Udi-hindi, Sirkə, Qara-zirə birlikdə.

Mündəricat

Artıq əksəriyyətimizin udi hindiçörəkotu (qarazirə) bitkisi haqqında məlumatımız vardır. Ancaq insanların onlardan daha rahat şəkildə istifadə etmələri üçün müxtəlif üsullar – qarışımlar hazırlamaq lazımdır. Bunlardan biri də qarazirə, udi-hindi və sirkə ilə hazırlanmış kremdir. Deməli, 100 qr təbii sirkə götürülür, ona hərəsindən 1 xörək qaşığı çötəkotu tozu və udi- hindi tozu qarışdırılır. Daha sonra 3-4 xörək qaşıq qarazirə yağı əlavə olunur və bütün tərkib yaxşı qarışdırılır. 1 həftə saxlanılır. Əgər qarışım bərk alınarsa yenidən bir neçə xörək qaşığı qarazirə yağı əlavə etmək olar. Kremin daha yaxşı yaxılması üçün kremi blenderlə 3-5 dəqiqə qarışdırmaq daha yaxşı olar. Krem daima soyuducuda saxlanılmalıdır.

Faydaları: Bütün növ dəri tiplərinə tətbiq etmək olar. Üz dərisindəki günəş ləkələri, sızanaq və civzələrin ləkələrinin müalicəsində çox gözəl effekt verir. Gündə bir dəfə olmaqla dəriyə çəkilir, 15- 20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyulur. Yaxşı olar ki, öncədən qolun iç tərəfinə çəkərək bu məhlula allergik reaksiyanızın olub – olmamasını yoxlayasınız və daha sonta üz dərinizə tətbiq edəsiniz.

Sirkəli udi-hindi və qarazirəli qarışım həm də psariozda, ocaqlı keçəllikdə ( alopesiya), eləcə də saqqal tökülmələrində faydasını göstərir. Bu cür problemlərdə gündə iki dəfə həmin nahiyəyə çəkilir və 30 dəqiqə saxlanılır. Sonra isə sadəcə olaraq silinir (yuyulmur).

Ayaq göbələyinin, eləcə də bütün növ göbələk mənşəli qaşınmaların müalicəsində də çox effektli təsir göstərir. Yenə də qarışım həmin bölgəyə çəkilir, 30 – 60 dəqiqə saxlanılır və sonra ilıq su ilə sabun istifadə olunmadan yuyulur.

Qarışım daxilə də qəbul oluna bilər. Şəkərli diabet xəstələrində qanda şəkətin səviyyəsini aşağı salmaqla yanaşı funksiyası pozulmuş mədəaltı vəzini də müalicə edir. Yüksək xolesterində, qaraciyər çatışmazlığında, beyin qan dövranı pozğunluqlarında da daxilə qəbul edə bilərsiniz. Bu kimi xəstəliklərdə qarışımın miqdarı həkim tərəfindən müəyyən olunmalıdır. Ancaq profilaktika məqsədi ilə hər səhər 1 çay qaşığı qəbul etmək olar.

Müəllif: fitoterapevt Fizuli Hüseynov.

http://fizulihuseynov.com/

Yazı ilə əlaqəli məhsullarımız

Heç bir nəticə tapılmadı.