Alaqanqal toxumu nədir və təsiredici xüsusiyyətləri nələrdir?

Mündəricat

Alaqanqal nədir?

Ləkəli alaqanqal birillik, yaxud ikiillik bitki olub çoxlu sayda müalicəvi effektə malikdir. Bitkinin yerüstü hissəsi və toxumları (Alaqanqal toxumu) bioloji aktiv maddələrlə zəngindir .

Alaqanqal toxumunun xüsusiyyətləri:

Alaqanqal toxumunun təsiredici xüsusiyyətləri (faydaları) nələrdir?

  • Bu toxum tərkibindəki silimarin hesabına qaraciyər hüceyrələrinin regenerasiyasını sürətləndirir.
  • Silimarin həmçinin hüceyrələrin vaxtından əvvəl qocalmasının qarşısını alır, xroniki xəstəliklərin inkişafını da önləyir. O, məhz bu komponent hesabına prostoqlandinlər, leykotrienlər kimi iltihab mediatorlarının sintezini azaldır və nəticədə iltihab əleyhinə təsir göstərir.
  • Bu toxum hepatositləri zədələnmədən, toksinlərdən, infeksiyalardan, alkoqol və dərmanların təsirindən qoruyur.
  • Alaqanqal toxumu həm də silibin tərkibli olduğu üçün qaraciyər hüceyrələrinin hepatotrop toksinlərə qarşı mübarizəsini artırır.
  • Ümumiyyətlə alaqanqal hepatit, sirroz, piylənmə daxil olmaqla demək olar ki, bütün qaraciyər xəstəliklərinin dərmanıdır.

https://fizulihuseynov.com

Yazıda adı keçən bitkilər aşağıdakı məhsullarımızda mövcuddur: