Panik atak nədir?
Panik atak böyüklərdə və yeniyetmələrdə eyni simptomlarla baş verə bilər. Bu tutmaların səbəbləri də üst-üstə düşür, belə ki, stress və güclü emosional hallar əsas etioloji faktorlardır. Yeniyetmələrdə hormonal fon dəyişir, bu da onları zehni cəhətdən daha az stabil edir. Sinir sistemi böyük bir yükə məruz qalır və panik ataklarla buna reaksiya verir. Həm yeniyetmələrdə, həm də böyüklərdə güclü stress panik atakların yaranmasına təkan verir.
Panik atak zamanı nə etməli?
Panik atakları olan pasiyentlərlə necə məşğul olmağın və onlarla necə davranmağın yolarını nevroloqla məsləhətləşmək faydalıdır. Panik atak üçün nevroloqlardan 5 sadə üsul tövsiyyə olunur.
- Yavaş, dərin inhalyasiya və ekshalasiyalar bədəni rahatlaşdırır və sakitliyi bərpa etməyə kömək edir.
- Ayaqqabıları çıxarıb ayaqlarla döşəməni hiss etmək, əllərlə obyektlərə toxunmaq, yaxınlıqda olan bir pişik və ya iti sığallamaq müsbət təsir edir.
- Bir stəkan təmiz və sərin su içmək daxili rahatlıq gətirir.
- Ayaqların altını döşəməyə döyüb və ya yerində addımlamaq stress hormonlarının sərbəst buraxılmasına və oranizmdən xaric olunmasına kömək edir.
- Ətrafa baxmaq və yaxın olan 5 obyektin adını çəkmək pasiyentin diqqətini yayındırır və daha sakit düşünməyə kömək edir.
Panik atakların səbəbləri
Panik atakların səbəblərini araşdırmaq və anlamaq üçün həkimə müraciət etmək məsləhət görülür. Bu ilk dəfə deyil təkrar baş vermişdirsə, bir mütəxəssislə (nevroloqla) əlaqə saxlamaq vacibdir. Gecələr insan bədəni rahatlaşır, bütün funksiyalar zəifləyir və buna görə də bədən sanki daha çox stressə məruz qalır. Bu səbəbdən panik ataklar ən çox gecələr baş verir.
Panik ataklar Covid-19 infeksiyası sonraartış göstərmişdir. Koronavirus infeksiyası müddətində xəstəliyi keçirən insanların orqanizmi ciddi şəkildə tükəndi. Bundan əlavə təcrid, qeyri-müəyyənlik, iqtisadi çətinliklər onsuz da zəifləmiş immun sistemini bir qədər də korladı. Panik ataklar həddindən artıq gücə malik emosional stressə reaksiya olaraq, Covid-19 nəticələrindən biri kimi baş verdi. Coviddən sonra da yaranan panik atakların hücumunu tövsiyə edilmiş üsulun köməyi ilə dayandırmaq mümkündür.
Panik atakları oxşar simptomlara malik olan digər xəstəliklərlə differensasiya etmək üçün lazımi testlər təyin edilir. Panik atakların səbəbini öyrənmək üçün baş beyinin MRT-si ilə yanaşı baş və boyun damarlarının ultrasəs müayinəsi də aparılır.
Panik atakın müalicəsində nevroloqlar medikamentoz üsullar üstünlük verirlər. Herba Flora şirkəti panik atakların medikamentoz müalicələrini gücləndirmək məqsədilə istifadə olunan Nevronat şərbəti, Sedat10 kapsulu, Sedativ və Florelax çayları kimi sakitləşdirici və yuxugətirici məhsullar istehsal etmişdir.