Məhsullarımız
Kapsullar
Nat-Sedati̇v
DƏRMAN VASİTƏSİ DEYİLDİR!
Bir kapsulun tərkibi:
Adi damotu (Leonurus cardiaca) otunun quru ekstraktı – 31 mq, istiotlu nanə (Mentha piperita) yarpağının quru ekstraktı – 31 mq, beşdişicikli yemişan (Crataegus pentagyna) meyvəsinin quru ekstraktı – 31 mq, dərman pişikotu (Valeriana officinalis) kök və kökümsovunun quru ekstraktı – 60 mq, dərman bədrənc (Melissa officinalis) yarpağının tozu – 100 mq, istiotlu nanə (Mentha piperita) yarpağının tozu – 100 mq.
Köməkçi maddələr: qarğıdalı nişastası (Amylum maidis) – 47 mq, kapsul (jelatin, qliserin, su).
İstifadə qaydası:
Böyüklər: 1-2 kapsuldan gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul edilir. Qəbul müddəti minimum 1 aydır.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.
Əks göstəriş: Preparatın tərkib hissələrinə qarşı fərdi həssaslıq.
Saxlanma şəraiti: 25°C-dən yuxarı olma¬yan temperaturda, rütu¬bətdən qorunmaqla, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji aktiv qida məhsuludur.
MQ-05-001131
Məhsul normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Yararlılıq müddəti: 2 il.
Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.
Buraxılış forması: 400 mq-lıq 100 kapsul, içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.
İstehsalçı: “Herba Flora” MMC
Azərbaycan Respublikası,
Abşeron rayonu, Qobu ŞTQ,
Güzdək yolunun üstü
www.herba-flora.com
TŞ AZ 1400297541.030-2022 üzrə istehsal olunur.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Stress, zehni gərginlik və daxili narahatlıq müasir insanın ən böyük problemlərindən biridir. Hər gün yaşanan stress, gərgin iş rejimi və yuxusuzluq orqanizmi zəiflətməklə yanaşı, insanı emosional cəhətdən də taqətdən salır və günün sonunda sakitləşib dincəlməyə imkan vermir.
Nat-Sedativ kapsulları məhz bu problemlərlə mübarizə aparmaq üçün bitki mənşəli komponentlərdən hazırlanmış təbii bir kompleksdir. O, mərkəzi sinir sistemini sakitləşdirməyə kömək edir, ürək-damar fəaliyyətini tənzimləyir və bədənin təbii balansını bərpa edir.
Əlaqəli yazı mövcud deyil.