Məhsullarımız
Kapsullar
İmmun10 Kapsul
DƏRMAN VASİTƏSİ DEYİLDİR!
Bir kapsulun tərkibi: Qırmızı Exinaseya (Echinacea purpurea) otunun quru ekstraktı – 40 mq; Şirin Biyan (Glycyrrhiza glabra) kök və kökümsovunun quru ekstraktı – 40 mq; İt İtburnu (Rosa canina) meyvəsinin quru ekstraktı – 40 mq; Tikanlı Eleuterokokk (Eleutherococcus senticosus) kökümsovunun quru ekstraktı – 40 mq
Köməkçi maddələr: Qarğıdalı nişastası (Amylum maidis) – 290 mq; kapsul örtüyü (jelatin, qliserin, su).
İstifadə qaydası:
18 yaşdan yuxarı şəxslər: Gündə 2 dəfə, hər dəfə 1 kapsul yeməkdən əvvəl daxilə qəbul edilir. Qəbul müddəti 15 gündür.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.
Əks göstəriş: Tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq.
Saxlama şəraiti: 25°C-dən yuxarı olmayan temperaturda, rütubətdən qorun¬maq¬la, uşaqların əli çatmayan yerdə saxlayın.
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji aktiv qida məhsuludur.
MQ-05-001618
BAQM normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.
Yararlılıq müddəti: 2 il.
Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.
Buraxılış forması: №60 plastik flakonda, karton qutu qablaşdırmada.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
“Herba Flora” şirkəti immuniteti gücləndirmək, əsasən də yaz-payız aylarında orqanizmi soyuqdəymə və qripdən qorumaq üçün İmmun10 kapsulu istehsal edir. İmmun10 kapsulun tərkibi
Bu kapsullar yalnız immunitet gücləndirici deyil, eyni zamanda vitamin və mineral deposudur. Məhsulun tərkibi onun xüsusiyyətləri haqqında demək olar, hər şeyi deyir.
İmmun10-un tərkibində əsas təsirli bitki olan exinaseya otu A, C, E vitaminləri, selen və dəmirlə zəngindir. Orqanizmdə endogen interferonun sintezini, qanda leykositlərin miqdarını və onların faqositar (mikrob udmaq) qabiliyyətini artırır. Tərkibində olan exinazidlər hesabına exinaseya antibakterial, antivirus və göbələk əleyhinə təsirə malik olub mikrobların hərəkətinin və bölünməsinin qarşısını alır. C və E vitaminləri selenlə birlikdə kəskin respirator xəstəliklər zamanı antioksidant effekt verir, iltihabi zonalarda toplanan turş məhsulları neytrallaşdırır. Həmçinin zəhərli maddələri və sərbəst radikalları özünə birləşdirərək qan və limfadan xaric edir. Güclü iltihab əleyhinə və regenerasiyaedici təsirləri var.
İtburnu meyvəsi C, B1, B2, E, K, P və PP vitaminləri, dəmir duzları ilə zəngindir. C vitamini (limondan 100 dəfə çox) mübadilə proseslərini sürətləndirir, orqanizmin infeksiyalara və ətraf mühitin zərərli təsirlərinə qarşı müdafiə qabiliyyətini yüksəldir. P vitamini damar divarını möhkəmləndirir, keçiriciliyini azaldır və nəticədə iltihabın sorulmasını təmin edir. Tərkibində olan dəmir duzları və B qrupu vitaminləri hesabına qanyaranmanı sürətləndirir. Soyuqdəymə və qrip zamanı antimikrob, regenerasiyaedici, sakitləşdirici və iştahagətirici təsirlərə malikdir.
İmmun10 kapsulu şirin biyan kökü hesabına bakterial infeksiyalar zamanı böyrəküstü vəz hormonlarının (steroidlərin) parçalanmasını ləngidir. Onların qanda və toxumalarda təsirinə uyğun olaraq iltihab əleyhinə effekt verir. Selik və saponinlərlə zəngin tərkibi tənəffüs yollarına spazmolitik təsir edir. Qlisirrizin turşusu hesabına bəlğəmi durulaşdırır və xaric olmasını sürətləndirir, qızdırmasalıcı və ağrıkəsici təsir göstərir.
Eleuterokok kökü adaptogen təsir göstərərək orqanizmin qeyri-spesifik immunitetini gücləndirir. Mərkəzi sinir sisteminin işini yaxşılaşdırır, yorğunluğu və qıcıqlanmanı aradan qaldırır. Orqanizmi ümumi möhkəmləndirərək tonuslandırır. Eleuterozidlər sayəsində fiziki və əqli fəaliyyəti gücləndirir, ətraf mühitin qıcıqlandırıcı faktorlarına qarşı davamlılığı artırır. Həmçinin görmə itiliyini artırır, ürək-damar sisteminin fəaliyyətini gücləndirir, stresə qarşı reaksiyaları zəiflədir, iştahanı yaxşılaşdırır.
Kəskin respirator virus və bakterial infeksiyaların, soyuqdəymənin, müxtəlif etiologiyalı immundefisit vəziyyətlərin kompleks müalicəsində, həmçinin antibiotiklərlə uzunmüddətli müalicə zamanı “Herba Flora” şirkətinin təbii İmmun10 kapsulları ideal seçimdir. Bu kapsullar gündə 2 dəfə, hər dəfə 1 kapsul olmaqla yeməkdən əvvəl daxilə qəbul edilir. Qəbul müddəti 15 gündür. Kliniki əlamətlər aradan qalxdıqdan sonra preparatın qəbulu dayandırılmalıdır.