Məhsullarımız
Məhlul və Pastillər
Lorosept HF Sprey
Ağız boşluğu və boğaz üçün tibb vasitəsi
Tərkibi (30 ml):
Vərəmumun (Propolis) 30%-li spirtli çıxarışı –1,8 ml, Kürəşəkilli evkalipt (Eucalyptus globulus) yarpağının 30%-li spirtli çıxarışı –1,8 ml, Adi küknar (Picea abies) yarpağının 30%-li spirtli çıxarışı – 1,8 ml, Mixək (Ətirli siziqium) (Syzygium aromaticum) qönçəsinin 30%-li spirtli çıxarışı – 1,8 ml, Dərman adaçayı (Salvia officinalis) yarpağının 30%-li spirtli çıxarışı – 1,8 ml, Çin darçını (Cinnamomum cassia) qabığının 30%-li spirtli çıxarışı – 1,8 ml, Adi palıd (Quercus robur) qabığının 30%-li spirtli çıxarışı – 1,5 ml, Qırmızı exinaseya (Echinacea purpurea) otunun 30%-li spirtli çıxarışı – 1,5 ml, Dərman gülümbaharı (Calendula officinalis) çiçəyinin 30%-li spirtli çıxarışı – 1,5 ml, Dərman rozmarini (bibəriyə) (Rosmarinus officinalis) yarpağının 30%-li spirtli çıxarışı – 1,2 ml, Adi nar (Punica granatum) qabığının 30%-li spirtli çıxarışı- 1,2 ml, İt itburnu (Rosa canina) meyvəsinin 30%-li spirtli çıxarışı – 1,2 ml, Tüksüz biyan (Glycyrrhiza glabra) kök və kökümsovunun 30%-li spirtli çıxarışı –1,2 ml.
Köməkçi maddələr: Qliserin, təbii limon ətri, distillə suyu.
İstifadəsinə göstəriş:
Ağız boşluğu və boğaz xəstəliklərinin profilaktikasında tövsiyyə olunan tibb vasitəsidir.
İstifadə qaydası:
2-12 yaş uşaqlara: gündə 3-4 dəfə, hər dəfə 1-2 püskürtmə;
12 yaşdan yuxarı və böyüklərə: gündə 3-4 dəfə, hər dəfə 3-4 püskürtmə.
İstifadədən sonra 30 dəqiqə ərzində qida və su qəbulu tövsiyə olunmur.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
Əks göstərişlər:
Tərkib hissələrinə qarşı fərdi həssaslıq.
Yararlılıq müddəti: 3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Saxlanma şəraiti: 25°C-dən yüksək olmayan temperaturda, qaranlıq, uşaqların əli çatmayan yerdə saxlayın.
Buraxılış forması: 30 ml-lik tünd rəngli şüşə flakonda, sprey-başlıqla və içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Tibb vasitəsidir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Əlaqəli yazı mövcud deyil.