Köp və həzmsizlik nədir?
Köp və ya meteorizm – bağırsaqlarda həddindən artıq qaz yığılması nəticəsində qarında ağrı, şişkinlik, diskomfort, ürəkbulanma və narahatlıq hissi yaradan bir vəziyyətdir. Həzmsizlik, müxtəlif qidaların qəbulu və ya həzm sistemi problemləri ilə bağlı yarana bilər. Köp həzm sisteminin müvəqqəti və ya xroniki bir problemi ola bilər.
Köp və həzmsizliyin səbəbləri
- Düzgün olmayan qidalanma vərdişləri
Buna qidanın sürətli qəbulu və ya çeynəmədən udulması, qazlı içkilərdən çox istifadə olunması, brokoli, süd məhsulları və şirinləşdiricilər, paxlalılar (lobya, noxud, mərcimək) və kələm kimi qidaların yeyilməsi, yağlı və ağır yeməklərdən istifadə olunması aiddir. - Həzm problemləri
Buraya isə laktoza və ya qlüten həssaslığı, qəbizlik (nəcis bağırsaqda uzun müddət qalanda qaz yığılır), mədə və bağırsaq xəstəlikləri (qastrit, reflüks, qıcıqlanmış bağırsaq sindromu və s.) daxildir. - Hava udulması
Yemək zamanı çox danışmaq, saqqız çeynəmək, siqaret çəkmək də hava udulmasına, qarında köp və şişkinliyin əmələ gəlməsinə səbəb olan faktorlara aiddir. - Bağırsaq florasının pozulması
Antibiotiklərin həddindən artıq istifadəsi, stress və ya psixoloji gərginlik də bu bağırsaqlarda olan normal mikrofloranı pozur, nəticədə bağırsaqlarda həzm zəifləyir.
Köpün əlamətləri
- Qarında şişkinlik və doluluq hissi
- Qarında qurultu və qaz çıxarma ehtiyacı
- Ağrı, diskomfort və narahatlıq hissi (xüsusilə qarının yuxarı nahiyələrində)
- Qıcqırma və ya qida borusunda yanma hissi (bəzi hallarda)
- Ürəkbulanma və iştahasızlıq
Xəstələrə həddindən artıq əziyyət verən köp və şişkinliyin müalicəsi xüsusi əhəmiyyətə malikdir. Bu zaman əsas müalicəvi taktika xəstəliyin səbəbini tapmaq və onu aradan qaldırmaqdır.
“Herba Flora” şirkətinin istehsal etdiyi bir sıra məhsullar var ki, köp və meteorizmin müalicəsində xüsusi yer tutur. Bu məhsullar çay, şərbət və kapsullar şəklində istehsal olunur. Pankreas, Teaxolin, Hepartea, Teastomin və Şüyüd çayları, həmçinin Meteonat, Hepanat, Koliks10 şərbətləri köp və meteorizm zamanı yüksək effektliyə malikdir. Onların tərkibindəki aktiv maddələr mədə və bağırsaqların işini tənzimləyir, həzmi normallaşdırır, köp, şişkinlik və meteorizmi aradan qaldırır.
Teastomin çayı tərkibindəki biyan kökünün hesabına mədədə ifraz olunan turşunun miqdarını azaldaraq mədəqoruyucu təsir göstərir, zəyərək toxumunun selikli maddələrlə zənginliyinə görə isə qida kütlələrinin bağırsaqlarda hərəkətini sürətləndirir. Həmçinin öd turşuları və lipid mübadiləsini tənzimləyərək köp və meteorizmin qarşısını alır. Teaxolin çayı boymadərən və solmazçiçəyi bitkilərinin hesabına güclü ödqovucu effekt verərək yağların həzmini tənzimləyir, spazmolitik təsir göstərərək ağrı və sancıları aradan qaldırır, həzm vəzilərinin sekresiyasını artıraraq iştahaaçıcı və həzmi normallaşdırıcı təsir göstərir. Köp və həzmsizlikdən əziyyət çəkən hər kəsin bu məhsullardan istifadə etməsində fayda var.