HerbaBot sizə kömək üçün burdadır!

HerbaBot-dan istifadə üçün qeydiyyatdan keçin!

Profile Icon

Herba Flora – BOT

Online

Yapon soforasının faydaları nələrdir?

Mündəricat

Hələ qədim zamanlarda yapon soforasının müalicəvi xüsusiyyətləri Yapon təbibləri tərəfindən kifayət qədər öyrənilmiş və getdikcə onun əhəmiyyətini anlayan müasir həkimlərin də diqqətini cəlb etmişdir. Yapon soforası ağacının ən qiymətli bioloji aktiv maddəsi rutindir. Rutin yapon soforasının qönçələrində, çiçəklərində, yarpaqlarında və meyvələrində aşkar edilmişdir. Bu maddə bitkinin sürətlə inkişaf edən orqanlarında çox miqdarda toplanır. Ən yüksək konsentrasiya qönçələrdə olur, meyvələri yetişdikdə isə onların tərkibində çox miqdarda flavonoidlər toplayır. Onların miqdarı xammalın toplanma yerindən və vaxtından asılı olaraq dəyişir. Çiçəklərində isə alkaloidlər və qlikozidlər aşkar edilmişdir.

Yapon soforası nə üçün faydalıdır?

Bu bitki beyinin, ürəyin və gözün torlu qişasının damarlarını möhkəmləndirir, kapilyarların keçiriciliyini və kövrəkliyini azaldaraq qansızmaların qarşısını alır, qanda xolesterolun miqdarını azaldır, şəkərin səviyyəsini aşağı salır, toksiki maddələri, ağır metal duzlarını, şlakları orqanizmdən çıxarır. Beyində dofaminin və asetilxolinin miqdarını artıraraq yaddaşı və zehni qabiliyyəti yaxşılaşdırır. Antikoaqulyant təsiri sayəsində beyinin və ürəyin qan dövranını sürətləndirir, uzunmüddətli istifadə zamanı beyin damarlarında tromblarını əridir, angioprotektiv təsir göstərir, mikrosirkulyasiyanı yaxşılaşdırır, toxumaların oksigen təchizatını artırır. Yapon soforası preparatlarının güclü bərpaedici xüsusiyyətləri ekzema və psoriazla mübarizə aparmağa kömək edir. Bitkinin meyvələri güclü iltihab əleyhinə və yara sağaldıcı xüsusiyyətlərə malikdir. Onlar maddələr mübadiləsini normallaşdırmağa və orqanizmi tullantılardan və toksinlərdən yumşaq şəkildə təmizləməyə kömək edir. Sofora məlhəm şəklində xaricə trofik xoralar, yataq yaraları, neyrodermit, şişlər və yanıqlar zamanı tətbiq olunur. Bitkinin ekstraktı və infuziyası radioaktiv maddələri orqanizmdən çıxarır və askrobin turşusunun sorulmasını yaxşılaşdırır.

Yapon saforası meyvələrinin faydaları nələrdir?

Bitkinin meyvələrindən həmçinin ürək-damar xəstəliklərinin müalicəsində, qan təzyiqinin tənzimlənməsində, beyin işemiyasında, torlu qişanın xəstəliklərində, endokarditdə və aterosklerozda istifadə edilir. Yapon soforası rutinlə zəngin olduğu üçün kapilyar kövrəkliyi azaldır, elastikliyi bərpa edir və damar divarlarından üzvi çöküntüləri çıxarır. Çin təbabətində yapon soforası ağacının qabığı orxiti müalicə etmək üçün istifadə olunur. Bundan əlavə saç tökülməsi, sinusit, çiban və karbunkul, həmçinin dəri göbələkləri, diş əti xəstəlikləri, paraproktit, mastit və mastopatiya zamanı da müalicəyə əlavə edilir.
Yapon soforası həmçinin bədxassəli şişlər, böyrək, qaraciyər xəstəlikləri, allergiya, revmatizm, şəkərli diabet, vərəm, qadın reproduktiv sisteminin xəstəlikləri, prostat vəz adenoması, daxili qanaxma, vurus infeksiyaları, angina, tromboflebit, xoralı kolit, mədə və onikibarmaq bağırsaq xəstəlikləri, bronxit, bronxial astmanın müalicəsində istifadə olunan və qan damarlarını gücləndirən əvəzsiz vasitədir. Yapon soforası həm də əsəbləri sakitləşdirir, ürək əzələsini tonuslandırır və qanyaranmanı aktivləşdirir.
“Herba Flora” şirkəti bir sıra xəstəliklərin müalicəsində köməkçi vasitə kimi tətbiq olunan, yapon soforası ilə zənginləşdirilmiş Serebratea çayMemvit10 kapsulu istehsal edir.

https://herba-flora.com/

https://fizulihuseynov.com/

Yazı ilə əlaqəli məhsullarımız