Məhsullarımız Məhlul və Pastillər Nosaqua (Burun Spreyi)
Tərkibi:
Su, dəniz duzunun hipertonik məhlulu, propolis məhlulu, evkalipt yağı, pixta yağı (şam ağacının bir növündən alınır)
Dəniz duzu:
Dəniz duzu ayrıca bir duz növü olub, xüsusi müəssisələrdə 100% təbii üsullarla dəniz suyundan alınır. İstehsal dəniz duzunun təbiiliyinin qorunması şərtləri altında aparılır. Dəniz duzunun tərkibində Natriumla birlikdə 84 adda mineral maddə vardır. Dəniz duzu bakteriya və virusları məhv edir, immuniteti yüksəldir, soyuqdəymə, qızdırma və allergiya əleyhinə təsir edir. Yuxarı tənəffüs yollarının selikli qişasında yaranan iltihabı və ödemi aradan qaldırır.
Propolis məhlulu: Propolisin spirtdə çıxarışı, 20 %-li.
Antibakterial, virus və göbələk əleyhinə təsir göstərir, immun sistemi möhkəmləndirir, orqanizmdən iltihabın sorulmasını təmin edir. Təbii spazmolitik və ağrıkəsici təsirləri var. Dəri və selikli qişaların regenerasiyasını, yara və xoraların sağalmasını sürətləndirir. Yerli olaraq ödemi azaldır, burunaçıcı effekt verir, həmçinin selikli qişanın baryer funksiyasını gücləndirir.
Evkalipt yağı: Antiseptik, antibakterial, virus əleyhinə, ağrıkəsici, spazmolitik xüsusiyyətlərə malikdir. Evkaliptin efir yağları bir çox mikrobları məhv edir, soyuqdəymə və zökəm zamanı orqanizmdə ölmüş toxumaları bərpa edir. Evkalipt yağından farmakologiyada qrip əleyhinə dərmanlarda geniş istifadə olunur.
Pixta yağı: Antiseptik, iltihabəleyhinə, ağrıkəsici, immunomodulyator şam ağacının bir növünün yarpaqlarından alınan efir yağıdır.
Twin 80: Efir yağlarının emulqatorudur, tərkibi dəyişmədən yağların suda həll olmasını və rahatlıqla orqanizm tərəfindən sorulmasını təmin edir.
Farmakoloji təsiri: Burun boşluğunun selikli qişasında qədəhəbənzər hüceyrələrdən seliyin ifraz olunmasını asanlaşdırır və durulaşdırır. Səyrici epitelin hərəkətliliyini artıraraq seliyin qovulmasını sürətləndirir. İzatonik olduğu üçün yerli ödemi azaldır və burunun selikli qişasının şişkinliyini aradan qaldıraraq burun tənəffüsünü asanlaşdırır. Burunun selikli qişasından allergenlərin, virus və bakteriyaların yuyulub qovulmasına və məhv olmasına səbəb olur. Yerli olaraq burunun selikli qişasının baryer funksiyasını gücləndirir, yaraların sağalmasını sürətləndirir.
İstifadəsinə göstərişlər:
Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı fərdi həssaslıq, 1 yaşa qədər uşaqlar.
İstifadə qaydası və dozası:
1 yaşdan 3 yaşa qədər: gündə 3 dəfə hər burun keçəcəyinə 1 püskürtmə
3 yaşdan 7 yaşa qədər: gündə 3 dəfə hər burun keçəcəyinə 2 püskürtmə
7 yaşdan 16 yaşa qədər: gündə 4 dəfə hər burun keçəcəyinə 2 püskürtmə
Böyüklərə: gündə 4-6 dəfə hər burun keçəcəyinə 2 püskürtmə
Müalicə kursu bütün hallarda 2-4 həftə təşkil edir (müalicə həkiminin təyinatına əsasən). Bir aydan sonra müalicə kursunun təkrarlanması məsləhət görülür.
Buraxılış forması: 30 ml flakon, İstifadə təlimatı qutunun içindədir.
Saxlama şəraiti: Otaq temperaturunda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti: 2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Əlaqəli yazı mövcud deyil.