Həzm sistemi xəstəlikləri

Mündəricat

Həzm sistemi xəstəlikləri adı altında bir çox xəstəlik cəmlənmişdir. Bunlardan ən vacibləri haqqında danışacağıq.

Qastroezofageal reflüks
Mədədən qida borusuna mədə turşusunun və ya qəbul edilən qidanın kiçik bir miqdarının qayıtmasıdır. Ümumiyyətlə mədə-bağırsaq sistemində peristaltik hərəkət aşağıya doğrudur, qida borusunun sonu, mədənin isə girəcəyində qəbul olunan qidanın orada saxlanmasını təmin edən bir əzələ qatı, yəni sfinktor vardır. Qidanın mədədə saxlanmasını təmin edən əsas amillərdən biri qida borusunun mədəyə düz yox, maili daxil olmasıdır. Buna təsir edən amillərdən digəri isə yerin cazibə qüvvəsidir. Mədə turşuluğunun yüksək olması və qıcqırma tez-tez reflüksə səbəb olur.  Bu hal isə sinədə göynəmə, ağızda acılıq, boğazda qıcıqlanma və öskürək kimi simptomlarla büruzə verir. Həddindən artıq qida qəbulu da reflüksə səbəb ola bilər. Ancaq bu hal, qısa müddət çəkir.

Həzm pozğunluğu

Əksər hallarda çoxyeyənlərdə olur. Düzgün olmayan rejimlə qidalanmaq da bunun səbəbləri arasındadır. Həzm pozğunluğu ümumi məhfum olduğu üçün tək inkişaf etməsi mümkün deyil. Xora, reflüks və öd kisəsi xəstəlikləri səbəbindən meydana gəldiyini söyləmək olar.

Diareya və qəbizlik
Diareya bağırsaqda yaranan pozuntular səbəbindən nəcis formasının maye hala gəlməsidir. Qəbizlik ishalın əksinədir. Bu, defekasiyanın bir həftə ərzində 3 və ya daha az və çətin olması ilə təyin edilə bilər. Qaraciyər və öd kisəsi xəstəlikləri, xərçəng, pankreasın iltihabı, Kron xəstəliyi, mədə xorası və qastrit həzm sistemində baş verən digər xəstəliklər arasındadır. Həzm sistemi xəstəliklərinin müalicəsi, bu sistemdə baş verən bəzi narahatlıqlar, infeksiya əleyhinə dərmanlarla idarə edilə bilər. Ancaq bir çoxu üçün fərqli müalicə üsullarının tətbiqi lazımdır. Bu sistemdə baş verən bəzi pozğunluqlar ciddidir və öldürücü təsir göstərə bilər. Həzm narahatlıqlarının qarşısını almağın ən yaxşı və faydalı yolu nizamlı pəhriz sayılır. Diareya zamanı Qastren çay və ya Dianat şərbət qəbul etməyi tövsiyə edirik. Qəbizlik zamanı isə müalicə məqsədilə Prolaks şərbət qəbul etməyi məsləhət görürük. 

https://fizulihuseynov.com/ 

Yazı ilə əlaqəli məhsullarımız

Heç bir nəticə tapılmadı.