Məhsullarımız
Şərbətlər
Fitozol Şərbət
Tərkibi:
Dağtərxunu çiçəklərinin (Tanacetum vulgare) duru ekstraktı – 24,55 ml, Qızılçətir otunun (Centaurium umbellatum) duru ekstraktı – 12,28 ml, Zəncəfil kökümsovunun (Zingiber officinale) duru ekstraktı – 4,84 ml, Mixəyin (Syzygium aromaticum) duru ekstraktı – 4,84 ml
Köməkçi maddələr: distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).
İstifadəsinə göstəriş:
Mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırmaq və qurd invaziyaları zamanı qidanı bioloji fəal maddələrlə zənginləşdirmək üçün tövsiyyə olunan BFMQƏ.
İstifadə qaydası:
18 yaşdan yuxarı: 1 xörək qaşığından gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul olunur.
Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.
Əks göstərişlər: Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.
Saxlanılması:
25°C-dən yuxarı olmayan temperaturda, rütubətdən qorunmaqla, uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.
Yararlılıq müddəti: 3 il.
Buraxılış forması: 250 ml tünd rəngli şüşə flakon, içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Fitozol “Herba Flora” şirkətinin qurd əleyhinə istehsal etdiyi şərbətdir. Şirkət eyni adlı kapsul da istehsal edir. Fitozol şərbətinin həcmi 250 ml- dir. Tərkibi dağtərxunu çiçəklərinin, qızılçətir otunun, zəncəfil kökümsovunun, mixəyin duru ekstraktlarından ibarətdir. Dağtərxununun tərkibi tuyon, tuyol, kamfora, borneol kimi efir yağları, akasetin, kversetin kimi flavonoidlər, tanasetin adlı acı maddə ilə zəngindir.
Tanasetin qurdların mərkəzi sinir sisteminə iflicedici təsir göstərərək onların əzələ sistemini tam tonusdan salır. Flavanoidlər spazmolitik olduğu üçün həm ödqovucu təsir edir, həm də qurdların təsiri nəticəsində əmələ gələn bağırsaq spazmlarını aradan qaldırır. Efir yağları isə qurdların mexaniki təsiri nəticəsində bağırsaq divarında əmələ gələn iltihabi prosesi aradan qaldırır. İştahanı bərpa edir, hepatoprotektordur. Qızılçətir otunun tərkibində gensiopikrin, eritaurin alkoloidləri, askorbin turşusu və flavonoidlər var. Acı qlikozid gensiopikrin sayəsində qurdları məhv edir. Helmintozlar zamanı reflektor təsir edərək dad reseptorlarını qıcıqlandırır, mədə şirəsinin ifrazını artırır, ödqovucu təsir edərək həzmi yaxşılaşdırır. İşlədici təsiri sayəsində qurdların bağırsaqlardan evakuasiyasını sürətləndirir.
Mixəyin tərkibində
Mixək də öz növbəsində həzm şirələrinin ifrazını sürətləndirir. Antiparazitar, bakterisid, spazmolitik, ağrıkəsici təsir göstərir. Mixəyin tərkibindəki evgenol maddəsi antioksidant effekt verərək orqanizmi sərbəst radikallardan azad edir, toksinlərin xaric olunmasında fəal iştirak edir. Həmçinin qurd xəstəlikləri zamanı ağızdan gələn xoşagəlməz qoxunu aradan qaldırır, orqanizmi tonuslandırır, əhvali-ruhiyyəni yaxşılaşdırır. Zəncəfil sineol, geraniol, vanil turşusu sayəsində antiparazitar effekt verir.
Fikirlərimizi ümumiləşdirərək qeyd edə bilərik ki, Fitozol şərbətinin tərkibində olan bitkilər qurdqovucu təsir göstərir. Bu bitkilərin tərkibində olan acı maddələr və efir yağları qurdların mərkəzi sinir sisteminin fəaliyyətini iflic edir, yeni yaranan qurd sürfələrini öldürərək orqanizmdən xaric olunmasına yardım edir. Antibakterial, iltihab əleyhinə təsir göstərir, həmçinin bağırsaqların peristaltikasını artıraraq yüngül işlədici təsir edir, qəbizliyin qarşısını alır.
Bütün növ qurdlar, enterobioz, askaridoz, tenioz, lyamblioz, trixosefalyoz zamanı kompleks müalicə ilə yanaşı Fitozol şərbəti təyin edilərsə tez və müsbət effekt əldə etmək olar. Adətən 1 xörək qaşığı gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir. 4 yaşdan yuxarı uşaqlara həkim məsləhəti ilə yaşa müvafiq dozada təyin edilə bilər.