Məhsullar

Nat – Sarımsaq Kapsul

Bir kapsulun tərkibi:
Qurudulmuş sarımsaq (Allium sativum) soğanağının tozu – 300 mq.
Köməkçi maddə: Qarğıdalı nişastası (amylum maidis) – 100 mq; kapsul örtüyü (jelatin, qliserin, su).

İstifadəsinə göstəriş:
Qidanı sarımsağın tərkibində olan faydalı maddələrlə zənginləşdirmək üçün tövsiyə olunan BMFQƏ.

İstifadə qaydası:
Böyüklər: Gündə 2 dəfə 1 kapsul yeməkdən sonra və ya yeməkarası bol miqdarda su ilə daxilə qəbul edilir. Preparatdan istifadə zamanı spirtli içki qəbulu qadağandır. Koaqulopatiyalı xəstələr preparatdan istifadə etməzdən öncə həkimlə məsləhətləşməlidir.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.

Əks göstəriş: Mədə və onikibarmaq bağırsaq xorası, hamiləlik, laktasiya dövrü, preparata qarşı fərdi həssaslıq.

Əlavə təsirləri: Qastrointestinal əlamətlər (ürəkbulanma, mədədə yanma, köp), bağırsaq mikroflorasında dəyişiklik, allergik reaksiyalar.

Saxlama şəraiti: 25°C-dən yuxarı olma­yan temperaturda, rütu­bətdən qorunmaqla, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Yararlılıq müddəti: 2 il.
Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.
Buraxılış forması: 400 mq-lıq 100 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriya

Ətraflı Məlumat

Herba Flora şirkəti sizlər üçün sarımsaq tərkibli Nat Sarımsaq kapsulunu təqdim edir. Sarımsağın tərkibi təbii halda C, D, B qrupu vitaminləri, amin turşuları, dəmir, manqan, sink, selen kimi mikroelementlər, külli miqdarda fitonsidlərlə zəngindir. Tərkibindəki  çox saylı təbii komponentlər hesabına Herba Flora şirkətinin Nat Sarımsaq kapsulu geniş təsir spektrinə malik olan effektiv profilaktik vasitədir.

Nat Sarımsaq kapsulu tərkibindəki fitonsid maddələr hesabına qrip, soyuqdəymə, kəskin respirator xəstəliklər zamanı iltihabəleyhinə, virus, göbələk və bakteriya əleyhinə aktiv mübarizə aparır. Qanda şəkərin və xolesterinin səviyyəsini azaldır, qanı durulaşdırır. Bu səbəbdəndir ki, yüksək keyfiyyətli, tam təbii məhsul həm aterosklerozun, həm də ürək-damar sistemi xəstəliklərinin yaranma riskinin qarşısını alır. Kapsul arterial təzyiqi də normallaşdırır. Təbii tərkibli kapsul öd yollarının disfunksiyası zamanı ödqovucu təsir edərək ödün öd kisəsindən öd yollarına, oradan isə onikibarmaq bağırsağa rahat axmasını təmin edir. Xəstələrdə həzm vəzilərinin sekresiyasını artırdığı üçün həm həzmi yaxşılaşdırır, həm də iştahaçıcı təsir göstərir.

Xalq təbabətində sarımsaq ta qədimdən qurdəleyhinə effektiv təsirli təbii müalicəvi vasitə hesab olunur. Ondan qurd əleyhinə bəzən səhərlər acqarına, bəzən də imalələr şəklində geniş istifadə olunur. Sarımsaq tərkibli kapsulun da yüksək qurdqovucu effekti vardır. Helmintozların profilaktikası və müalicəsi zamanı çox faydalıdır. Nat Sarımsaq kapsulu həm də antioksidant hesab olunur. Gündəlik həyatımızda kapsulun qəbulu orqanizmdə şiş hüceyrələrinin yaranmasının qarşısını alır. Bir sözlə, kapsul onkoloji xəstəliklərə tutulma riskini də azaldır, orqanizmin yaşlanmasını ləngidir.

Herba Flora şirkətinin istehsal etdiyi bu təbii məhsul qadınlar üçün xüsusilə faydalıdır. Belə ki, klimaks və predmenstrual sindromun əlamətlərini azaldır. Qadın orqanizmini möhkəmləndirir, bir çox infeksion xəstəliklərdən qoruyur. Həmçinin tük soğanaqlarını da möhkəmləndirir, saçların tökülməsinin qarşısını alır. Nat Sarımsaq kapsulunun bu əvəzolunmaz faydalı təsirlərindən yararlanmaq istəyirsinizsə, gündə 1 dəfə 1-2 kapsul daxilə qəbul edin, inanılmaz təbii möcüzələrə siz də şahid olun!

https://fizulihuseynov.com/

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar