Məhsullar

Hepartea Çayı (Hepatoprotektor Çay)

Tərkibi: Ləkəli alaqanqal toxumu, zəyərək toxumu, qarğıdalı saçağı, dazıotu otu, boymadərən otu, üçbölümlü yatıqqanqal otu.

Kimyəvi tərkibi: Ləkəli alaqanqal toxumunun tərkibində silimarin, silibin, silidianin, taksifolin, silixristin, kversetin, 32% piyli yağlar, K vitamini vardır. Zəyərək toxumunun tərkibində linol, linolen, olein turşularının qliseridlərindən ibarət piyli yağlar, linamarin qlikozidi, üzvi turşular, fermentlər və A vitamini vardır. Qarğıdalı saçağının tərkibində qlikozidlər, saponinlər, K, B1, B2, B6, D, E, C vitaminləri vardır. Dazıotu otunun tərkibində aşı maddələri, hiperisin qlikozidi, karotin, P və PP vitaminləri, xolin vardır. Boymadərən otunun tərkibində axillein alkaloidi, xamazulen, mürəkkəb efirlərdən kamfora, tuyon, borneol, sineol efirləri, apiqenin və lyuteolin qlikozidləri, aminturşular, karotin, K və C vitaminləri vardır. Üçbölümlü yatıqqanqal otunun tərkibində flavonoidlər, 6,5% aşı maddələri, karotin, askorbin turşusu, Mn və s. maddələr vardır.

Farmakoloji təsiri: Hepatoprotektor, antioksidant, antitoksik, antiseptik, iltihab əleyhinə, xolelitik, xolekinetik, zəif xolesekretik təsir göstərir, həzm prosesini yaxşılaşdırır.

İstifadəsinə göstəriş:

  • Kəskin və xroniki hepatit
  • Daşlı xolesistit
  • Qaraciyər sirrozu
  • Toksik hepatit
  • Diabetik hepatopatiya
  • Hamiləliyin I yarısının toksikozu
  • Qaraciyərin piy distrofiyası
  • Yenidoğulmuşların sarılığı
  • Qaraciyərdə aparılan cərrahi müdaxilələrdən sonra
  • Şüa terapiyasından sonra

Əks göstəriş: Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

İstifadə qaydası:

1 yaşa qədər: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 20 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

1-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 20 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 30 ml (2 x. q.) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 20 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 20 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 20 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

Müalicə kursu 30 gündür.

Buraxılış forması: 25 filtr-bağlama.

 

 

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat


Hamilələrdə tez-tez ürəkbulanma, qusma kimi hallar baş verir. Bunu da normal hal kimi qəbul edir, həkimə müraciət etdirəcək səbəbin olmamasını düşünürlər. Ancaq hamiləlik normal fizioloji haldır. İlk 3 ayda rüşeymi əhatə edən xorion qişadan ifraz olunan qonodotropin hormonunun, rüşeymin ifrazat və mübadilə məhsullarının qan vasitəsilə ananın qaraciyərinə gətirilməsi nəticəsində orqanın yükü artır. Əvvəldən də cüzi problem olubsa, qaraciyər bunları zərərsizləşdirə bilmir. Nəticədə hepatositlər zədələnir, bu da ürəkbulanma, qusma və baş ağrıları ilə özünü göstərir. Hamiləlikdə, xüsusən də ilk 3 ayda kimyəvi preparat istifadəsi olduqca təhlükəlidir. Çünki rüşeymin bütün orqan və sistemlərinin başlanğıcı bu zaman qoyulur. Bu prosesə hər hansı təsir gələcəkdə orqanlarda patologiya olaraq özünü göstərə bilər. Bütün bu amilləri nəzərə alaraq sizə Herba Flora şirkətinin tam təbii məhsulu olan Hepartea çayını təqdim edirik.

Hepartea çay təsiri

Hepartea çayı ilk öncə qaraciyər hüceyrələrinin dağılmasının qarşısını alır. Bununla yanaşı, hepatositlərin yenidən əmələ gəlməsi və bərpasını sürətləndirir. Qaraciyərin dezintoksikasion funksiyasını artırır. Toksiki maddələri neytrallaşdıraraq orqanizmdən xaric olmasını asanlaşdırır. Hepartea çayının tərkibindəki ləkəli alaqanal toxumu saydığımız təsirlərə malikdir. Çünki onun tərkibində silimarin, silibin kimi hepatoprotektor maddələr, həmçinin fosfolipidlər vardır. Digər tərəfdən Hepartea çayının tərkibindəki zəyərək toxumu hamilə qadının mədə-bağırsağına selik vasitəsi ilə bürüyücü təsir göstərir. Həmçinin toksin, zəhərli maddələrin qana sorularaq qaraciyəri zədələməsinin qarşısını alacaq. Yağ turşuları isə yumşaldıcı effekt verərək hamiləlik zamanı qəbizliyin qarşısını alacaq.

Orqanizmdə gedən dəyişikliklər, böyüyən döl digər orqanlar kimi həm qaraciyərin, həm də öd kisəsinin funksiyalarını zəiflədir. Nəticədə durğunluq yaranır, ödün normal hərəkəti pozulur. Bu da qaraciyər daxilində öd durğunluğuna, həzm prosesinin pozulmasına, iştahanın zəifləməsinə, qəbizliyə gətirib çıxarır. Bütün bunları Hepartea çayının tərkibindəki boymadərən otu, dazıotu otu, qarğıdalı saçağı öd yolları və öd kisəsinin saya əzələlərinə spazmolitik təsir göstərərək aradan qaldırır. Öddə yaranan durğunluq, qaraciyər funksiyasının zəifləməsi dəridə bir sıra əlamətlər – ləkə, qaşınma şəklində özünü büruzə verir. Hepartea çayı bunların qarşısını yatıqqanqal otu vasitəsi ilə alır.

Qaraciyər

Böyüklərdə qeyri-düzgün qidalanma, oturaq həyat tərzi, maddələr mübadiləsinin pozulmasına, piylənməyə, qaraciyərin piy distrofiyasına qədər gətirib çıxarır. Bundan başqa indi uşaqlar arasında geniş yayılan infeksion xəstəliklər, qurd invaziyaları, tez-tez xəstələnmə halları və s. geniş yayılmışdır. Bu zamanı antibiotik, qurdəleyhinə preparatlar, immun stimulyatorların istifadəsi qaçınılmaz olur. Hələ tam formalaşmayan uşaq orqanizmi və qaraciyəri üçün bu preparatlar olduqca ağırdır. Həm böyüklərdə qaraciyərin xroniki xəstəlikləri, həm də uşaqlarda bu tipli preparatların qəbulu zamanı qaraciyərə həddən çox yük düşür. Çünki bütün toksiki maddələr kimi dərmanlar da qaraciyərdə zərərsizləşir. Funksiyalarının tam formalaşmadığı üçün də dərman preparatları qaraciyəri zədələyir.

 Hepartea çayı qəbul edin, sağlam qaraciyərə sahib olun!

https://herba-flora.com

https://fizulihuseynov.com/

Oxşar Məhsullar