HerbaBot sizə kömək üçün burdadır!

HerbaBot-dan istifadə üçün qeydiyyatdan keçin!

Profile Icon

Herba Flora – BOT

Online

Koksaki virusu nədir və əlamətləri nələrdir?

Mündəricat

Koksaki virusu nədir?

Koksaki virusu müxtəlif klinik formalarla xarakterizə olunan kəskin xəstəliklərin yaranmasına səbəb olan törədicidir. Virus polimorfikdir, xəstəliyin hər bir formasının mürəkkəbliyini, eləcə də digər patologiyalarla oxşarlığını nəzərə alsaq, ilkin müayinə zamanı xəstəliyə diaqnozun qoyulması olduqca çətindir. Koksaki virusunun törətdiyi infeksion xəstəliyin diaqnostikasında əsas rolu laboratoriya testlərinin nəticələri oynayır. Ən böyük təhlükə yenidoğulmuşların və 10 yaşa qədər olan uşaqların yoluxması zamanı baş verir. Böyüklər daha az yoluxur və xəstəlik daha yüngül formada davam edir.

Koksaki virusu insan orqanizminə necə daxil olur?

İnsan orqanizminə daxil olduqdan sonra Koksaki virusu selikli qişalarda toplanır, limfatik toxumaya, burun-udlağa və nazik bağırsağa nüfuz edir. Nəticədə aktiv çoxalma başlayır. Virusun yeganə mümkün mənbəyi patogeni ətraf mühitə yayan insanlardır. Xəstə şəxsin bütün bədən mayeləri yoluxmuş olur və virus nəcis, tüpürcək, sidiklə xaric olur. Pasiyent xəstəliyin ilk bir neçə günündə virusu ən aktiv şəkildə ətrafa yayır. Nadir hallarda virus hamiləlik zamanı və ya doğum yollarından keçərkən anadan uşağa ötürülür. Koksaki virusu hamilə qadınlar üçün son dərəcə təhlükəlidir.

Koksaki virusunun əsas əlamətləri

Koksaki virusu qızdırma, boğaz ağrısıiştahasızlıq ilə başlayır. Bu sindrom ağızda, əl və ayaq barmaqlarının arasında, bəzən baldırda, bud və omanın arxa hissəsində lokallaşmış, olduqca ağrılı, sulu, kiçik qırmızı səpgilərlə xarakterizə olunur. Səpgilər olan nahiyələr qaşınır, daha sonra pulcuqlarla örtülür. Qızdırma adətən 1-3 gün ərzində azalır, səpgi isə 7-10 gün ərzində yox olur. Boğazın selikli qişasında kiçik maye ilə dolu qabarcıqlar əmələ gəlir, onlar bir neçə gündən sonra qoparaq ağ örtüklü ağrılı eroziyalar əmələ gətirir.

Hemorragik konyuktivit də koksaki virus xəstəliyinin digər simptomlarındandır. Bu, kəskin göz ağrısı, görmə itiliyinin azalması, gözlərdə qum hissi, fotofobiya, göz qapaqlarının şişməsi və gözlərdən bol irinli axıntı ilə müşayiət edilir. Uşaqlarda və gənclərdə Koksaki virusu seroz meningit və ensefalitlə ağırlaşa bilir. Koksaki virusunun bağırsaq (ishal, kəskin qarın ağrısı) və poliomielitə bənzər (iflic, zədələnmiş əzələlər) formalarının simptomları ümumi bağırsaq infeksiyasına bənzəyir. Lakin bu əlamətlərə əlavə olaraq, tez-tez burun axması, boğaz ağrısı və digər kataral simptomlar qoşulur. Simptomlar sürətlə inkişaf edir, lakin kifayət qədər tez bərpa olunur.

  • “Herba Flora” şirkətinin istehsal etdiyi Teaqrip, Teasept, İmmunotea çayları, Şəfa vitamini, İmmun10 kapsuluLorosept spreyi həm Koksaki virusu, həm də digər patogenlərin törətdiyi infeksion xəstəliklərlə mübarizədə immuniteti yüksəldir, orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır, qrip və soyuqdəymə simptomlarını aradan qaldırır.

https://fizulihuseynov.com/

Yazı ilə əlaqəli məhsullarımız