Böyrək daşları nədir?
Böyrək daşları sidikdə duzlardan əmələ gələn bərk formasiyalardır. Böyrək daşları (nefrolitiaz) sidik daşı xəstəliyinin sadələşdirilmiş adıdır. Bu xəskəlik maddələr mübadiləsinin pozulması və sidik sistemində həll olunmayan duzların yığılması nəticəsində əmələ gəlir. Böyrək daşları müxtəlif forma və ölçülərdə ola bilər. Bu daşlar böyrəklərdə, uretrada və ya sidik kisəsində inkişaf edə bilər və yerləşməsi fərqli lokalizasiyalarda olduğu kimi, müalicədə də fərqli yanaşmalar tələb edir. Yaranma səbəbindən asılı olaraq, böyrək daşlarının kimyəvi tərkibinin bir neçə növü vardır.
Böyrək daşlarının növləri
-
- Urat daşları: Bu tip daşlar bədəndə sidik turşusu duzlarının həddindən artıq toplanması səbəbindən əmələ gəlir.
- Oksalat daşları: Bu tip daşlar oksalat turşusunun metabolizminin pozulması nəticəsində əmələ gəlir.
- Fosfat daşları: Bu tip daşlar çox vaxt sidik sisteminin yoluxucu xəstəliklərinin inkişafı nəticəsində əmələ gəlir.
- Sistin daşları: Bu tip daşlar nadir daş növüdür. Onların əmələ gəlməsinə sistinuriya adlı irsi xəstəlik səbəb olur.
- Ksantin daşları: Bu tip daşlar sistin daşları kimi olduqca nadirdir və genetik meyl səbəbindən əmələ gəlir.
Böyrək daşları niyə yaranır?
Müasir tibb praktikasında böyrək daşlarının əmələ gəlməsinə səbəb olan bir sıra amillər müəyyən edilir.
-
- Metabolik pozulmalar
- Sidik yollarının infeksiyaları və simptomları
- Nadir hallarda genetik meyl
- Sidik sisteminin anatomik quruluşunun pozulması
- Oturaq həyat tərzi
- Piylənmə
- Pis yemək vərdişləri
- A və D vitaminlərinin çatışmazlığı
- Arterial hipertenziya
Adətən böyrək daşları müəyyən bir ölçüyə çatana qədər özünü heç bir əlamətlə büruzə vermir. Böyrək daşlarının ən əsas simptomu böyrək sancısıdır, bel nahiyəsində şiddətli ağrı ilə xarakterizə olunur. Böyrək ağrıları miqrasiya etmək xüsusiyyətinə malikdir. Böyrək nahiyəsində və sidik axarının yuxarı hissəsində, ya da qabırğaların altında sol və ya sağda hiss olunacaq. Böyrək kolikasının simptomları inkişaf edərsə və artarsa, dərhal həkimə müraciət etmək və ağırlaşmaların qarşısını almaq üçün müalicəyə başlamaq lazımdır.
Nefrolitiazın əsas simptomları
Fiziki gücdən sonra bel hissəsində artan narahatlıq
Sidikdə qan
Çöküntülü və pis qoxulu bulanıq sidik
Sidikdə qumlar
Digər xəstəliklərin əlamətləri olmadan bədən hərarətinin artması
Süstlük və zəiflik
Ürəkbulanma, qusma
Yüngül ağrı sindromu
Yüngül əlamətlər və 5 mm-ə qədər olan böyrək daşlarının əməliyyatsız və parçalanmadan dərman müalicəsi ilə çıxarılması təmin edilə bilər. Bu vəziyyətdə böyrək daşları dərman müalicəsinin təsiri altında təbii şəkildə əriyir. Həmçinin, bəzi növ daşlar xüsusi pəhrizə riayət etməklə əridilə bilər. Bu şəkildə müalicəyə ən çox tabe olan daş növü urat daşlarıdır.
Böyrək daşlarının müalicəsini bitki tərkibli təbii məhsullarla həyata keçirməklə daha tez effekt əldə etmək olur.
“Herba Flora” şirkətinin istehsal etdiyi Uralitin, Oksalitin, Fosfalitin, Urotea çayları, Renokaps şərbəti və Uros10 kapsulu böyrək daşı xəstəliklərinin müalicəsində uğurlu nəticələr əldə etməyə kömək edir. Bu məhsullar kimyəvi tərkibinə uyğun olaraq oksalat, fosfat və urat daşlarını əridir, kristalların böyüyərək daşlara çevrilməsinin qarşısını alır. Həmçinin böyrək yumaqcıqlarının fəaliyyətini sürətləndirir və filtrasiyanı normallaşdırır. Sidik yollarının iltihab və infeksiyalarını aradan qaldıraraq antiseptik və uroseptik effekt verir.