Haymorit və frontit nədir?
Haymorit və frontit burunətrafı ciblərin (sinusların) iltihabi xəstəlikləridir. Bunlar sinusit adlanan geniş anlayışın bir hissəsidir. Haymorit üst çənənin almacıq sümüklərinin daxilində yerləşən haymor boşluğunun, frontit isə alın sümüyünün alt hissəsində yerləşən frontal (alın) ciblərinin iltihabına deyilir. Bu xəstəliklər həm eyni vaxtda təzahür edə bilər, həm də ayrı-ayrılıqda rast gəlinə bilər.
Haymorit və frontit xəstəlikləri adətən aşağıdakı səbəblərdən yaranır:
Virus və bakteriyalar – qrip, soyuqdəymə və ya digər tənəffüs yolu infeksiyalarının ağırlaşması.
Allergiyalar – allergik rinit nəticəsində burun yollarının şişməsi və sinusların tıxanması.
Burun çəpərinin əyriliyi – sinusların normal drenajına maneənin baş verməsi.
Zəif immunitet – immun sisteminin zəifləməsi və nəticədə mikroorqanizmlərin çoxalması.
Diş infeksiyaları – xüsusilə yuxarı çənədəki dişlərin infeksiyalarının haymor cibinə yayılması.
Haymoritin əlamətləri
Üzün yanaq hissəsində ağrı və təzyiq hissi
Burun tutulması və selikli-irinli axıntı
Baş ağrısı (xüsusilə alın və gicgah nahiyəsində)
Qoxu hissinin zəifləməsi
Tez-tez asqırma
Temperaturun yüksəlməsi, halsızlıq
Üzün yanaq hissəsində şişkinlik və həssaslıq
Nəfəsdən pis qoxunun gəlməsi
Frontitin əlamətləri
Alın nahiyəsində güclü ağrı (xüsusilə səhərlər)
Burundan irinli axıntı
Göz ətrafında şişkinlik və həssaslıq
Fotofobiya (işığa həssaslıq)
Temperaturun qalxması, yorğunluq və ümumi zəiflik
Nəfəsdən pis qoxunun gəlməsi
Tez-tez asqırma
Qaşarası hissədə şişkinlik və həssaslıq
Haymorit və frontit xəstəliklərinin müxtəlif müalicə üsulları
Konservativ müalicə üsuluna aşağıdakılar daxildir:
Antibiotiklər, əgər xəstəliyin səbəbi bakteriyalardırsa (məsələn, amoksisillin, azitromisin).
Burun açıcı spreylər və damcılar burun tıxanıqlığını azaltmaq üçün (məsələn, oksimetazolin, ksilometazolin).
Ağrıkəsicilər və iltihab əleyhinə dərmanlar (parasetamol, ibuprofen).
Antihistaminlər, əgər xəstəliyin səbəbi allergiyadırsa.
Duzlu su məhlulu ilə burunu yumaq və burun ifrazatını təmizləmək.
Burun ciblərinin UHF terapiyası və lazer müalicəsi
Buxar inhalasiyaları
YAMİK-kateterlə sinusların təmizlənməsi
Cərrahi müdaxilə (ağır hallarda)
Əgər müalicə effekt vermirsə və ya irin toplanırsa, həkim sinus punksiyası (deşilməsi) və ya endoskopik sinus cərrahiyyəsi tövsiyə edə bilər.
Profilaktika üçün nə etməli?
Soyuqdəymə və qripi vaxtında müalicə etmək.
Burun yollarını gigiyenik təmiz saxlamaq.
Allergenlərdən uzaq olmaq.
Diş sağlamlığına diqqət etmək.
İmmuniteti gücləndirmək.
Simptomların on gündən çox davam etməsi xəstəliyin ağırlaşmasından xəbər verir. Haymorit və ya frontiti ağırlaşdırmamaq üçün erkən vaxtlarda təbii bitkilərlə müalicədən də istifadə etmək məsləhətlidir. “Herba Flora” şirkətinin istehsalı olan Teasept, İmmunotea çayları həmçinin Angins10, Stomanginol, Rizin, Nosaqua, Lorosept spreyi və məhlulu bu xəstəliklərin müalicəsində istifadə olunan əsas təbii vasitələrdir. Teasept çayı həm daxilə, həm də inhalyasiya şəklində və burun boşluğunun yuyulması üçün istifadə edilir. Həmçinin udi-hindi tərkbili Udoil yağı haymorit və frontitin müalicəsində əvəzsiz effekt verir.