Description
Herba Flora şirkətinin əhali arasında yayılmış çoxsaylı xəstəliklərə qarşı istehsal etdiyi İmmunneo şərbəti immun sistemin fəaliyyətini artırır, orqanizmin xəstəliklərə qarşı müqavimətini möhkəmləndirir.
İmmunneo şərbəti təsiri
İmmunneo şərbəti exinaseya kökü, şirin biyan kökü, itburnu meyvəsi, eleuterokok kökü, zəncəfil kökü, qızılçətir otu, limon meyvəsinin duru ekstraktları, vitamin və balla zəngindir. İmmunneo şərbətinin tərkibindəki exinaseya kökünün ekstraktı endogen interferon sintezini artırır. Leykositlərin miqdarını artıraraq həm də onların faqositar qabiliyyətini yaxşılaşdırır. Şirin biyan kökü kortikosteroidlərin parçalanmasını ləngidərək iltihabəleyhinə təsir edir. Həmçinin damar divarını möhkəmləndirərək keçiriciliyini azaldır.
İtburnu meyvəsi, qızılçətir otu, eleuterokok, zəncəfil və digər bitkilərin təsiri ilə maddələr mübadiləsi sürətlənir, mineral maddələr və vitaminlər avitaminozu aradan qaldırır. Beləliklə orqanizmin immun qabiliyyəti yüksəlir və vitamin deposu yaradır. İmmunneo şərbətini siz immundefisit vəziyyətlərdə, avitaminozlarda, hipovitaminozlarda qəbul edə bilərsiniz. Eyni zamanda inkişaf etaplarının ləngimə sindromunda, iştahasızlıqda, zəif qidalanmada və tez-tez xəstələnmə hallarında tətbiq edə bilərsiniz. Bundan başqa İmmunneo şərbətini soyuqdəymə, kəskin respirator xəstəliklər, virus infeksiyaları və yuxarı tənəffüs yollarının bir sıra xəstəliklərinin müalicə və profilaktikasında tətbiq edilir.
İmmunneo şərbəti exinaseya otu sayəsində bakteriya əleyhinə, göbələk əleyhinə təsir göstərir. Şirin biyan kökü sayəsində qızdırmasalıcı, tərlədici effekt verir. İmmunneo şərbəti şirin biyan kökü sayəsində həm yerli, həm də daxili interferon sintezini artırır. İmmunneo şərbətinin tərkibində itburnu meyvəsi vitaminlərlə zəngi olduğu üçün, xüsusən də təbii vitamin C deposu olduğu üçün orqanizmin xəstəliklərə qarşı müqavimətini yüksəldir. Eleuterokokk kökü sayəsində güclü immunostimulyator effekt verir. Mərkəzi sinir sistemi tərəfindən orqanların sinir təchizatını yaxşılaşdırır. Xəstəlik zamanı xəstələrə əhval-ruhiyyəni yaxşılaşdırıcı, gümrahlandırıcı təsir göstərir. Qızılçətir otu, zəncəfil sayəsində qrip nəticəsində pozulmuş həzmi yaxşılaşdırır, xəstələrdə yaranmış köp,qazəmələgəlməni azaldır. Herba Flora şirkətinin İmmunneo şərbəti ürəkbulanma,qusma hallarını da aradan qaldırır.
İmmunneo şərbəti ilə yanaşı Teasept, Teaqrip, Teabronx və s. məhsulları istifadə edə bilərsiniz. İmmunneo şərbəti, demək olar ki, immun fəaliyyəti yüksəltmək üçün olan bütün vasitələrin içərisində ən keyfiyyətli məhsullardan biri və birincisidir. Herba Flora şirkətinin İmmunneo şərbəti için, sağlam immunitetə sahib olun!