Məhsullar

Hepanat Şərbəti̇

Tərkibi (100 ml):
Adi alaqanqal (Silybum marianum) toxumunun duru ekstraktı – 8 ml; qumluq ödotu (solmazçiçəyi) (Helichrysum arenarium) çiçəyinin duru ekstraktı – 8 ml; itburnu (həmərsin) (Rosa canina) meyvəsinin duru ekstraktı – 8 ml; adi boymadərən (Achillea millefolium) otunun duru ekstraktı – 8 ml; adi zəyərək (Linum usitatissimum) toxumunun duru ekstraktı – 4,6 ml; adi dazıotu (Hypericum perforatum) otunun duru ekstraktı – 4,6 ml; üçbölümlü yatıqqanqal (Bidens tripartita) otunun duru ekstraktı – 4,6 ml.

Köməkçi maddələr: təmizlənmiş distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).

İstifadəsinə göstəriş: (aşağıdakı hallarda yardımçı vasitə kimi istifadə olunur):
Müxtəlif qaraciyər xəstəlikləri və qaraciyər xəstəliklərinin profilaktikası.

İstifadə qaydası:
18 yaşdan yuxarı: 1 xörək qaşığı gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl
Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.

Əks göstərişlər:
Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.
18 yaşından aşağı şəxslərin istifadəsi tövsiyə olunmur.

Saxlanılması:
25°C-dən yuxarı olmayan temperaturda və uşaqların əlinin çatmayacağı yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.

Yararlılıq müddəti: 2 il.

Buraxılış forması: Tünd rəngli şüşə flakon, 100 ml.
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
ГОСТ 28499-2014 üzrə istehsal olunur.

İstehsalçı: “Herba Flora” MMC
Azərbaycan Respublikası,
Abşeron rayonu, Qobu ŞTQ,
Güzdək yolunun üstü.
www.herba-flora.com
[email protected]

Sizə Sağlamlıq Arzulayırıq!

 

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriya

Ətraflı Məlumat

Hepanat şərbəti.

Müasir dövrdə insanlar arasında qeyri-düzgün qidalanma, azhərəkətli həyat tərzi həzm sisteminə öz mənfi təsirini göstərir. Qidamızın əsasını təşkil edən yağlı, hazır, qızardılmış yeməklər həzm vəzilərinin fəaliyyətini pozur, qaraciyərin üzərinə düşən yükü artırır. Qaraciyərin əsas funksiyalarından biri olan öd sintezini pozur: öd mayesində öd turşularının miqdarı artır, öd qatılaşır, öd kisəsində durğunluq yaranır. Öddə olan durğunluq onun 12-barmaq bağırsağa tökülməsini zəiflədir. Öd kisəsində iltihabi proseslərin yaranmasına, gələcəkdə daş əmələ gəlməsinə səbəb olur. Nəticədə orqanizmdə maddələr mübadiləsi pozulur, tədricən çəki artımı problemi yaranır. Bütün problemlərin həlli  həm profilaktik, həm də kompleks müalicə ilə yanaşı, rahatlıqla istifadə edə biləcəyiniz Herba Flora şirkətinin Hepanat şərbətindədir.

Herba Flora şirkətinin Hepanat şərbəti ləkəli alaqanqal, solmazçiçəyi, boymadərən, dazıotu, itburnu, zəyərək, yatıqqanqal, andız kimi faydalı  dərman bitkilərinin duru ekstraktlarından hazırlanıb. Hepanat şərbəti tərkibi qaraciyərqoruyucu maddələrlə zəngin olan ləkəli alaqanqal bitkisi hesabına qaraciyər hüceyrələrinin zədələnməsinin qarşısını alır. Xroniki xəstəliyi olan insanlarda uzunmüddətli müalicələr nəticəsində kimyəvi dərmanların təsirinə məruz qalmış qaraciyər hüceyrələrini yeniləri ilə əvəz edir, bir sözlə, yüksək qaraciyərqoruyucu effekt verir. Hepanat şərbətinin faydaları bununla da bitmir. O, tərkibindəki solmazçiçəyi, boymadərən kimi güclü ödqovucu bitkilər sayəsində öd yollarının spazmını aradan götürməklə yanaşı, həmçinin ödün qaraciyər daxilində ləngiməsinin qarşısını alır.

Herba Flora şirkətinin Hepanat şərbəti güclü antioksidant olduğu üçün həm də toksiki maddələrin qaraciyərə təsirini aradan qaldırır və maddələr mübadiləsini yaxşılaşdırır. Qaraciyərin piy distrofiyası, hepatit, sirroz, öd kisəsi və öd yollarının itihabi xəstəliklərinın profilaktikası və müalicəsi zamanı yardımçı ola biləcək əvəzolunmaz məhsuldur. Hepanat şərbəti yenidoğulmuşlardan tutmuş kiçikdən-böyüyə hər yaş kateqoriyasından olan insanlar üçün nəzərdə tutulub.Yalnız öddaşı olan insanlarda Hepanatın istifadəsi yolverilməzdir!

http://fizulihuseynov.com/

https://herba-flora.com

Oxşar Məhsullar