Uşaqlarda gecə alt islatmaları , Enurez.

Mündəricat

Enurez.

Bu problemə hələ b.e.ə 1550-ci ildə yazılmış qədim misir papiruslarında rast gəlinmişdir. Enurez yunan dilindən tərcümədə “enuro”- sidiyə getmə deməkdir. İbn Sinanın “Tibb Qanunu” kitabında da xəstəlik öz əksini tapmışdır.

5-12 yaş arası uşaqlarda daha çox baş verən bir haldır. 12 yaşına qədər bu problemə oğlanlarda qızlardan iki dəfə çox rast gəlinir. 6 yaşa qədər 15 faiz, 13-16 yaşda isə cəmi 1-2 faiz uşaqlarda müşahidə olunur. Adətən 14 yaşına qədər uşaqların böyük əksəriyyətində problem öz-özunə keçib gedir.

Enurez diaqnozunu qoymaq üçün uşaqda aşağıdakı əlamətlər olmalıdır:

  • Uşaq 5 yaşından böyükdürsə

  • Son 3 ayda həftədə ən az 2 dəfə gecə altını islatmışsa

  • Səbəb istifadə olunan hər hansı bir preparat və ya xəstəlik deyilsə

  • Bu problem uşaqda və ailədə ciddi narahatçılıq yaradırsa

Səbəbləri:

Genetik meyillik ən başlıca səbəblərdən biridir. Ata və anada uşaq yaşlarda alt islatması müşahidə olunubsa övladlarının da bu problemi yaşama riski böyükdür. Bir qrup alimlərin fikrincə enurez ressesiv yolla ötürülən irsi xəstəlikdir və əsasında sidik kisəsinin innervasiyasının inkişaf anomaliyası durur.

Həddən artıq yorulma, yuxusuzluq, dərin yuxu hallarında da həmin problem baş verir. Bu hal ən çox hiperaktiv uşaqlarda müşahidə olunur.

Sidik kisəsinin tutumunun az olması da enurezin səbəblərindən biridir. Maye qəbulunun azacıq artması belə uşağın altını islatmasına gətirir.

Bəzi tədqiqatçıların fikrinə görə allergiyalar nəticəsində bəzi bioloji aktiv maddələrin- serotonin, histamin, prostoqlandin əsasən də vazopressin sekresiyasının pozulmasının sidik kisəsinə göstərdiyi təsir enurezə səbəb olur.

Ailə içində yaşanan bəzi hadisələr (boşanma, başqa ünvana köçmə, ailə üzvlərindən birinin ölümü) uşağın psixikasına mənfi təsir göstərir. Həmin psixotravmatik vəziyyətlər beyin qabığının funksiyalarının pozulmasına səbəb olur. Bu disfunksiyalar da “quru” və “yaş” gecələrlərin növbələşməsiylə özünü göstərir.

Tualet tərbiyəsinin erkən və məcburi verilməsi, güvəcə erkən qoyma, altını isladarkən döymə, tənqid etmə halları da enurezə səbəb ola bilər.

Bundan başqa bizquyruq invaziyası, adenoidit, damaq badamcıqlarının iltihabı, fimoz, balanit, vulvit kimi xəstəlikləriolan uşaqlar gecə altını isladır.z

 

Yazı ilə əlaqəli məhsullarımız

Heç bir nəticə tapılmadı.