiyalarına qarşı çox faydalıdır. Sidik-cinsiyyət yollarına güclü antiseptik, iltihabəleyhinə təsir edir. Orqanizmin immun müqavimətini artırır. Cökə dəmləməsi ilə saçlar yuyulduqda onları qidalandırır və möhkəmləndirir.
Lakin bu prosedurdan sonra saçları durulamaq məsləhətdir. Konyuktivit zamanı cökə dəmləməsini pambığa hopduraraq gözləri silmək həm infeksiyanın qarşısını alır, həm də gözləri dincəldir. Müalicə məqsədi ilə gündə üç dəfə bir çay qaşığı cökəni 1 stəkan qaynar suda 10-15 dəqiqə dəmləyib içmək məsləhətdir. Dəridə olan qırış və ləkələri aparmaq üçün isə iki-üç çay qaşığı cökənin üzərinə bir stəkan qaynar su töküb qatılaşana kimi qaynatmaq və soyudaraq dərinin problemli nahiyələrinə sürtmək lazımdır. Bununla üzdəki qırışlar masaj olunarsa, çox yaxşı nəticə əldə etmək olar. Bu qədər əhəmiyyətli xüsusiyyətlərinin olmasına baxmayaraq cökə çayından həddindən çox istifadə etmək məqsədəuyğun deyil.