Məhsullar

Nat – Ərküdə (Vitex Agnus Castus)

Bir kapsulun tərkibi:

Qurudulmuş ərküdə (Vitex agnus castus) meyvələrinin tozu – 200 mq.

Köməkçi maddə: kapsul örtüyü (jelatin).

Məhsulun xüsusiyyətləri:

Nat-Ərküdə prolaktin səviyyəsini azaltmaqla süd vəzilərində gedən fibrokistik proseslərin geriyə inkişafına və tsiklik ağrı sindromunun azalmasına səbəb olur. Qonadotrop hormonların səviyyəsinin tənzimlənməsinə və sarı cismin funksional çatışmazlığı ilə əlaqədar menstrual tsikl pozulmalarına müsbət təsir göstərir. Predmenstrual sindromun əlamətlərini (psixoemosional labillik, baş ağrıları, tsiklik mastodiniya, ödemlər) azaldır. Nat-Ərküdə menopauza ilə əlaqəli hormonal disbalansın da tənzimlənməsinə yardım edir.

İstifadəsinə göstəriş (aşağıdakı hallarda yardımçı vasitə kimi istifadə olunur):

Fibrokistik mastopatiya, hiperprolaktinemiya, menstrual tsikl pozulmaları, predmenstrual sindrom (psixoemosional labillik, baş ağrıları, tsiklik mastodiniya, ödemlər), menopauza, sarı cismin hipofunksiyası ilə əlaqədar sonsuzluq.

İstifadə qaydası:

18 yaşdan yuxarı qadınlar: gündə 3 dəfə, hər dəfə 1 kapsul, müalicə məqsədi ilə gündə 3 dəfə, hər dəfə 2 kapsul olmaqla yeməkdən əvvəl daxilə qəbul edilir. Ən azı 2 həftəyə yaxşılaşma müşahidə edilir. Qəbul müddəti minimum 3 aydır. Preparat uzun müddət istifadə edilə bilər.

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.

Digər dərmanlarla qarşılıqlı təsiri: Dofamin aqonistləri və antaqonistləri ilə, həmçinin estrogen və antiestrogenlərlə birlikdə istifadə zamanı həkimlə məsləhətləşin. Oral kontraseptivlərin təsir effektini azaldır.

Əks göstəriş: Hamiləlik və laktasiya dövrü, preparata qarşı fərdi həssaslıq.

18 yaşından aşağı şəxslərin istifadəsi tövsiyə olunmur.

Saxlama şəraiti: 250C-dən yuxarı olma­yan temperaturda, rütu­bətdən qorunmaqla, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

  • Reseptsiz buraxılır.
  • Dərman vasitəsi deyil.
  • Bioloji fəallığa malik qida əlavəsidir.
  • Məhsul normal qidalanmanı əvəz etmir.
  • Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
  • Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
  • Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Yararlılıq müddəti: 2 il.

Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.

Buraxılış forması: 200 mq-lıq 100 kapsul.

İstehsalçı: “Herba Flora” MMC Azərbaycan Respublikası, Abşeron rayonu, Qobu ŞTQ, Güzdək yolunun üstü

www.herba-flora.com

[email protected]

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriya

Ətraflı Məlumat

İnsanlar arasında stress, əsəbi gərginlik, iqlim dəyişmələri kimi xarici faktorlar, artıq çəki və ya çəki defisitinə səbəb olan mübadilə pozğunluqları qadın orqanizmində hormonal disbalansa gətirib çıxarır. Məsələn, əgər qadın orqanizmində bu və ya digər səbəbdən prolaktin səviyyəsi normadan yüksəkdirsə, bu, hamiləlik və ya laktasiya ilə bağlı deyilsə, orqanizmə, ən çox da hormonun hədəf orqanı olan süd vəzilərinə mənfi təsir göstərir. Xanımlar arasında bir çoxları həkimə süd vəzilərindən maye axması ilə bağlı şikayət edirlər. Ultrasəs müayinəsi nəticəsində bu qadınların süd vəzilərində çox vaxt içi maye ilə dolu kistalar aşkarlanır. Müasir dövrdə qız və qadınlar arasında menstrual tsikl pozulmalarına bağlı qadın sonsuzluğu kimi problemlərə çox tez-tez rast gəlinir. Belə şikayətləri olan yeniyetmə qızlar və qadınlar üçün Herba Flora şirkəti demək olar ki, bütün qadın xəstəlikləri zamanı hormonal balansı tənzimləyən tam təbii, bitki tərkibli, yüksək müalicəvi effektli Nat Ərküdə kapsulunu təqdim edir.

Nat Ərküdə kapsulun təsiri

Bu preparat ərküdə və ya İbrahim ağacı kimi tanınır. Bakımızın hər tərəfində dekorativ məqsəd ilə əkilən bitkidən hazırlanıb. Ərküdə qadın otudur desək, yanılmarıq. Bitkidən hazırlanan Nat Ərküdə kapsulu dofaminergik təsir edərək hipofizdə prolaktin ifrazını azaldır. Nəticədə, süd vəzilərində gedən fibrokistik proseslərin geriyə inkişafına və tsiklik ağrı sindromunun (mastodiniya) aradan qalxmasına səbəb olur.

Herba Flora şirkətinin Nat Ərküdə kapsulu qadınlarda estrogen və follikulstimuləedici hormon səviyyəsini tənzimləyir. Follikulun yetişməsi və partlamasını təmin edir. Sarı cismin funksional çatışmazlığı, buna bağlı progesteron səviyyəsinin azalması ilə əlaqədar menstrual tsikl pozulmalarını aradan qaldırır. Nat Ərküdə kapsulu həm də estradiol və progesteron arasında disbalansı tənzimləyir. Bir sözlə, Herba Flora şirkətinin Nat Ərküdə kapsulu aybaşı tsiklinin həm birinci, həm də ikinci fazasını tənzimləyir. Predmenstrual sindromun əlamətlərini (psixoemosional labillik, baş ağrıları, tsiklik mastodiniya, ödemlər) azaldır, hormonal balansı tənzimlədiyinə görə sonsuzluğun müalicəsində yüksək müalicəvi effekt verir. Kapsul menopauza ilə əlaqəli hormonal disbalansı da normaya salır.

Herba Flora şirkətinin Nat Ərküdə kapsulu hamiləlik və laktasiya dövrü,12 yaşına qədər uşaqlar, menstruasiya dövrü istisna olmaqla aybaşının pozulması, follikulun yetişməməsi, prolaktin hormonunun artması, sarı cismin funksional çatışmazlığı, fibrokistik mastopatiya, predmenstrual sindrom və s. kimi bir çox qadın xəstəlikləri zamanı yeniyetmə qızlardan tutmuş yetkin qadınlara qədər rahatlıqla istifadə oluna bilən tam təbii, əvəzolunmaz məhsuldur.

Nat Ərküdə kapsulu profilaktik məqsədlə gündə 3 dəfə, hər dəfə 1 kapsul, müalicə məqsədi ilə gündə 3 dəfə, hər dəfə 2 kapsul olmaqla yeməkdən əvvəl daxilə qəbul edilir. Kapsulun qəbulundan ən azı 2 həftə sonra xəstənin vəziyyətində yaxşılaşma müşahidə olunur. Qəbul müddəti minimum 3 aydır, preparat bitki tərkibli olduğu üçün uzun müddət istifadə oluna bilər. Nat Ərküdə kapsulu qəbul edin, sağlamlığınıza qovuşun!

https://herba-flora.combloq/

https://fizulihuseynov.com/

Oxşar Məhsullar