Bronxial astma haqqında ümumi məlumat
Bronxial astma bronxların spazmı, selikli qişanın şişməsi və uzun sürən öskürək nəticəsində təkrarlanan təngnəfəslik tutmaları ilə xarakterizə olunan infeksion-allergik xəstəlikdir. Xəstəliyin kifayət qədər aydın simptomlarına və geniş diaqnostik vasitələrə baxmayaraq, tez-tez bronxitin müxtəlif formaları kimi yanlış diaqnoz qoyulur. Nəticədə antibiotiklər və öskürək əleyhinə dərmanlar ilə səmərəsiz və qeyri-adekvat müalicə aparılır. Bronxial astma xəstəliyinin uşaqlarda və yeniyetmələrdə tezliyi və şiddəti artmışdır.
Astmatik hücumlar və ya öskürək hücumu, əksər hallarda bronxların immun mənşəli iltihabından qaynaqlanır. Allergen bronxlara daxil olduqda, bioloji aktiv maddələr ifraz edərək xüsusi hüceyrələri aktivləşdirən kompleks immun mexanizm işə düşür. Bu, bronxların strukturunun və funksiyasının pozulmasına gətirib çıxarır. Selikli qişanın şişməsi, saya əzələlərin spazmı və bronxlardan ifraz olunan seliyin xarakterinin qatılaşması vəziyyəti daha da çətinləşdirir. Nəfəsalma zamanı ağciyərlərin alveollarına daxil olan havanın daralmış bronxlardan keçməsi çətinləşir. Bu da bronxial astmanın xarakterik əlaməti olan, ekspirator təngnəfəsliyə gətirib çıxaran nəfəs vermədə çətinlik yaradır. Bu zaman fitə bənzər tənəffüs eşidilir.
Bronxial astma xəstəliyinin növləri
Bronxial astmanın allergik və qeyri-allergik iki növü ayırd edilir və patologiyanın gedişinə görə isə alovlanma və remissiya dövrləri fərqlənir. Xəstəliyin ən xarakterik təzahürü astma tutmasıdır. Astmatik hücum birdən inkişaf edir və simptomlar sürətlə pisləşir. İnsan nəfəs almaqda və xüsusilə nəfəs verməkdə çətinlik çəkir, kəskin öskürək, nəfəs darlığı inkişaf edir və xırıltılar eşidilir. Xəstə stulda və ya çarpayıda oturub qollarını dayayaraq və gövdəni irəli əyərək məcburi vəziyyət alır. Bu mövqe xəstə üçün ən rahatdır, çünki nəfəs almağı bir qədər asanlaşdırır. Vaxtında tibbi yardım göstərilmədikdə, şəxsin vəziyyəti pisləşir, nəfəs darlığı artır, öskürək güclənir, narahatlıq və ölüm qorxusu hissi yaranır, üz şişir, dəri sianotik bir rəng alır. Hücumun simptomları öz-özünə keçə bilər, lakin onları daha tez aradan qaldırmaq üçün xüsusi inhalyatorlarla püskürdülən bronxgenəldici dərmanlar istifadə olunur. Bu zaman ağciyərlərin bütün hissələrinə hava axını daxil olur və nəfəs bərpa olunur.
Bronxial astma multifaktorial xəstəlikdir. Məişət allergenlərinə məruz qalma, iş şəraiti, metallar, aldehidlər, heyvani allergenlər, un və ağac tozu, yun, qatranlar və yapışdırıcılar onun inkişaf ehtimalını artırır. İrsiyyət, iqlim şəraiti, mövsümilik, artıq çəki, tez-tez baş verən kəskin respirator virus infeksiyaları, soyuq və nəm havanın inhalyasiyası, siqaret tüstüsü, fiziki fəaliyyət, kəskin qoxular, ağlamaq və gülmək xəstəliyin kəskinləşməsində mühüm rol oynayır.
“Herba Flora” şirkəti bronxial astma xəstəliyində istifadə edəcəyiniz Teabronx çayı, Bronxonat şərbəti və Udin10 kapsulları istehsal edir.