HerbaBot sizə kömək üçün burdadır!

HerbaBot-dan istifadə üçün qeydiyyatdan keçin!

Profile Icon

Herba Flora – BOT

Online

Məhsullar

Garli̇c10 Kapsul

Bir kapsulun tərkibi:
Qurudulmuş sarımsaq (Allium sativum) soğanağının tozu – 300 mq.
Köməkçi maddə: Qarğıdalı nişastası (amylum maidis) – 100 mq; kapsul örtüyü (jelatin, qliserin, su).

İstifadəsinə göstəriş:
Qidanı sarımsağın tərkibində olan faydalı maddələrlə zənginləşdirmək üçün tövsiyə olunan BMFQƏ.

İstifadə qaydası:
Böyüklər: Gündə 1 dəfə 1 kapsul yeməkdən sonra və ya yeməkarası bol miqdarda su ilə daxilə qəbul edilir. Preparatdan istifadə zamanı spirtli içki qəbulu qadağandır. Koaqulopatiyalı xəstələr preparatdan istifadə etməzdən öncə həkimlə məsləhətləşməlidir.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.

Əks göstəriş: Mədə və onikibarmaq bağırsaq xorası, hamiləlik, laktasiya dövrü, preparata qarşı fərdi həssaslıq.

Əlavə təsirləri: Qastrointestinal əlamətlər (ürəkbulanma, mədədə yanma, köp), bağırsaq mikroflorasında dəyişiklik, allergik reaksiyalar.

Saxlama şəraiti: 25°C-dən yuxarı olma­yan temperaturda, rütu­bətdən qorunmaqla, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Yararlılıq müddəti: 2 il.
Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.
Buraxılış forması: 400 mq-lıq 100 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriya Teqlər ,

Ətraflı Məlumat

Garlic10 kapsul haqqında ümumi məlumat

Müasir texnologiyaların inkişafı, elmi-texniki tərəqqi insanlarda fiziki aktivliyin azalmasına, oturaq həyat tərzi isə maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır. Bu da insanlar arasında piylənmə, şəkərli diabet, ateroskleroz, ürək-damar xəstəliklərinin inkişafı ilə nəticələnir. Gələcəkdə yarana biləcək miokard infarktı, beyin insultu riskini aradan qaldırmaq üçün düzgün həyat tərzi, fiziki aktivliyi artırmaqla yanaşı, bəzi təbii bitki tərkibli vasitələrin profilaktik olaraq istifadəsində fayda var. Sarımsaq və Garlic10 kapsullarının tərkibində  eyni zamanda olan allisin adlı maddə bakteriya, virus və göbələklərə qarşı çox güclü təsir göstərir.

Garlic10 kapsulun tərkibindəki komponentlər

“Herba Flora” şirkətinin istehsalı olan qurudulmuş sarımsaq tozu tərkibli Garlic10 kapsulu bioloji aktiv qida məhsuludur. Bu kapsulların tərkibi:

  • C, D, B qrupu vitaminləri,
  • 17 adda əvəzolunmayan amin turşular,
  • mikroelementlər (Fe, Mn, Zn, Se),
  • fitonsidlər,
  • fitosterinlər ilə zəngindir.

    Garlic10 kapsulun xarakteristik xüsusiyyətləri

    Garlic10 kapsulu qan-damar xəstəlikləri və arterial hipertoniyanın qarşısını alır. Qanda şəkərin səviyyəsini tənzimləyir, arterial təzyiqi aşağı salır. Xolesterol mübadiləsini sürətləndirərək ateroskleroz əleyhinə təsir göstərir. Sarımsağın tərkibində olan kimyəvi birləşmələr qan laxtalanmasını azaldaraq qandurulaşdırıcı effekt verir. C vitamini, selen və flavonoidlər sərbəst radikalları zərərsizləşdirərək hüceyrələri qoruyur. Trombositlərin aqreqasiyasının (trombositlərin bir-birinə yapışması) qarşısını alır. Ürək döyünmələrinin sayını normallaşdırır və taxikardiyanı aradan qaldırır.

    Garlic10 kapsulun təsiri

    Maddələr mübadiləsini sürətləndirir və helmintoz nəticəsində zəifləmiş uşaq orqanizmini təbii vitaminlər və minerallarla təmin edir. Vitamin və mikroelementlər ilə zəngin olduğu üçün qanyaranmanı sürətləndirərək helmintozlar zamanı yaranmış anemiyanı aradan qaldırır. Garlic10 kapsulları bağırsaq florasının balansını qoruyur, faydalı bakteriyaların çoxalmasını dəstəkləyir. Ümumi immunitetin 70 %-ini təşkil edən bağırsaq müdafiə sisteminə müsbət təsir göstərir. Bir sözlə Garlic10 kapsulları sağlamlığın təbii müdafiəçisidir!

    https://herba-flora.com/

    https://fizulihuseynov.com/

Əlaqəli bloq yazıları:

Oxşar Məhsullar