Məhsullar

Bronxonat Şərbəti̇

Tərkibi (100 ml):

İri bağayarpağı (Plantago major) yarpağının duru ekstraktı– 9 ml; dərman gülxətmi (Althaea officinalis) kökünün duru ekstraktı – 8 ml; adi qaraqınıq (Origanum vulgare) otunun duru ekstraktı – 8 ml; meşəlik əməköməci (Malva sylvestris) yarpağının duru ekstraktı – 7 ml; adi cirə (Anisum vulgare) meyvəsinin distillatı – 7 ml; sürünən kəklikotu (Thymus serpyllum) otunun distillatı – 7 ml.

Köməkçi maddələr: distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).

 

İstifadəsinə göstəriş:

Tənəffüs sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsi­yə olunan BFMQƏ.

İstifadə qaydası:

4-7 yaş uşaqlar üçün 10 ml (2 çay qaşığı) gündə 3 dəfə;

7-12 yaş uşaqlar üçün 15 ml (1 xörək qaşığı) gündə 3 dəfə;

12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 30 ml (2 xörək qaşığı) gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul olunur.

Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.

 

Əks göstərişlər:  Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.

 

Saxlanılması: 25°C-dən yuxarı olmayan temperaturda və uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.

Reseptsiz buraxılır.

Dərman vasitəsi deyil.

Bioloji fəallığa malik qida əlavəsidir.

Məhsul qidanı əvəz etmir.

Tövsiyə edilən sutkalıq dozanı aşmayın.

Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.

 

ГОСТ 28499-2014 üzrə istehsal olunur.

İstehsalçı: “Herba Flora” MMC

Azərbaycan Respublikası,

Abşeron rayonu, Qobu ŞTQ,

Güzdək yolunun üstü.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriya

Ətraflı Məlumat

Havaların soyuması ilə əlaqədar əhali arasında tənəffüs yollarının iltihabı xəstəlikləri tədricən artmağa başlayır. Bronxların, ağciyərlərin iltihabi xəstəlikləri adətən öskürəklə müşayiət olunur.İlkin mərhələdə quru və əzabverici öskürək tədricən yaş öskürəklə əvəz olunur. Bronxların selikli qişasının iltihabi xəstəliyi olan bronxit, pnevmoniya (ağciyərlərin sətəcəmi) kimi xəstəliklərin kompleks müalicəsində xalq təbabəti özünəməxsus yer tutur. Herba Flora şirkəti sizlər üçün keçmişdən gələn ənənələrə sadiq qalaraq tərkibi dəvədabanı, bağayarpağı, şirin biyan kökü kimi bəlğəmgətirici bitkilərlə zəngin Bronxonat şərbəti istehsal edir. Bronxonat şərbəti traxeit, kəskin və xroniki bronxit, pnevmoniya, KRX-in kompleks müalicəsində yanaşı olaraq çox gözəl effektə malikdir.

Dəvədabanı, bağayarpağı, şirin biyan kökü aşağı tənəffüs yollarının iltihabi xəstəlikləri zamanı tənəffüs yollarındakı qəti bəlğəmi durulaşdırır, bronx və traxeyanın kirpikli epitelinin hərəki aktivliyini artırdığına görə bəlğəmin xaric olunmasını asanlaşdırır. Şirin biyan kökü bronxial astma, göyöskürək kimi tənəffüs sistemi xəstəlikləri zamanı uzunsov beyindəki tənəffüs mərkəzinin, beyin yarımkürələri qabığındakı öskürək mərkəzinin qıcıqlanmasının qarşısını alır, öskürək və təngnəfəslik əleyhinə təsir edir. Həm də orqanizmdə interferon sintezini artıraraq immun müqaviməti də yüksəldir. Bronxonat şərbətinin tərkibində allergiya əleyhinə güclü təsir göstərən Bənövşə otu da vardır. Bənövşə otu allergik fonda baş verən bronx spazmını da aradan qaldırır, ikiqat effekt verir. Bronxonat şərbəti qəbul edin, əzabverici öskürəyə son deyin!

http://fizulihuseynov.com/

Oxşar Məhsullar