HerbaBot sizə kömək üçün burdadır!

HerbaBot-dan istifadə üçün qeydiyyatdan keçin!

Profile Icon

Herba Flora – BOT

Online

Məhsullar

Bronxonat Şərbət

Tərkibi:
Dərman gülxətmisi (Althaea officinalis) kökünün duru ekstraktı – 11,5 ml; İri bağayarpağı (Plantago major) yarpağının duru ekstraktı – 11,5 ml; Adi cirə (Anisum vulgare) meyvəsinin distillatı – 9,2 ml; Ürəkvari cökə (Tilia cordata) çiçəyinin duru ekstraktı – 6,9 ml; Meşə əməköməcisi (Malva sylvestris) otunun duru ekstraktı – 6,9 ml.

Köməkçi maddələr: distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).

İstifadəsinə göstəriş:
Tənəffüs sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsi­yə olunan BFMQƏ.

İstifadə qaydası:
4-7 yaş uşaqlar üçün 10 ml (2 çay qaşığı) gündə 3 dəfə;<br />7-12 yaş uşaqlar üçün 15 ml (1 xörək qaşığı) gündə 3 dəfə;
12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 30 ml (2 xörək qaşığı) gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul olunur.
Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.

Əks-göstərişlər: Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.

Saxlanılması: 25°C-dən yuxarı olmayan temperaturda və uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.

Yararlılıq müddəti: 3 il.
Buraxılış forması: 100 ml tünd rəngli şüşə flakon, içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul qidanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Bronxonat şərbət haqqında ümumi məlumat
  • Bronx və bronxiolların qatı bəlğəmlə tutulması adətən yuxarı tənəffüs yollarının infeksiyaları, qrip, angina, xroniki tonzillit, faringit, laringit kimi xəstəliklər tam müalicə olunmadıqda, immuniteti zəif olan uşaq və böyüklər tez-tez soyuqdəymə ilə xəstələndikdə, həmçinin xroniki bronxitin kəskinləşməsi hallarında baş verir. Yuxarı və aşağı tənəffüs yollarının iltihabında bəlğəm qatılaşır, ifrazı çətinləşir, bronx və bronxiolların daxili selikli qişası şişkin və ödemli olur. Qatı bəlğəm, ödem, iltihab və saya əzələlərin spazmı selikli qişada reflektor olaraq öskürək və qıcıqlanma yaradır. Bu zaman
  • təngnəfəslik,
  • boğulma
  • tənəffüs çatışmazlığı inkişaf edir.

Bronxonat şərbət hansı xəstəliklərdə faydalıdır?

“Herba Flora” şirkətinin istehsal etdiyi Bronxonat şərbəti bu problemlərin təbii həllidir. Bronxonat şərbətinin tərkibi

    • bağayarpağı yarpağının,
    • gülxətmi kökünün,
    • cökə çiçəyinin,
    • meşə əməköməci otunun duru ekstraktlarından və cirə meyvəsinin distillatından ibarətdir.

Bronxonat şərbətin tərkibindəki bitkilərin faydaları

Gülxətmi bəlğəmin sintezini artırır, qatı və çətin xaric olan bəlğəmi parçalayır, durulaşdırır, kirpikli epiteli ehtizaza gətirərək bəlğəmin xaric olmasını asanlaşdırır və evakuasiyasını sürətləndirir. Endogen interferon sintezini və selikli qişaların baryer funksiyasını yüksəldir. Gülxətmi həm də soyuqdəymə əleyhinə və qızdırmasalıcı effekt verir. Beyin yarımkürələrində yerləşən öskürək mərkəzinə və uzunsov beyindəki tənəffüs mərkəzinə tormozlayıcı təsir edərək quru və yorucu öskürəyi azaldır. Belə öskürək laringit, faringit və göyüskürəkdə olur və bu zaman Bronxonat şərbətinin təsiri əvəzsizdir.

Bronxonat şərbətin digər təsirləri

Bununla yanaşı şərbət qrip və soyuqdəymə zamanı zəifləyən immuniteti və bədənin müqavimətini möhkəmləndirir. Bronxonatın tərkibindəki əməköməcicökə çiçəyi ekstraktı selikli maddələr hesabına qatı və yapışqan bəlğəmi durulaşdırır, bürüyücü təsir göstərərək tənəffüs yollarının selikli qişasından toksinlərin qana sorulmasının qarşısını alır. Cirə meyvəsinin distillatı hesabına isə spazmolitik effekt verərək tənəffüs yollarının spazmını azaldır, nəfəsalmanı asanlaşdırır, bundan başqa həzm vəzilərinin sekresiyasını artıraraq iştahanı yaxşılaşdırır.

Bronxonat şərbətin uşaqlar üçün istifadəsi

Kiçik yaşlı uşaqlar arasında virus infeksiyası, böyük uşaqlar arasında isə bakterial infeksiyalara yoluxma üstünlük təşkil edir. Hər iki halda uşaqların yuxarı tənəffüs yollarında inkişaf etmiş tonzillit, angina, qrip və zökəm kimi xəstəliklər tez bir zamanda laringit, faringit, bronxit, və bronxiolit kimi ağırlaşmalara gətirib çıxarır. Xüsusilə zəif qidalanan, vitamin əskikliyi və immuniteti zəif olan uşaqlar belə hallara daha tez-tez məruz qalırlar. Tutmaşəkilli öskürək, boğulma, göyərmə, çətin bəlğəm ifrazı, düşməyən qızdırma uşaqları çox narahat edir.

Bronxonat şərbət hamiləlik zamanı necə istifadə edilməlidir?

Hamiləlik dönəmində də boğucu, yorucu öskürək qarındaxili təzyiqin yüksəlməsinə səbəb olur. Bu da hamilə qadında düşük riskini artırır. Ümumiyyətlə Bronxonat şərbəti tam təbii tərkibli olduğu üçün 1 yaş üzəri uşaqlardan tutmuş daha yuxarı yaşlarda, hətta hamiləlik və laktasiya dönəmində seçim preparatıdır.

https://fizulihuseynov.com/

Əlaqəli bloq yazıları:

Oxşar Məhsullar