Məhsullarımız Kapsullar Nat – Prostat Kapsul
Bir kapsulun tərkibi:
Cırtdan Palması (Serenoa repens) meyvəsinin quru ekstraktı -125 mq, ikievli gicitkən (Urtica dioica) kökünün quru ekstraktı – 48 mq, dərman zəncəfili (Zingiber officinale) kökümsovunun tozu – 56 mq, udi hindi (Aquilaria agallocha) oduncağının tozu – 56 mq.
Köməkçi maddələr: Qarğıdalı nişastası (amylum maidis) – 115 mq, kapsul örtüyü (jelatin, qliserin, su).
İstifadəsinə göstəriş:
Prostat vəzin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ.
İstifadə qaydası:
18 yaşdan yuxarı: Gündə 2 dəfə 1 kapsul qəbul edilir. Qəbul müddəti minimum 3 aydır.
Preparat tam təbiidir, uzun müddət istifadə oluna bilər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.
Əks göstəriş: Tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq, ateroskleroz, hipertoniya, tromboflebit.
Əlavə təsirləri: Arterial təzyiqin yüksəlməsi, nadir hallarda qəbizlik.
Saxlanma şəraiti: 25°C-dən yuxarı olmayan temperaturda, rütubətdən qorunmaqla, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Yararlılıq müddəti: 2 il.
Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.
Buraxılış forması: 400 mq-lıq 100 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Kişilərin “ikinci ürəyi” kimi adlandırılan prostat vəz yunanca “protektor” qoruyucu, gözətçi mənasındadır. Çünki prostat vəz kişi sağlamlığının qeydinə qalan və yalnız kişilərə məxsus olan orqandır. Bu vəz tərkibi immunoqlobulinlər, vitaminlər, limon turşusu, sink ionları ilə zəngin prostat vəz şirəsi hazır edərək spermanı durulaşdırır və cinsi əlaqə zamanı klapan rolunu oynayır. Gənc yaşlarda dəb xatirinə şalvar, lasin və s. kimi düzgün olmayan geyimlər, təsadüfi cinsi əlaqə nəticəsində bir çox infeksion xəstəliklər, yaşlı nəsildə oturaq həyat tərzi, cinsi həyatın az, yaxud heç olmaması prostat vəzdə onsuz da zəif olan qan dövranını bir az da zəiflədir, durğunluğa gətirib çıxarır. Nəticədə gənc yaşlarda reproduktiv sağlamlıq risk altına düşür, prostatit, impotensiya, prostat vəz adenoması kimi təhlükəli xəstəliklərə yol açılır. Sidiyəgetmənin çətinləşməsi, haçalanmış sidik, sidik kisəsini tam boşalda bilməmə – qalıq sidik, prostat vəz nahiyəsində güclü ağrılar, impotensiya və s. kimi şikayətləri olan xəstələr üçün Herba Flora şirkəti müalicəvi effektli Nat-Prostat kapsulunu təqdim edir.
Nat-prostat kapsulu cırtdan palma meyvəsinin ekstraktı hesabına prostat vəz hüceyrələrinin böyüməsinə səbəb olan alfa-5 reduktaza fermentini inhibə edir. Testosteronun daha aktiv formasına – dihidrotestosterona çevrilməsinin qarşısını alır, dihidrotestosteron reseptorlarını blokada edir. Nəticədə prostat adenoması zamanı vəzin ölçüsünün kiçilməsinə, müşahidə olunan ağrı, gecə sidiyəgetmə çağırışları, sidik şırnağının zəifləməsi, qalıq sidik hissiyyatı kimi əlamətlərin azalmasına səbəb olur. Cinsi aktivliyi və nəsilartırma qabiliyyətini gücləndirir. Bundan əlavə, saç tökülməsi əleyhinə təsir göstərir, androgenetik alopesiyanın (kişi tipli keçəlləşmə) qarşısını alır.
Nat-prostat kapsulu sidik-cinsiyyət sisteminə antiseptik, tonuslandırıcı təsir göstərir, iltihabi əlamətləri azaldır. Sidik kisəsində sidiyin həcmini artıraraq onun boşalmasını sürətləndirir, qalıq sidiyin miqdarını azaldır. Kapsulun antikoaqulyant effekt verərək qanı durulaşdırır, kiçik çanaq orqanlarında venoz durğunluğu aradan qaldırır.
Nat-prostat kapsul kişilərdə sidik-cinsiyyət yollarında iltihabı aradan qaldıraraq antibakterial, virus və göbələk əleyhinə təsir edir. Kişilərdə cinsi qabiliyyəti artırır. Kişi orqanizmini tonuslandırır, immun sistemi gücləndirərək xəstəliklərə qarşı orqanizmin müqavimətini artırır. Prostat vəzin adenoması, impotensiya, kəskin və xroniki prostatitlər, sidik yollarının iltihabı və androgenetik alopesiya kimi xəstəliklər zamanı profilaktik məqsəd ilə gündə 1 dəfə, müalicə məqsədi ilə gündə 3 dəfə, hər dəfə 1 kapsul yeməkdən əvvəl Nat-Prostat qəbul edin, sağlamlığınızın qeydinə qalın!
Əlaqəli yazı mövcud deyil.