Məhsullarımız Şərbətlər Renokaps Şərbəti̇
Tərkibi (100 ml):
Məhsulun xüsusiyyətləri:
Şərbət maddələr mübadiləsini tənzimləyir, böyrək və sidik axarlarında iltihabi prosesləri azaldıb, sidiyə zülalların keçməsinin qarşısını alır. Regenerasiyanı sürətləndirir, böyrək daşlarının yaranmasının qarşısını alır.
İstifadəsinə göstəriş (aşağıdakı hallarda yardımçı vasitə kimi istifadə olunur):
Pielonefrit, sistit, uretrit, periferik ödemlər, nefropatiya.
İstifadə qaydası:
18 yaşdan yuxarı 1 xörək qaşığı gündə 3 dəfə yeməkdən sonra qəbul olunur. Qəbul müddəti 14 gündür. Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.
Qeyd:
Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
Əks göstərişlər:
18 yaşa qədər olan şəxslərə, şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıqda, hamiləlik və südvermə dövründə.
Saxlanılması:
250 C-dən yuxarı olmayan temperaturda və uşaqların əlinin çatmayacağı yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.
Yararlılıq müddəti: 2 ildir.
Buraxılış forması: Tünd rəngli şüşə flakon, 100 ml.
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul qidanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
ГОСТ 28499-2014 üzrə istehsal olunur.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Əhali arasında bel nahiyəsində ağrı, tez-tez və ağrılı sidiyəgetmə halları, yandırıcı, göynədici sidik ifrazı, ifraz olunan sidiyin köpüklü, irinli olması, yüksək qızdırma, başağrıları kimi şikayətlər çox vaxt böyrəyin iltihabi xəstəlikləri -pielonefrit, sidik kisəsi, sidik yollarının iltihabı -sistit, uretrit kimi xəstəliklər ilə əlaqədar olur. Böyrək və sidik yollarının iltihabi xəstəliklərinin müalicəsi zamanı bitki tərkibli təbii preparatlara çox üstünlük verilir. Çünki tədqiqatçılar bitkilərin sidik-cinsiyyət sisteminə daha tez təsir göstərdiyini təcrübələrlə sübut etmişlər.
Herba Flora şirkətinin Renokaps şərbəti pielonefrit, sistit, uretrit, xüsusilə də hamiləliyin ikinci yarısının toksikozları, o cümlədən bu zaman qadınlarda ətraflarda yaranan şişlər, böyrək çatışmazlığı, sidiklə zülalın itirilməsi kimi təhlükəli vəziyyətlərdə həm tək, həm də kompleks müalicə ilə yanaşı yüksək təsir göstərən təbii məhsuldur. Renokaps şərbətinin hədəf orqanı məhz böyrəkdir. Tərkibi gülümbahar, gicitkən, boymadərən, razyana, çöl qatırquyruğu, ziyilli tozağacı ilə zəngindir. Həm uşaqlarda, həm böyüklərdə, hətta hamilə qadınlarda belə rahatlıqla istifadə oluna bilər. Yalnız şəkərli diabetlə xəstə olanlar şərbətdən ehtiyatla istifadə etməlidirlər.
Təbii bitkilərdən hazırlanmış Renokaps şərbəti böyrəklərin filtrasiya qabiliyyətini yaxşılaşdırır. Böyrək və sidik axarlarına iltihabəleyhinə təsir edir. Sidikqovucu bitkilərlə zəngin olduğu üçün sidik ifrazını artırır, zülalların sidiyə keçməsinin qarşısını alır. Hamilə qadınlarda böyrəyin döl tərəfindən yüklənməsi ilə əlaqədar sidikdə tez-tez zülal izləri aşkarlandığı üçün Renokaps şərbətinin içilməsi xüsusilə faydalıdır. Çünki Herba Flora şirkətinin Renokaps şərbəti çox qısa müddətdə yüksək müalicəvi effekt verir, həm də təbii olduğu üçün heç bir əlavə təsiri yoxdur.