Pullu Dəmrov Xalq Təbabətində

Mündəricat

Müxtəlif ölkələrdə və regionlarda əhalinin çoxu pullu dəmrov və ya vulqar psoriaz adlandırılan xəstəlikdən əziyyət çəkir. Bu, çoxşəkilli kliniki əlamətlərlə özünü büruzə verən dərinin xroniki irsi xəstəliyidir. Psoriazın sadə forması daha çox təsadüf olunur. Psoriaz – poligen xəstəlikdir. Əgər valideynlərdən həm ata, həm də ana xəstədirsə uşağın psoriazla xəstələnmə ehtimalı 40 faizdən çox təşkil edir. Xəstəliyin baş verməsində yanaşı faktorlar böyük rol oynayır. Bunlardan dərinin mexaniki zədələnmələrini, infeksiyaları, stress və emosional gərginliyi, bəzi dərman preparatlarının, xüsusən də hormonal preparatların, malyariya əleyhinə dərmanların, interferon, β-adrenoblokatorların sistemli şəkildə qəbul olunmasını göstərə bilərik. Sadalananların dəriyə təsiri ilk vaxtlarda psoriazabənzər səpgilərin əmələ gəlməsinə səbəb olur. Sonradan xəstəlik qabıqlanan papulalar, piləklər formasında, əsasən başın tüklü hissəsinə, dirsəklərə, kürək nahiyəsinə, sinəyə, əllərə, baldırlara, bəzən hətta ayaq altına və bel nahiyəsinə də yayılır.

 

Klinik formaları

Xəstəliyin klinik formaları arasında adi psoriaz, damcıvari psoriaz, başın tüklü hissəsinin psoriazı, dırnaqların zədələnməsi, qasıq nahiyəsinin psoriazı, əllərin içinin və ayaq altının pustulyoz psoriazı, generalizə olunmuş pustulyoz psoriaz ayırd edilir.

 

Müraciət edən xəstələrin əksəriyyətinin qaraciyərlə bağlı şikayətlər verməsi və biokimyəvi müayinələrin nəticələri psoriaz zamanı qaraciyərdə ferment mübadiləsinin pozulması halları baş verdiyini göstərir. Xəstəlik eritrodermiya, artropatik psoriaz və dırnaqların zədələnməsi ilə fəsadlaşa bilər. Eritrodermiya mərhələsində dəri həddən artıq hiperemiyalaşır, büzüşür, quruyur və dartılır. Artropatik psoriaz zamanı isə oynaqlarda kontrakturalar əmələ gəlir, sinovial mayenin miqdarı azalır, oynaqlar bir-birinə sürtüldüyü üçün güclü ağrı əmələ gəlir və xəstənin hərəkəti məhdudlaşır.

 

Xəstəliyin differensial diaqnostikası qırmızı qurdeşənəyi ilə, qırmızı yastı dəmrovla, jilberin çəhrayı dəmrovu ilə, müxtəlif formalı dermatomikozlarla, parapsoriazla və sifilisin ovuc-ayaqaltı formaları ilə aparılır. Diaqnoz əsasən anamnestik məlumatlara, irsilik nəzəriyyəsi üçər simptom, üskük simptomu laborator müayinələrlə qoyulur.

 

Müalicə

Müalicə kompleks şəkildə kurslarla aparılır. Xəstəliyə səbəb olan faktorlar arasında dərman preparatlarının qəbulu varsa, bu dərmanların toksiki təsirini aradan qaldırmaq üçün mütləq təmizləyici terapiya aparılır. Antitoksik müalicədə qaraciyəri və ümumilikdə orqanizmi zərəli maddələrdən təmizləmək üçün 1-2 ay müddətində Hepartea çayı qəbul olunur. Orqanizm toksinlərdən təmizləndikdən sonra müalicənin ikinci mərhələsi başlayır, yəni xəstələri keçirtdikləri stress və gərginlik vəziyyətindən çıxarmaq, özünə inamı bərpa etmək lazım olur.

Bu məqsədlə sedativ, antidepressant və antihistamin preparatlar, özəlliklə də Teader çayı, Nat-Sedativ kapsulu, Sedativ çay istifadə oluna bilər. Həmçinin bu mərhələdə imnunostimulyatorlar, immunomodolyatorlar, mineral və vitaminlər, ən əsası retinoidlərdən, lazım gəldikdə kortikosteroidlərdən, hətta sitostatiklərdən istifadə olunmalıdır.

Xarici müalicəyə gəldikdə keratolitik və kortikosteroid məlhəmlərdən, indiferent məlhəmdən və pastalardan istifadə edilir. Hormonal məlhəmlərdən uzunmüddətli istifadə məqsədyönlü olmadığı üçün onlar indiferent məlhəmlərlə əvəzlənməlidir.

 

Hilal ORUCOV,    

həkim-dermatoveneroloq

 

Təbii üsullar

  • 1 kq qozun qabıqları iki litr suda 15 dəqiqə qaynadılır, süzüldükdən sonra vanna qəbul etmək üçün hazırlanmış suya əlavə edilir, arabir isti su əlavə etməklə 1 saat müddətində həmin vannada uzanılır. Belə vanna 3 gün ərzində hər axşam yatmazdan əvvəl qəbul edilir.

 

  • 300 qram təzə dəmrovotu ətçəkən maşından keçirilir və tənzifin arasına qoyularaq şirəsi sıxılır, üzərinə 2 xörək qaşığı şərab əlavə olunur və zədəli nahiyələrə çəkilir. 15 dəqiqə sonra ilıq su ilə yuyulur, prosedur gün ərzində 2 dəfə aparılır.

 

  • Kərəviz kökü sürtgəcdən keçirilir və zədələnmiş nahiyəyə təpitmə qoyulur, 2 saat saxlandıqdan sonra ilıq su ilə yuyulur. Müalicə 2 ay müddətində gündə 1 dəfə aparılır.

 

  • Dərinin zədələnmiş hissəsinə hər gün 2 dəfə Fitooil Zəyərək yağı çəkilir.

 

  • 20 ədəd mayalanmış kənd yumurtası suda bərk bişirilir, qabığı soyulur və sarısı ayrılır. Yumurta sarıları əzilərək sıyıq halına salınır, teflon örtüklü tavada vam odda təxminən 45 dəqiqə yağsız qızdırılır. Qırmızımtıl yağlı maye xaric olduqda tənzifdən süzülür. Bu üsulla alınan yarım stəkan yağ hər gün zədəli nahiyələrə sürtülür.

Yazı ilə əlaqəli məhsullarımız

Heç bir nəticə tapılmadı.