Uretrit nədir?
Sidiyin əmələ gəlməsi böyrəklərdə baş versə də, orqanizmdən xaric olması sidik axarları, sidik kisəsi və sidik kanalı (uretra) vasitəsi ilə həyata keçirilir. Qadınlarda bu sistemlər bir-birindən tamamilə ayrılır. Kişilərdə isə sidik kanalı uzun və dar olub, prostat vəzin daxilindən keçdiyi üçün birində yaranmış iltihabi proses tez bir zamanda digərinə sirayət edir.
Uretritə nə səbəb olur?
Oturaq həyat tərzi, alkoqol istifadəsi, təsadüfi cinsi əlaqələr, zəif immunitet, soyuqdəymə, müxtəlif xroniki iltihabi xəstəliklər, həmçinin sidik-cinsiyyət sisteminin müxtəlif xəstlikləri uretritə gətirib çıxaran səbəblər sırasındadır.
Uretrit – sidik kanalının iltihabıdır və qadınlara nisbətən kişilərdə daha çox rastlanır. Qadınlarda isə anatomik olaraq sidik kanalı qısa və enli olduğu üçün infeksiya çox sürətlə daha yuxarıya, sidik kisəsinə doğru qalxır. Beləliklə qadınlarda tez bir zamanda sistit formalaşır.
Uretritin infeksion və qeyri-infeksion formaları ayırd edilir. Qeyri-infeksion növü zamanı sidik kanalında daha çox stafilokoklardan təşkil olunmuş şərti-patogen mikroflora yaranır. Bu da bakterial iltihabın formalaşmasına gətirib çıxarır.
İnfeksion uretrit isə spesifik və qeyri-spesifik olmaqla iki yerə bölünür.
- Spesifik uretrit adətən cinsi yolla yayılan infeksiyalar tərəfindən törədilir. İnfeksion uretrit çox vaxt qonokoklar, trixomonada, ureaplazma, mikoplazma, xlamidiyalar tərəfindən törədilir.
- Qeyri-spesifik uretrit isə şərti-patogen mikroflora tərəfindən yaranır. Qeyri-spesifik uretritin törədicilərinə streptokoklar, bağırsaq çöpü, enterobakteriyalar aid edilə bilər. Bu sıraya hətta virus və göbələkləri də əlavə edə bilərik. Virus mənşəli uretrit uretrokonyuktivit virusları tərəfindən törədilir. Göbələk mənşəli uretritin səbəbi isə çox vaxt Candida cinsli göbələklərdir.
Uretritin müalicəsi
Həkimə uretritlə daha çox kişilər, qadınlar isə adətən sistitlə müraciət edirlər. Sidik ifrazı zamanı göynəmə, sidik kanalından ifrazat, sidikdə qan uretritin əsas simptomları hesab olunur. Uretritin diaqnostikası həkimlər tərəfindən laborator müayinələrə əsasən aparılır. Bunun üçün ilk növbədə sidik kanalından yaxma götürülür. Daha sonra əldə olunan bioloji material üzərində mikroskopik, kultural (əkmə) yaxud PZR diaqnostika aparılır.
Qeyri-spesifik uretrit zamanı yalnız xəstə özü müayinə və müalicə olunur. Spesifik uretrit isə çox vaxt cinsi yolla yayılan infeksiyalar tərəfindən törədildiyindən müalicə kursu cütlüklər üzərində aparılır.
Herba Flora şirkəti sizlərə sidik-cinsiyyət sisteminin iltihabi xəstəlikləri, o cümlədən uretrit zamanı Urotea çayı, Renokaps şərbəti, Udin10 kapsulları kimi tam təbii, yüksək effektli məhsullarını təqdim edir! Herba Flora ilə sağlamlığınızın qeydinə qalın!