Məhsullar

Udi̇n10 Kapsul

Bir kapsulun tərkibi:

Qurudulmuş udi hindi (Aquilaria agallocha) oduncağının tozu – 150 mq.

Köməkçi maddə: qarğıdalı nişastası (Amylum maidis) – 250 mq, kapsul (jelatin/gelatin, qliserin/glycerine, su/water).

Məhsulun xüsusiyyətləri:

Udin10 bakteriyaların fəaliyyətinə və çoxalmasına ləngidici təsir göstərir. Xüsusən də vərəm mikobakteriyalarına (Mycobacterium tuberculosis) və dizenteriya şigellalarına (Shigella dysenteriae) qarşı daha aktivdir. Həzm fermentlərinin ifrazını və bağırsaqların peristaltikasını tənzimləyir, iştahanı və həzmi yaxşılaşdırır. Orqanizmi tonuslan­dırır, zehni fəaliyyəti və yaddaş qabiliyyətini artırır. Böyrəklərdə və sidik yollarında olan iltihabı azaldır. Qanda qlükoza səviyyəsini tənzimləyir. Kişilərdə cinsi qabiliyyəti artırır.

İstifadəsinə göstəriş (aşağıdakı hallarda profilaktik və yardımçı vasitə kimi istifadə olunur):

Faringit, badamcıqların iltihabı, bronxial astma, xroniki bronxit, vərəm, qastrit, kolit, dizenteriya, müxtəlif mənşəli ishallar, hepatit, baş ağrısı, depressiya, böyrək daşı, enurez, revmatizm, cinsi zəiflik, dəri xəstəlikləri.

İstifadə qaydası:

Gündə 3 dəfə hər dəfə 1-2 kapsul yeməkdən sonra daxilə qəbul edilir. Qəbul müddəti 30 gündür.

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.

18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.

Əks göstəriş: Preparatın tərkib hissələrinə qarşı fərdi həssaslıq

Saxlanma şəraiti: Rütubətdən qorunmaqla, 25 °C dərəcədən yuxarı olma­yan temperaturda və uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

Reseptsiz buraxılır.

Dərman vasitəsi deyil.

Bioloji fəallığa malik qida əlavəsidir.

Məhsul normal qidalanmanı əvəz etmir.

Tövsiyə edilən sutkalıq dozanı aşmayın.

Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.

Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Yararlılıq müddəti: 2 il.

Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.

Buraxılış forması: 400 mq-lıq 100 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.

 

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriya

Ətraflı Məlumat

Oxşar Məhsullar