Diş ağrısı

Diş ağrısı

Diş ağrısı bir çox səbəblərdən baş verə bilər. Diş kariesi, diş emalının zədələnməsi, pulpit, parodontit, periodontit kimi xəstəliklər diş ağrısına səbəb ola bilər. Güclü diş ağrısı insanın əhval – ruhiyyəsini korlayır, gecə yuxusunu pozur, qidalanmaya mane olur və əmək qabiliyyətini azaldır.

Diş ağrısı orqanizmin temperaturunun yüksəlməsi, yanaq, damaq və diş ətrafı toxumaların iltihablaşması ilə müşayiət olunursa vaxtında stomatoloqa müraciət edilməlidir. Əgər dişiniz ağrıyırsa bunun bir çox səbəbi ola bilər. Səbəbdən asılı olaraq ağrının xarakteri müxtəlif ola bilər. Diş emalının həssaslaşması zamanı diş ağrısı sızıldayan və daimi xarakter daşıyır. Hər bir diş damar – sinir dəstəsi deyilən pulpa ilə qidalanır. Pulpanın iltihabı zamanı çox vaxt kəskin pulsasiya edən ağrılar müşahidə olunur. Gecəyə doğru ağrılar daha da kəskinləşir, arada bir ağrılar hətta itə də bilər. Ağrı hissiyatı dişlərin təmizlənməsi zamanı qidanın çeynənməsi zamanı yaxud isti çay, soyuq şirə içilməsi zamanı müşahidə olunur.

Diş kariesi

Diş kariesi – zamanı dişin emal təbəqəsi ilə birlikdə dentin qatı da zədələnir. Bu zaman diş ağrısı soyuq, isti , şirin qidalar və içkilərin qəbulu, yaxud dişlərin diş fırçası ilə təmizlənməsi zamanı baş verir. Bunlar dentin kanalcıqlarında mayenin yerdəyişməsinə və pulpanın qıcıqlanmasına səbəb olur. Əgər pulpa sağlamdırsa heç bir diskomfort halı müşahidə olunmur. Pulpit – pulpanın iltihabıdır. Bunun da səbəbi karies, keyiyyətsiz plomblanma yaxud müxtəlif səbəblərdən dişin aldığı travma ola bilər. Parodontit – dişi əhatə edən damaq və sümük toxuması olan parodontun iltihabıdır. Periodontit dişin bağ aparatının infeksion – iltihabi zədələnməsidir. Bu diş kökünün zirvəsinin və ona bitişik toxumaların iltihabi xəstəliyidir.

Əgər dişiniz ağrıyırsa və stomatoloqa getmək imkanınız yoxdursa nə etməli? Diş ağrısını müvəqqəti də olsa aradan qaldırmaq üçün köməyə təbii vasitələr gəlir. Bu məqsədlə xəstə dişi və dişətini aloe şirəsi və onun lətli hissəsi ilə silmək, yaxud onu diş fırçasının üzərinə töküb dişi onunla təmizləmək lazımdır. Ağız boşluğunu ilıq adaçayı dəmləməsi ilə yaxalamaq diş ağrısı zamanı əvəzsiz vasitədir. Ağrıyan dişə Bağayarpağı, propolis, sarımsaq, mixək və sarıkök kimi bitkilərdən yerli olaraq istifadə etmək olar. Dişiniz ağrıyırsa həkimə gedənə qədər Stomanginol məhluldan istifadə edə bilərsiniz.

https://fizulihuseynov.com/