Əzgil meyvəsinin faydalarını saymaqla bitməyən bir bitkidir. Demək olar ki, respublikamızın əksər rayonlarında bitir. İnsanlar müxtəlif xəstəliklərin türkəçarə ilə müalicəsində əzgildən geniş istifadə edirlər. Tərkibi melovin aktiv maddəsi, qidalandırıcı liflər, faydalı minerallar və kalium, dəmir, kalsium, fol turşusu və maqnezium kimi maddələrlə zəngindir. Həmçinin A və C vitaminlərinin olduğu da məlumdur. C vitamini maddələr mübadiləsini tənzimləyir, oksidləşmə-reduksiya reaksiyalarını sürətləndirir, orqanizmin oksigen ilə təminatını yaxşılaşdıraraq sinir sisteminin funksional vəziyyətini sağlamlaşdırır, xüsusi ilə əzgilin qabığı sinir-əzələ fəaliyyətinə müsbət təsir edir. Müntəzəm istifadəsi mərkəzi sinir sistemi üçün çox faydalıdır. Qan dövranını sürətləndirdiyi üçün beynin daha nizamlı olaraq oksigen almasına kömək edir. Beləliklə, zehni fəaliyyətə, yaddaşa və koqnitiv funksiyaların möhkəmlənməsinə müsbət təsir göstərir.
Tərkibində çox miqdarda su olduğu üçün sərinləşdirici və rahatlaşdırıcı təsir göstərir. Nazik bağırsaq iltihabının sorulmasını sürətləndirir, dizenteriyanı aradan qaldırmağa kömək edir, ishal əlamətlərini nəzərəçarpacaq dərəcədə azaldır. Uzunmüddətli ishal səbəbindən itirilmiş suyu bərpa edir və orqanizmin susuzlaşmasının qarşısını alır, eyni zamanda qan dövranını tənzimləyir. Böyrək kristallarının və daşlarının tökülməsinə kömək edir, böyrək və sidik yollarının iltihabını aradan qaldırır. Əzgilin ən əsas xüsusiyyətlərindən biri də dölün ana bətnindən düşməsinin (yarımçıqdoğulma) qarşısını almasıdır.
Əzgil yarpaqları diabet üçün faydalıdır. Belə ki, tərkibində az miqdarda qlükoza saxlayan əzgil diabet xəstələrinin istehlak edə biləcəyi bir meyvədir.Həddən artıq piylənməyə məruz qalan insanların mütəmadi olaraq əzgil yeməsi onların arıqlamasına kömək edir. Maddələr mübadiləsini sürətləndirir və bağırsaqların işini yaxşılaşdırır.
Əzgilin faydaları
Anemiyanın kompleks müalicəsinə çox yaxşı kömək edir, sidikqovucudur, immun sisteminin sağlam fəaliyyətini təmin edir. Əzgil meyvələrindən hazırlanan çay xronik öskürəyə dərmandır. Astma və bronxit kimi xəstəliklərə qarşı müsbət təsir göstərir.Güclü antioksidant və büzücü təsir göstərdiyi üçün ağızda yaranan yaraların daha tez sağalmasına kömək edir. Tam təbii şəfa mənbəyi olan əzgilin toxumları da meyvəsi kimi həzm sistemi üçün çox faydalıdır. Toxumların suda dəmləməsi həm də sidik ifrazını artırır. böyrək daşlarının əriməsinə və böyrək sancılarının azalmasına yardım edir.
Böyrəkləri təmizləməklə yanaşı, organizmdəki ödemləri də aradan qaldırır. Əzgilin yetişmiş meyvələri yaxşıca yuyulub təmizləndikdən sonra qabıqlarına və toxumlarına diqqət edilir. Meyvənin tumları qaynadılıb çay hazırlanaraq içilməlidir. Bütün meyvələr kimi, əzgil də təzə halda yeyildikdə daha çox fayda verir. Pəhriz saxlayanlar üçün əzgil toxumu çayı arıqlamağa kömək edən əsas və təbii məhsuldur. Əzgil çayı artıq çəkidən azad olmaq və arıqlamaq istəyənlər üçün ideal vasitə hesab olunur. Bu çay bədəndə toplanan artıq yağların sürətlə yanmasını təmin edir. Əvəzsiz keyfiyyətlərə malik olan əzgildən mövsümündə bol-bol istifadə edərək sonsuz faydalarından yararlanmaq olar.