Məhsullar

Garli̇c10 Kapsul

Bir kapsulun tərkibi:

Qurudulmuş sarımsaq (Allium sativum) soğanağının tozu – 300 mq.

Köməkçi maddələr: kapsul (jelatin, qliserin, su).

Məhsulun xüsusiyyətləri:

Garlic10 kapsul qanda şəkərin və xolesterinin səviyyəsini azaldır, qanın axıcılığını yaxşılaşdırır, aterosklerozun, ürək-damar sistemi xəstəliklərinin yaranma riskinin qarşısını alır, arterial təzyiqi normallaşdırır, immun sistemi aktivləşdirir. İştahanı və həzmi yaxşılaşdırır. Tük soğanaqlarını möhkəmləndirir və saçların tökülməsinin qarşısını alır. Orqanizmin yaşlanmasını ləngidir.

İstifadəsinə göstəriş (aşağıdakı hallarda profilaktikada və ya yardımçı vasitə kimi istifadə olunur):

  • Qrip, soyuqdəymə və KRX-in profilaktikası
  • Ateroskleroz, hipertoniya, stenokardiya
  • Tromboflebit
  • Öd yollarının disfunksiyası
  • Helmintozların profilaktikası
  • Şəkərli diabet
  • Klimaks və predmenstrual sindrom
  • İmmunodefisit hallar
  • Onkoloji xəstəliklərin profilaktikası

İstifadə qaydası:

Böyüklər: gündə 2 dəfə 1 kapsul yeməkdən sonra və ya yeməkarası bol miqdarda su ilə daxilə qəbul edilir. Preparat istifadə zamanı spirtli içki qəbul etmək olmaz. Koaqulopatiyalı xəstələr preparatdan istifadə etməzdən öncə həkimlə məsləhətləşməlidir.

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.

Əks göstəriş: Mədə və onikibarmaq bağırsaq xorasında, hamiləlik, laktasiya dövründə, 18 yaşına qədər olan şəxslərdə və preparata qarşı fərdi həssaslıq zamanı.

Əlavə təsirləri: Qastrointestinal əlamətlər (ürəkbulanma, mədədə yanma, köp), bağırsaq mikroflorasında dəyişiklik, allergik reaksiyalar.

Saxlama şəraiti: Rütubətdən qorunmaqla, 25 0C-dən yuxarı olmayan temperaturda və uşaqların əlinin çatmayacağı yerdə saxlayın.

  • Reseptsiz buraxılır.
  • Dərman vasitəsi deyil.
  • Bioloji fəallığa malik qida əlavəsidir.
  • Məhsul normal qidalanmanı əvəz etmir.
  • Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
  • Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
  • Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Yararlılıq müddəti: 2 il.

Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.

Buraxılış forması: 300 mq-lıq 100 kapsul.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriya

Ətraflı Məlumat

Oxşar Məhsullar