HerbaBot sizə kömək üçün burdadır!

HerbaBot-dan istifadə üçün qeydiyyatdan keçin!

Profile Icon

Herba Flora – BOT

Online

Məhsullar

Gi̇nseng10 Kapsul

Bir kapsulun tərkibi:
Adi jenşenin (Panax ginseng) kökünün tozu – 325 mq; tikancıqlı eleuterokok (Eleuterococcus senticosus) kökünün tozu – 25 mq
Köməkçi maddə: Qarğıdalı nişastası (amylum maidis) – 50 mq, kapsul örtüyü (jelatin , qliserin , su)

İstifadəsinə göstəriş:
Metabolik prosesləri və enerji mübadiləsini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ.

İstifadə qaydası:
18 yaşdan yuxarı: Gündə 2 dəfə, hər dəfə 1 kapsul, yeməkdən 30 dəqiqə əvvəl qəbul olunur. Saat 18:00-dan sonra qəbulu tövsiyə olunmur. Müalicə müddəti 30 gündür. 3 aylıq fasilədən sonra təkrar qəbul oluna bilər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.

Əks göstərişlər: Tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq, hamilə­lik və laktasiya dövrü, sinir oyanıqlığı, yuxusuzluq, arterial hiper­tenziya, taxiaritmiyalar, epilepsiya, qızdırma.

Saxlanma şəraiti: Rütubətdən qorunmaqla, 25°C-dən yuxarı olmayan tem­pe­raturda və uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Yararlılıq müddəti: 2 il.
Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.
Buraxılış forması: 400 mq-lıq 60 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Son zamanlar arıqlamaq məqsədi ilə zəif qidalanan, qida rasionundan kalorili qidaları çıxaran, mütəmadi fiziki və zehni işlə məşğul olan, yaxud həyat şəraiti və qidalanması zəif olan insanlar çoxdur. Ümumi zəiflik, arterial təzyiqin aşağı olması (arterial hipotoniya), ürək vurğularının sayının azalması (bradikardiya), halsızlıq, iştahasızlıq, qidadan imtina, yuxululuq, əhvali-ruhiyyənin aşağı olması, daimi yorğunluq, iş qabiliyyətinin düşməsi kimi problemlərlə bir çox insanlar üzləşir. Haqqında danışacağımız təbii məhsul sadaladığım problemlərin həllində böyük əhəmiyyətə malikdir. Bu, “Herba Flora” şirkətinin istehsal etdiyi tam təbii tərkibli Ginseng10 kapsullarıdır. Ginseng10 kapsullarının tərkibi adi jenşen və tikancıqlı eleuterokok köklərinin tozundan ibarətdir.

Jenşen tərkibli Ginseng10 kapsulun faydaları

Jenşen bitkisi

  • triterpen qlikozidləri,
  • zülallar,
  • efir yağları,
  • pektin,
  • vitamin C və B qrupu vitaminləri,
  • K, Ca, Fe, Mg elementləri ilə çox zəngindir.

Eleuterokok bitkisi isə eleuterozidlər, pektin, polisaxaridlər və kumarinlə zəngindir. Hər iki bitki stimullaşdırıcı və tonuslandırıcı effektə malikdir. Adaptogen bitkilər olduğu üçün orqanizmin stressə, yorğunluğa və xəstəliklərə qarşı davamlılığını artırır. Fiziki və zehni qabiliyyəti qüvvətləndirir. Jenşen arterial təzyiqi və orqanizmin müqavimətini yüksəldir, metabolizmi sürətləndirir, oksidləşmə-reduksiya reaksiyalarını və enerji çevrilmələrini tənzimləyir. Mərkəzi sinir sisteminin müxtəlif xəstəlikləri nəticəsində pozulmuş zehni qabiliyyəti və koqnitiv funksiyaları stimulyasiya edir, konsentrasiya və yaddaşı yaxşılaşdırır. Xüsusilə II tip diabet xəstələrində qan şəkərini stabil saxlamağa kömək edir. Eleuterokok isə hüceyrələrdə ATF-in sintezini artıraraq enerji mübadiləsini və metabolik prosesləri sürətləndirir. Güclü immunstimuləedici təsir göstərir.

Jenşen tərkibli Ginseng10 kapsulun təsir xüsusiyyətləri nələrdir?

Jenşen reproduktiv funksiyaları yaxşılaşdırmaq baxımından əvəzolunmaz effektlərə malikdir. Həm birincili, həm də ikincili sonsuzluq zamanı jenşen bitkisi qadın orqanizmində nəsilartırma funksiyasına müsbət təsir göstərir. Ginseng10 kapsulun tərkibində də olan jenşen kişi sağlamlığının da təminatçılarından hesab oluna bilər. Belə ki, bitki tərkibindəki saponinlər sayəsində hipofizin fəaliyyətini artırır, nəticədə plazmada kortikotropinin səviyyəsini yüksəldir. Bu maddə isə böyrəküstü vəz tərəfindən kortikosteroidlərin sekresiyasını sürətləndirir. Kişilərdə spermatogenezi sürətləndirir, spermatozoidlərin kəmiyyət və keyfiyyətini artırır, cinsi fəaliyyəti yaxşılaşdırır. Bundan başqa kişilərdə kicik çanaqda damarları genişləndirərək qan dövranını yaxşılaşdırır, erektil funksiyanı gücləndirir. Ümumiyyətlə kişi orqanizminə möhkəmləndirici, tonuslandırıcı, antioksidant, enerji mənbəyi kimi təsir göstərir, zehni və fiziki qabiliyyəti artırır.

Ginseng10 kapsuludan istifadə zamanı nələrə diqqət edilməlidir?

Ginseng10 təbii məhsul olduğundan, müsbət effektləri çox olsa da, bitki tərkiblidir deyib keçmək olmaz. Yüksək arterial təzyiq, yuxusuzluq, əsəbi gərginlik, qızdırma, bir çox iltihabi xəstəliklər, hamiləlik və laktasiya dövründə (yalnız həkim məsləhəti ilə), qəhvə və digər stimullaşdırıcılarla birlikdə içmək məsləhət deyil.

https://fizulihuseynov.com/

Əlaqəli bloq yazıları:

Oxşar Məhsullar