Arterial hipertenziya

Arterial hipertenziya

Arterial hipertenziya hazırda çox geniş yayılmış patologiyalardan biridir desək yanılmarıq. Arterial hipertenziya sakitlik vəziyyətində sistolik qan təzyiqinin (≥ 130 mm c.st.) və ya diastolik qan təzyiqinin (≥ 80 mm c.st.) davamlı artmasıdır. Məlum bir səbəb olmadan qan təzyiqinin artması birincili (ilkin, əsas hipertoniya) hipertenziyadır və ən çox rast gəlinən haldır. Səbəbi məlum olan hipertoniya isə ikincili hipertoniyadır ki, bunun əsasında hər hansı ciddi bir xəstəlik durur.

Yaşla əlaqədar olaraq qan təzyiqi artır. Yaşı 65-dən yuxarı olan insanların təxminən üçdə ikisində arterial hipertenziya olur və 55 yaşında normal qan təzyiqi olan insanlarda hipertoniyaya tutulma riski 90% təşkil edir. Qan təzyiqi yaşa müvafiq yüksəldiyi üçün zərərsiz görünə bilər, lakin xəstələnmə və ölüm riskini artırır. Hamiləlikdən əvvəl və ya hamiləlik zamanı inkişaf edən hipertoniyanın özünəməxsus xüsusiyyətləri vardır. Hamiləlik zamanı hipertoniya preeklampsiya və eklampsiya kimi ciddi ağırlaşmalara gətirib çıxarır. Birincili arterial hipertenziyanın səbəbi ətraf mühit faktorlarının (məsələn stress) gənc yaşda yalnız genetik cəhətdən həssas olan şəxslərə təsir göstərməsidir. Lakin 65 yaşdan yuxarı xəstələrdə yüksək natrium qəbulu hipertoniyaya səbəb ola bilər. İkincili arterial hipertenziyanın səbəbləri diabet, piylənmə, obstruktiv yuxu apnoe sindromu, birincili aldosteronizm, parenximal böyrək xəstəliyi (məsələn xroniki qlomerulonefrit və ya pielonefrit, polikistik böyrək xəstəliyi, birləşdirici toxuma xəstəliyi, obstruktiv uropatiya) və renovaskulyar xəstəliklərdir.

Digər nadir səbəblərə feoxromositoma, Kuşinq sindromu, anadangəlmə adrenal hiperplaziya, hipertiroidizm, hipotiroidizm (miksedema), birincili hiperparatireoz, akromeqaliya, aorta koarktasiyası və birincili aldosteronizmdən başqa mineralokortikoid artıqlığı sindromlar daxildir. Həddindən artıq spirtli içki qəbulu və oral kontraseptivlərin istifadəsi müalicə edilə bilən hipertenziyanın ümumi səbəbləridir. Simpatomimetiklərin, qeyri-steroid iltihab əleyhinə dərmanların (QSİP), qlükokortikosteroidlərin, kokain və ya biyan kökünün qəbulu qan təzyiqinə nəzarəti pisləşdirir. Üç müxtəlif antihipertenziv dərmanın istifadəsinə baxmayaraq, qan təzyiqi yüksək səviyyədə qaldıqda arterial hipertenziya davamlı hesab olunur. Rezistent hipertenziyası olan xəstələrdə ürək-damar xəstəlikləri ilə bağlı xəstələnmə və ölüm nisbəti daha yüksəkdir.

Qan təzyiqi artdıqca plazmanın həcmi azalmağa meyillidir, nadir hallarda plazma həcmi normal olaraq qalır və ya artır. Plazma həcmi, bir qayda olaraq, birincili aldosteronizm və ya böyrəklərin parenximal xəstəliklərində artır. Diastolik qan təzyiqi artdıqca böyrək qan axını tədricən azalır və arterioloskleroz başlayır. Xəstəliyin inkişafı zamanı anormallıqlar görünənə qədər glomerular filtrasiya dərəcəsi (GFD) normal olaraq qalır, nəticədə filtrasiya payı artır.

Aretrial hipertenziyanın yaranma səbəbləri

Arterial hipertoniyanın patogenezində natriumun patoloji ötürülməsi, simpatik sinir sisteminin fəaliyyət pozğunluğu, renin-angiotenzin-aldosteron çevrilmələrindəki çatışmazlıqlar durur. Arterial hipertenziyanın erkən mərhələsində patoloji dəyişikliklər müşahidə edilmir. Şiddətli və ya uzun müddət davam edən arterial hipertenziya hədəf orqanlara (əsasən ürək-damar sistemi, beyin, böyrəklər) zərər verir və onların zədələnmələrinin inkişaf riskini artırır. Müalicəyə həyat tərzi dəyişiklikləri və dərmanlar, o cümlədən diuretiklər, beta-blokatorlar, angiotenzin çevirici ferment (AÇF) inhibitorları, angiotenzin II reseptor blokatorları və kalsium kanal blokatorları daxildir.

Arterial hipertenziyanın müalicəsinə sadə preparatdan, aşağı dozadan başlamaqla yanaşı monoterapiyaya üstünlük vermək vacibdir. Müəyyən müddətdən sonra lazım gələrsə həmin dərmanın dozasını artırmaq və yaxud ikinci preparatı əlavə etmək məsləhətdir. Hipotenziv preparatlarla yanaşı sidikqovucular da arterial hipertenziyanın müalicəsində çox önəmlidir. Arterial hipertenziyanın müalicəsində Herba Flora şirkətinin tam təbii məhsulu olan Teakard çayından istifadə etmək arterial təzyiqi tez endirir və hipotenziv təsir müddətini uzadır. Teakard çayının tərkibinə daxil olan damotu, ginkqo-biloba, qatırquyruğu, məkkəgülü, qarğıdalı saçağı, gülümbahar və bədrənc kimi bitkilər daxildir. Damotu ürəkdöyünmələrin sayını və sinir impulslarını seyrəldir, periferik damarları genişləndirərək qanın ləngiməsini təmin edir və ürəyin yükünü azaldır.  Ginkqo-biloba qanı durulaşdırır. Bədrənc otu ürəyi qidalandırır və əsəbləri sakitləşdirərək hipotenziv effekt verir. Teakardla birlikdə Sedativ çay, Florelaks çay, Nat-sedativ kapsul, Serebratea çayı və Nevronat şərbəti də preparatların təsir qüvvəsini uzadır.

https://fizulihuseynov.com/

https://herba-flora.com